Icma.az
close
up
RU
İllik təhsil xərci 9 min manat oldu

İllik təhsil xərci 9 min manat oldu

Icma.az bildirir, News24 portalına istinadən.

Baş nazir Əli Əsədovun mayın 8-də imzaladığı qərarla “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli Qərarında dəyişiklik edilib.

Qərara əsasən, hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı müəyyən edilib.

Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir. Bakalavr təhsil səviyyəsi üzrə ixtisasların illik təhsil xərclərində ən yüksək məbləğ 9 min manat müəyyənləşib.

“Dirijorluq”, “Bəstəkarlıq”, “Vokal sənəti”, “İnstrumental ifaçılıq” ixtisasının illik xərci 9 min manat, “Tibb”, “Müalicə işi”, “Hərbi tibb”, “Hərbi həkim işi”nin illik xərci 8 min manat , “Qrafika”, “Stomatologiya”, “Dekorativ-tətbiqi sənət” (sahələr üzrə), “Heykəltəraşlıq”, “Rəngkarlıq” ixtisasının illik xərci 7 min manat , “Tibb bacısı işi”, “Tibb bacısı (qardaşı) işi”, “Fizioterapiya və tibbi reabilitasiya”, “Əczaçılıq” ixtisasının illik xərci 6 min manat təşkil edir.

Təhsil eksperti Kamran Əsədov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiqi ilə bağlı Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarına edilən dəyişiklik struktur olaraq ali təhsilin maliyyə idarəetməsinə yeni çalarlar gətirsə də, onun əsaslandırılması, tətbiqi mexanizmi və sosial təsirləri baxımından həm məntiqi, həm də strateji baxımdan ciddi çatışmazlıqlar ehtiva edir. Qərara əsasən, bakalavr səviyyəsində ixtisasların illik təhsil xərcləri diferensial şəkildə müəyyən olunub və bu məbləğlər bəzi hallarda 9 min manata qədər yüksəlib. Eyni zamanda müəyyən edilib ki, dövlət sifarişi əsasında təhsil alan tələbəyə çəkilən real xərclər müəyyən olunmuş məbləğdən çox olarsa, yaranan fərqi universitet və ya onun tabe olduğu qurum ödəyəcək. Bu mexanizm struktur səviyyəsində maliyyə intizamı yaratmaq iddiası daşısa da, tətbiq şəraitində ali təhsilin keyfiyyətinə, əlçatanlığına və ədalətinə mənfi təsir göstərmək riski yüksəkdir”.

Ekspert əlavə edib ki, qanunvericilik baxımından bu qərar bir tərəfdən “Təhsil haqqında” Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş təhsil müəssisələrinin maliyyə muxtariyyəti prinsipinə uyğun olaraq ali məktəblərin özlərini maliyyələşdirmə imkanını artırmaq niyyəti daşıyır: "Digər tərəfdən, konstitusiyanın 42-ci maddəsi ilə təmin edilən ali təhsilin əlçatanlığı hüququnu iqtisadi baxımdan şərtləndirir. Qərarda müəyyən edilmiş 9 min manatlıq illik təhsil xərci Azərbaycan reallığında çox az ailənin qarşılaya biləcəyi göstəricidir. Dövlət Statistika Komitəsinin 2024-cü il məlumatına əsasən, ölkədə orta aylıq əməkhaqqı 970 manat təşkil edir, yəni illik təhsil haqqı bir ailənin illik gəlirinin 75-80 faizi qədərdir. Bu vəziyyət ali təhsilin sosial təbəqələşməsinə səbəb olur və təhsilin bərabər imkanlar əsasında həyata keçirilməsi prinsipini pozur".

Bununla belə, Kamran Əsədov yeni mexanizmin müsbət tərəfinin olduğunu da bildirib: “Müsbət tərəfi o ola bilər ki, təhsil xərclərinin faktiki hesablanması və sənədləşdirilməsi universitetlərin maliyyə intizamını gücləndirə bilər. Həmçinin bu sistem universitetləri daha səmərəli idarəetməyə, resursların düzgün bölgüsünə və xərclərin əsaslandırılmasına təşviq edə bilər. Lakin bu yalnız o halda real nəticə verəcək ki, xərclərin şəffaflığı, audit mexanizmləri və nəticə əsaslı büdcələşmə sistemi paralel şəkildə tətbiq olunsun. Hazırkı şəraitdə bu şəffaflıq və hesabatlılıq mexanizmlərinin zəif olması, ali məktəblərin əksəriyyətində daxili maliyyə idarəetmə sistemlərinin formal xarakter daşıması nəticəsində bu qərar korrupsiya risklərini artırmaq və süni şişirdilmiş faktiki xərclərin sənədlərdə təsdiqlənməsi ilə nəticələnə bilər.

Maliyyələşmə mexanizmi baxımından dünya təcrübəsində tələbəyə görə maliyyələşmə (student-based funding) modeli Skandinaviya ölkələrində, xüsusilə də İsveç, Finlandiya və Danimarkada uğurla tətbiq olunur. Bu sistemdə tələbənin sosial durumu, təhsil aldığı proqramın əmək bazarındakı dəyəri və universitetin keyfiyyət göstəriciləri nəzərə alınmaqla dövlət maliyyələşməsi həyata keçirilir. Məsələn, Finlandiyada ali təhsil pulsuzdur, lakin universitetlər dövlətə təqdim etdikləri təhsil xidmətinin nəticələri - məzunların işlə təminatı, elmi məhsuldarlıq və beynəlxalqlaşma göstəricilərinə görə maliyyələşirlər. Azərbaycanda isə yeni mexanizm nəticəyönlü deyil, xərcyönümlüdür - yəni ali məktəb daha çox pul alması üçün daha çox xərc göstərməlidir. Bu isə nəticənin deyil, kağız üzərində xərcin stimullaşdırılmasına gətirib çıxarır".

Ekspert “bu qərar tətbiq olunduqdan sonra nə dəyişəcək” sualına belə cavab verib: “Cavab budur ki, qısa müddətdə dövlət sifarişi ilə oxuyan tələbələrin sayı artmadan, universitetlərin maliyyə yükü artacaq, çünki əlavə vəsaiti ya universitet özü ödəməli olacaq, ya da tabe olduğu qurumun büdcəsinə müraciət edəcək. Universitetlər bu yükdən yayınmaq üçün ya qəbulu ixtisar edəcək, ya da əlavə mənbələr axtaracaq - bu da ödənişli əsaslarla təhsil alanlara təzyiq və təhsil haqlarının süni şəkildə artırılması ilə nəticələnə bilər. Belə olan halda təhsilhaqqı 6-9 min manat arasında dəyişən sahələrdə yalnız varlı ailələrin uşaqları oxuya biləcək. Ədalətli təhsil sistemi isə sosial imkanlardan asılı olmamalıdır. "Nə dəyişməlidir" sualına gəldikdə isə maliyyələşmə mexanizmi struktur olaraq nəticə əsaslı büdcələşməyə keçirilməli, dövlət sifarişi müəyyən edilərkən əmək bazarının tələbatı, regionların ehtiyacları və ixtisasların strateji əhəmiyyəti nəzərə alınmalıdır. Təhsilhaqqı dövlət tərəfindən kompensasiya ediləcəksə, bu kompensasiya yalnız universitetin keyfiyyət göstəricilərinə görə olmalıdır. Bundan əlavə, aztəminatlı ailələrin övladlarının yüksəkkeyfiyyətli ixtisaslara çıxışını təmin etmək üçün sosial təqaüdlər və ehtiyaca əsaslanan subsidiya mexanizmi genişləndirilməlidir. Əgər bu addımlar atılmazsa, qərar yalnız ali təhsilin kommersiyalaşmasına, sosial təbəqələşməyə və ali məktəblərdə formalaşan ikinci “elita təhsili” təbəqəsinə xidmət edəcək.

Nəticə etibarilə bu qərar ali təhsil sistemində keyfiyyətə deyil, görünən büdcə rəqəmlərinə fokuslanan, lakin sosial və strateji nəticələri hesaba almayan, metodoloji baxımdan yetkinləşməmiş qərardır. Azərbaycanın ali təhsilində maliyyələşmə strukturunun islahatı vacibdir, lakin bu, səbəblərin deyil, nəticələrin idarə olunmasına yönəlməlidir. Təhsilin məqsədi gəliri çox olan universitetlər yaratmaq deyil, bilikli, bacarıqlı və sosial məsuliyyətli vətəndaşlar yetişdirməkdir. Bu qərar isə məhz həmin hədəfdən uzaq düşmüş bir idarəetmə praktikasının növbəti təzahürüdür".

\\“Yeni Müsavat”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:193
embedMənbə:https://news24.az
archiveBu xəbər 09 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see576

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see417

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see295

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see269

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see262

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see260

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see251

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see250

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see249

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see239

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see229

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see224

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see204

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see197

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see197

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see192

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see179

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see178

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see168

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri