Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Üçtərəfli Bəyanat: “Əmin amanlığın yaradılmasında...”

Üçtərəfli Bəyanat: “Əmin amanlığın yaradılmasında...”

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Bu gün 2020-ci il noyabrın 10-da Prezident İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış üçtərəfli Bəyanatın ildönümüdür. 

2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusu Vətən müharibəsinə başlamışdı.

44 gün davam edən döyüşlər zamanı Azərbaycan Ordusu ardıcıl qələbələr qazanaraq bir-birinin ardınca mühüm yaşayış məntəqələrini düşməndən azad edib.

Oktyabrın 3-də Suqovuşan, 4-də Cəbrayıl, 9-da Hadrut, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı şəhərləri, eləcə də 300-dən çox kənd və strateji yüksəkliklər Azərbaycanın nəzarətinə qaytarıldı. Noyabrın 8-də Şuşanın azad olunması ilə müharibənin taleyi həll olundu. 

Bu qələbədən iki gün sonra noyabrın 10-da imzalanan üçtərəfli Bəyanat 30 ilə yaxın davam edən münaqişəyə son qoyaraq bölgədə yeni reallıqların əsasını qoydu. Həmin bəyanatın imzalanmasından 5 il ötür və ziyalılarımız, ictimaiyyət nümayəndələri bu gün tarixi bir gün kimi dəyərləndirirlər. 

Millət vəkili Tahir Rzayev "Cebheinfo.az"-a açıqlamasında bildirib ki, 10 noyabr 2020-ci ildə üç dövlət rəhbərinin - Azərbaycan Prezidenti cənab İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin, Ermənistan Baş naziri Nikol Paşinyan tərəfindən imzalanan üçtərəfli Bəyanat sülhə, Qarabağda münaqişənin aradan qaldırılması üçün bir addım idi:

"Bu həm də ilk növbədə qələbənin, düşmən üzərində qazanılan uğurun bir təntənəsi idi. Çünki düşmən artıq məğlub olduğunu bilirdi və Azərbaycan Ordusunun həmləsi ilə darmadağın edilən Ermənistan silahlı qüvvələri artıq məğlubiyyətə razı idilər.

Ona görə də Ermənistanın Baş naziri bu məğlubiyyət aktına qol çəkməyə məcbur  idi və bu, təbiidir. Çünki artıq Ermənistan ordusu tamamilə darmadağın edilmişdi. Onun qalıqları məhv olmaq təhlükəsi altında idi. Belə bir anda Ermənistan artıq məğlubiyyəti qəbul elədi.

Bu, düzgün bir çıxış yolu idi. Çünki Azərbaycan ərazilərində Xankəndidə, Xocalıda, Ağdərədə və digər yaşayış məntəqələrində erməni əsilli Azərbaycan vətəndaşları yaşayırdılar.

Müharibə davam etsə idi onların da həyatı təhlükə qarşısında qala bilərdi. Çünki erməni faşistləri çox vaxt yaşayış məskənlərindən Azərbaycan Ordusunu, kəndlərini və şəhərlərini atəşə tutur və dinc sakinlərin arxasında gizlənirdilər.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin bəşəri amalları və qətiyyəti bir daha göstərdi ki, Azərbaycan qalib olsa da o hər bir anda sülhə imza atmağa, münaqişəni aradan qaldırmağa qadirdir və bu üçtərəfli Bəyanat da onu sübut etdi. 

Çünki üçtərəfli Bəyanatın imzalanması bilavasitə atəşkəsin əldə edilməsinə zəmin yaradırdı. Müəyyən problemlərin aradan qaldırılmasına bir dəstək idi. Artıq o dövrdən 5 il keçir və Azərbaycanın güclü iqtisadiyyatı, beynəlxalq aləmdə qazandığı uğurlar, dövlətimizin başçısının düşünülmüş siyasəti, Ordunun gücü, xalqın birliyi sonrakı günlərdə, 23 saatlıq antiterror tədbirlərində də bir daha qüdrətimizi, əyilməzliyimizi, torpağa sədaqətimizi dünyaya göstərdi. Erməni təcavüzkarlarının ayaqları birdəfəlik olaraq Qarabağ torpaqlarından kəsildi".

Onun sözlərinə görə, bu gün biz sülh ərəfəsindəyik və 2020-ci ilin noyabr ayının 10-da imzalanmış bu üçtərəfli Bəyanat əsas verir ki, biz qarşıya qoyulan həmin bəyanatda əksini tapan müddəaların yerinə yetirilməsini tələb edək:

"Bu da bir həqiqətə çevrilib. Çünki avqustun 8-də Vaşinqtonda keçirilən görüş, eləcə də orada üç dövlət rəhbərinin iştirakı ilə Birgə Bəyannamənin imzalanması bir daha göstərir ki, sülhə yaxınıq və artıq sülhün zəruriliyini Ermənistan da dərk edir. 

Şüurlu erməni əhalisi bunu başa düşür və bilirlər ki, Azərbaycanla sağlam münasibət yaratmadan, sülhə gəlmədən Cənubi Qafqazda təhlükəsizliyi təmin etmək, ən başlıcası Ermənistanın inkişafı, tərəqqisi mümkün deyil. Ona görə də sülhə gedən yolda, əmin-amanlığın yaradılmasında 10 noyabr 2020-ci ildə bağlanmış üçtərəfli Bəyanat çox mühüm əhəmiyyətə malikdir.

Biz bugünlərdə hərbi parad keçirdik. Parad zamanı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də bunu bir daha gündəmə gətirdi və bildirdi ki, Ermənistanla sülhə hazırıq, Azərbaycan dünyada əmin-amanlığın, sülhün, qarşılıqlı əməkdaşlığın, münasibətlərin yaxşılaşdırılmasının tərəfdarıdır. 

Bu, düzgün bir seçimdir və Azərbaycan rəhbəri də daimi olaraq, vəzifəyə seçildiyi ilk gündən də bu bəyanatlarla çıxış edir. Bildirib ki, qonşu dövlətlərlə daimi olaraq münasibətləri yaxşılaşdırmaq, sülh şəraitində yaşamaq, gediş-gəliş etmək çox vacibdir. Bu, nəinki sözdə, əməldə bir həqiqətə çevrilir.

Bugünlərdə Azərbaycan ərazisindən tranzit yolla Ermənistana taxıl məhsullarının daşınması, eləcə də hava məkanından müəyyən yolların verilməsi bunun əyani nümunəsidir və Azərbaycan da bu yolda, 10 noyabr üçtərəfli Bəyanatın tələblərindən irəli gələn vəzifələrin yerinə yetirilməsində bütün səylərini ortaya qoyub.

Bu əlbəttə ki, Azərbaycanın milli maraqlarına uyğundur, Azərbaycanın gələcək inkişafı, xalqın xoşbəxtliyi üçün çox əhəmiyyətlidir".

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: Üçtərəfli Bəyanat Tahir Rzayev

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:225
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see371

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see293

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see274

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see253

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see253

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see236

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see230

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see227

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see219

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see217

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see209

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see206

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see205

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see203

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see202

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see201

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see197

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see190

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see184

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri