İllərlə su altında qalan planşet silsilə cinayətlərin açılmasına kömək etdi
Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Böyük Britaniya polisi "Apple" planşetinin köməyilə dəlillər əldə edərək silsilə cinayətlərin üstünü açmağa nail olub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BBC" nəşri məlumat verib.
Məlumata görə, noyabrda Britaniya polisi İsveçrədə muzeyin qarətində, adam öldürməyə cəhddə və bir sıra digər cinayətlərdə şübhəli bilinən Luis Ahern, Stüart Ahern və Daniel Kellini saxlayıb. 2025-ci ilin martında hüquq-mühafizə orqanları bildiriblər ki, şübhəlilərin aşkar edilməsində və cinayətin açılmasında onlara 5 ildir çayın dibində yatan "iPad" mini-planşeti kömək edib.
Qeyd olunub ki, cinayətkarlar izlərini örtmək üçün planşetdən qurtulublar - onlar cihazı Temza çayına atıblar, illər sonra isə onu polislər tapıblar. Çıxarılan SIM kartdan əldə edilən məlumatlar əsasında cihaz İsveçrədə mənzilin və muzeyin qarətində və atışmada iştirak edən cinayətkarların smartfonları ilə əlaqələndirilib.
Polisin sözlərinə görə, planşet əsas sübut olub, belə ki, onun vasitəsilə cinayətkarların istifadə etdiyi telefonların alışını izləmək mümkün olub. Daha sonra polis bir neçə cinayət epizodunu bir işdə birləşdirə bilib.
Hökm aprel ayında elan olunacaq. İstintaqı aparan detektivin etirafına görə, o, hələ də dəqiq deyə bilmir ki, cinayətkarları kimsə ələ verib və ya onlar o qədər özlərinə arxayın olublar ki, planşetin məhv edildiyini yoxlamayıblar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 27 Mart 2025 08:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















