İllər sonra gələn Möhtəşəm Yüzil etirafı
Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.
Ölkə.az yerli mətbuata istinadən xəbər verir ki, Mihrimah Sultan obrazı ilə geniş tamaşaçı kütləsinin rəğbətini qazanan aktrisa serialdan gələn ilk təklifi niyə qəbul etmədiyini açıqlayıb.
Aktrisanın sözlərinə görə, ilk evliliyi dövründə həyat yoldaşı onun aktrisalıq fəaliyyətini davam etdirməsini istəməyib. Bu səbəbdən Karahan əvvəlcə serialda rol almaq təklifindən imtina edib.
Lakin anasına və qardaşına maddi dəstək olmaq, eyni zamanda öz iqtisadi müstəqilliyini qazanmaq istəyən aktrisa sonradan qərarını dəyişərək təklifi qəbul edib.
Pelin Karahan bildirib ki, serialın ikinci mövsümündə boşandıqdan sonra öz gəlirinə sahib olmağın əhəmiyyətini daha yaxşı anlayıb. O, müstəqil olmağın və öz ayaqları üzərində dayanmağın həyatında mühüm yer tutduğunu vurğulayıb.
Aktrisa həmin çətin dövrdə serialdakı həmkarlarının dəstəyinin də onun üçün əhəmiyyətli olduğunu qeyd edib.
Karahanın açıqlamaları "Möhtəşəm Yüzil" serialının onun həyatında yalnız uğurlu bir layihə deyil, həm də şəxsi müstəqilliyə gedən yolda mühüm dönüş nöqtəsi olduğunu göstərir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 19 Oktyabr 2026 06:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















