Icma.az
close
up
RU
İllik təhsil haqqı 15 18 min manat olan məktəblərimiz Onları niyə seçirik?

İllik təhsil haqqı 15 18 min manat olan məktəblərimiz Onları niyə seçirik?

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Ondan başlayaq ki, elə başlığa baxarkən söhbətin özəl məktəb və  liseylərdən getməsi artıq hamımıza gün kimi aydın oldu. 

Amma özəl məktəb və  liseylərlə bağlı hər hansı fikir yürütməyə hələlik tələsməyək. Onsuz da cəmiyyətdə özəl məktəblərə münasibət heç də birmənalı deyil. Bunun isə bir səbəbi var: onların əlçatmazlığı və bu əlçatmazlığı yaradan əsas meyar-bahalı illik təhsil haqqı.

Bu gün Azərbaycan təhsilində vur-tut 32 özəl məktəb (lisey) var. Doğrudur, onların da müxtəlif sayda və müxtəlif məkanlarda filialı olanı, yalnız bir korpusla  fəaliyyət göstərəni olsa da, marka olaraq bu rəqəm yalnız 32-dir və onlardan yalnız biri paytaxtdan kənarda yerləşir. 

Hazırda özəl məktəblərdə təhsil haqqı 3-18 min aralığında dəyişir. Təklif olunan müxtəlif məbləğlərin da təbii ki, öz açıqlaması var. Bugün valideynə  təklif etdiyi xidmətlər paketinin kəmiyyət və keyfiyyəti, əvvəlki illərin qəbul imtahanı,  beynəlxalq fənn olimpiadaları, eləcə də digər ciddi müsabiqələrin nəticələri özəl təhsil müəssisələrindəki illik təhsil haqqını nizamlayır.

Doğrudur, bugün bir çox özəl təhsil müəssisələrinin təklif etdiyi xidmətlər həddindən artıq bahadır. Amma bir başqa reallıq isə həmin təhsil müəssisələrinə olan valideyn müraciəti axınıdır. Gerçəklik budursa, o zaman biz niyə özəl təhsil müəssisələrindən şikayətlənib, onların illik təhsil haqqılarından giley edirik?! Fikrimcə, bunun bir əsas  səbəbi sırf psixoloji baryer, insanlarda övladının gələcəyi, təhsilinin inkişafı ilə bağlı narahatlıq və bunun onun maddi imkanı ilə uyğunluq təşkil etməməsidir. Bəli, bu gün hər kəs övladının daha keyfiyyətli,  daha modern standartlara cavab verən bir təhsil müəssisəsində oxumasını istəyir. Bu, onun mənəvi haqqı, valideyn gözləntisidir. Amma yuxarıda da yazdığımız kimi, bu cür müəssisələrin də sayı az, illik təhsil haqqısı çox yüksək, müraciət axını isə tükənməz… Nəticədə, övladının uğurlu təhsilini yalnız bu kimi təhsil ocaqlarında görən valideyn çar-naçar qalaraq, yeganə “çıxış yolunu” ancaq şikayətlənməkdə görür. Yoxsa, azad iqtisadiyyat, sahibkarlıq fəaliyyətin olduğu dövrdə heç bir özəl müəssisəni göstərdiyi xidmətə görə niyə yüksək maliyyə tələb etməkdə günahlandırmaq olmaz.

Deməli, burada əsas məsələ yenə də orta ümumtəhsil müəssisələridir. Çünki  sıravi məktəblərimizlə özəl müəssisələr arasında keyfiyyət, yanaşma,  nəticəlilik, modern tədris metodları, innovativlik  və s. kriteriyalar arasında olan çox güclü disbalans, uçurum qədər fərq valideyni hədsiz narahat edir.  O zaman əsas sual da belə qoyulmalıdır: dövlət məktəblərimiz özəllərə niyə uduzur? Hazırda Elm və Təhsil Nazirliyinin bazasında olan təmayüllü gimnaziyaları, lisey komplekslərini, bir də tək-tük sayda güclü şəhər məktəblərini çıxmaqla yerdə qalan müəssisələrin heç birisi özəllərlə rəqabət apara bilmək gücündə deyil. Elə sadaladığımız bütün kriteriyalara görə…

Biz bu fərqləri buraxılı və qəbul imtahanlarının nəticələrində də görürük. 

Təbii ki, qəbul prinsipləri özəl, dövlət məktəblərinə baxmır. Bu gün özəl də, dövlət də vahid tədris proqramından istifadə edir. Amma təhsilə yanaşmada, təhsil məzmunun modern formada təşkilində, pedoqoji işin təşkilində özəl məktəblər dövlət məktəblərini qabaqlayır. Təbii burada da istisnalar var.  Bir çox dövlət məktəbləri var ki, xüsusən də yuxarıda dediyimiz kimi  şəhərin mərkəzində fəaliyyət göstərən məktəb-lisey  komplekslərinin, təmayüllü liseylərin, gimnaziyaların nəticələri özəl məktəbləri bəzi hallarda qabaqlayır. Amma orta statistik ümumi təhsil məktəbləri var ki, onların nəticələri hər zaman özəl məktəblərdən geri qalır.  Dövlət İmtahan Mərkəzinin hər il təqdim etdiyi  elmi-statistik göstəricilərdə bütün bu datalar öz əksini tapıb.  

DİM-in yüksək səviyyədə hazırladığı təhlillərdə  hər şey öz əksini tapir: 0-50 bal aralığındakı nəticələr onların cinsə görə, məktəblərə görə,  regional ərazilərə görə göstəriciləri, bütün statistik vahidlər orada əksini tapır.  

Amma yenə də cəmiyyətdə haqlı olaraq belə bir sual yaranır: yüksək keyfiyyətli təhsil, yüksək nəticələr, innovativ, modern yanaşma və s. -bütün bunların hamısı ümumilikdə Azərbaycanda mühitində özəl məktəblərin qiymətinin hətta 15-18 min manat aralığında olmasına haqq qazandırırmı? Yəni real bazar qiymətləri ilə tələb olunan məbləğ arasındakı fərq niyə bu qədər çox olmalıdır? Sıravi vətəndaş olaraq bu sualı ünvanlayan hər kəsi özünə görə haqlı hesab etmək olar. Amma məsələyə bir də özəl məktəbin öz yanaşmasından, öz pəncərəsindən baxmaq lazımdır. Əvvəlcə özəl məktəblərin müsbərlərini əks etdirən bir neçə detail xüsusilə qabardaq:

1.Özəl məktəblərdə şagirdə fərdi yanaşma hər zaman ön plandadır. Burada hər hansı şagirdin diqqətdən kənarda qaldığını, tədris və təlim baxımından kölgədə süründüyünü demək olmaz. Bu, sadəcə mümkün deyil;

2.Özəl məktəblərdəki sırf tələb olunan kurikulumun məzmun standartlarına uyğun dərslərin təşkili və bunun şagirdlərdə həm şəxsiyyətyönümlü formalaşma , həm də onların repetitor xidmətlərindən azad olmasında müstəsna rolu. Yəqin ki, özəl məktəblərdə şagirdlərin əhəmiyyətli hissəsinin repetitor xidmətindən istifadə etmədiyini bilirik. Çünki istisna halları çıxsaq, oradakı böyük şagird auditoriyasının buna sadəcə ehtiyacı yoxdur;

3.Dünyanın bir çox nəhəng təhsil ölkələrində tətbiq olunan beynəlxalq əsaslı modern-innovativ təhsil proqramlarının alınması və dərslərin onların əsasında təşkili. Əmin ola bilərsiniz ki, bu proqramdan “çıxmış” şagirdlər digər həmyaşıdlarından təfəkkür və yanaşmalarına görə xeyli fərqlənir;

4.Beynəlxalq imtahan proqramlarının alınması və bununla da şagirdlərə məktəbi bitirəndən sonra birbaşa xaricdə təhsil almaq imkanının yaradılması. 

Doğrudur, bu punktdan bütün özəl məktəblər yararlanmır. Aralarında ən yüksək təminatlı özəllərdə bu imkanlar sunulur;

5.Qidalanma, idman, sağlamlıq, hobbi, əyləncə və özünüinkişafla bağlı keyfiyyətli xidmətin təşkili. 

Siyahını təbii ki, uzatmaq da olar. Amma elə bu 5 maddə “özəllərin” hansı mərtəbədə olduğunu göstərir. Amma və lakin… İndi gəldik əsas məsələyə: dünyanın hər yerində təhsil müəssisəsi özəl və dövlət olmaqla iki yerə bölünür. Bizdəki fərq isə ikincilərdəki keyfiyyətin, birincilərdən zəif olmasıdır. Amma bu o demək deyil ki, biz dövlət məktəblərimizə yan baxmalı və onları təhsilimiz üçün uğursuz saymalıyıq. Bu o demək deyil ki, biz dövlət müəssisələrində çalışan on minlərlə müəllimi zəif hesab etməliyik. Əsla elə deyil! Bu gün hər nə olursa-olsun, təhsilimizin əsas bünövrəsi məhz orta statistic göstəriciləri olan məktəblərimizdir. Məhz bu məktəblərdəki əlçatanlılıq, məhz bu məktəblərdəki müəllim fədakarlığı hesabına şagirdlərimiz müəyyən göstərici və savada malik olurlar. Bunları kimsə dana bilməz! Lakin yeganə arzu və istəyimiz həmin məktəblərin yüksək keyfiyyətli özəllərin bəzi təcrübələrindən yararlanmaları və şagirdlər üçün daha verimli olmalarıdırlar. Çünki bugün orta statistic vətəndaşın öz övladını həmin məktəblərdə oxutdurmaq üçün maddi gücü olmasa da, buna mənəvi hüququ var. O zaman gəlin, biz özəllərdəki  müsbətlərin bəzilərini öz məktəblərimizə gətirək. Təbii ki, hər detail gətirə bilmərik və bu, absurd da səslənər. Məsələn, qidalanma, beynəlxalq imtahan proqramları və s. Amma elə mexanizmlər var ki, onları gətirə bilərik. Necə, nə cür, bu barədə düşünmək lazımdı. Həmin o vətəndaşın xətrinə… Həmin o övladı isə nigeran olan valideynin xətrinə…

Elmin Nuri

Təhsil məsələləri üzrə tədqiqatçı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://moderator.az
archiveBu xəbər 16 Mart 2025 23:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya proseslərə mane olmağa çalışır

31 İyul 2025 00:30see344

İnfarkt və insult ölüm hökmü deyil. Riskləri necə azaltmaq olar?

29 İyul 2025 19:55see121

İşğal dönəmində Şuşaya hicran yaşadan xalçalar... Tarix i yenidən evində görmək qürur verir Video

29 İyul 2025 19:18see117

Səfir: Pekin qarşılıqlı faydalı tərəfdaşlığı inkişaf etdirmək üçün Bakı ilə əməkdaşlığa hazırdır

29 İyul 2025 20:34see117

Kamçatka sahillərində bir saat ərzində 8 zəlzələ qeydə alınıb

30 İyul 2025 06:05see112

Nərimanovda qaz olmayacaq

31 İyul 2025 09:33see112

Silahlılar hərbi bazaya hücum edərək 50 yə yaxın əsgəri öldürüblər

30 İyul 2025 04:03see111

Çindən ABŞ ın təhdidlərinə cavab: Rusiyadan neft alışı...

31 İyul 2025 01:48see110

Yevlaxda qəza oldu 7 nəfər yaralanıb

29 İyul 2025 19:58see110

Ohori bu halda Neftçi dən gedə bilər

30 İyul 2025 17:19see110

Nissan birinci maliyyə rübündə xalis zərər açıqlayıb

31 İyul 2025 09:32see110

Roskosmos rəhbərinin vədi: Rusiya iki ilə SpaceX ın uğurunu təkrarlaya bilərmi?

30 İyul 2025 18:37see110

ABŞ dən İrana sarsıdıcı “zərbə” Son 7 ilin...

31 İyul 2025 05:14see109

Bakıda təcili tibbi yardım həkimi iş yerində öldü Foto

31 İyul 2025 09:40see109

“Çinlə ədalətli razılaşma əldə edəcəyik” Tramp

31 İyul 2025 01:52see109

Suda batanı xilas etmək istəyənlər mütləq oxusun bu səhvlər baha başa gəlir

30 İyul 2025 08:54see108

Kamçatkada 1952 ci ildən bəri ən güclü zəlzələ olub: Sunami təhlükəsi elan edilib

30 İyul 2025 07:05see108

Prezident İlham Əliyevin siyasi kursunda milli ideya və suverenlik

30 İyul 2025 01:22see108

Bu kənddə 26 ildir ölmək qadağandır

30 İyul 2025 13:52see108

Din xadimi üç qızını zorladı, biri deyir: Bu ritual idi

29 İyul 2025 20:00see107
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri