Icma.az
close
up
RU
Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

Ermənistanı revanşizmə həvəsləndirən Makrondur RƏY

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu o deməkdir ki, konstitusiyasında qonşularına qarşı ərazi iddiası yer alan bu işğalçı ölkəni silahlandırmaqda davam edəcəklər 

Ermənistanın Baş naziri Nikol Paşinyan Parisdə Fransa Prezidenti Emmanuel Makronla görüşüb. Tərəflər Bakı-İrəvan danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər. Paşinyan bildirib ki, İrəvan sülh gündəliyinə və kommunikasiyaların bərpasına sadiqdir. Emmanuel Makron isə Fransanın Ermənistanın ərazi bütövlüyü və suverenliyini dəstəkləmək əzmində olduğunu təsdiqləyib.

Milli Məclisin deputatı Sahib Alıyev “Sherg.az”a açıqlamasında xatırladıb ki, Parisdəkilərdən cəmisi bir neçə gün qabaq Tehrandakılar da eyni məzmunlu moizələrini növbəti dəfə təkrarlamağa ehtiyac duymuşdular: 

“Bu da əslində, onların Ermənistanı revanşizmə həvəsləndirmələrinə son qoymaqla bağlı xəbərdarlıqlarımıza verdikləri reaksiyadır. Yəni Ermənistanı silahlandıranların burada da sinxron hərəkətləri heç də onunla bağlı deyil ki, regionda doğrudan da sərhədlərin dəyişdirilməsi təhlükəsi var.  İndi elə bir təhlükə yoxdur. Amma gələcəkdə ola bilər. Bu regionda sərhədləri kimin dəyişdirdiyini, hansı ölkənin torpaqlarının 30 ildən artıq işğal altında olduğunu Tehrandakı əmmaməlililər də, Parisdəki xaçlılar da gözəl bilirlər. Hayları silahlandırmaqla da gələcəkdə bunun bir daha təkrarlanmasına çalışırlar. Onların Ermənistanın sərhədlərinin toxunulmazlığını əzmlə dəstəkləyəcəkləri haqda açıqlamaları da, əslində, o deməkdir ki, konstitusiyasında qonşularına qarşı ərazi iddiası yer alan bu işğalçı ölkəni silahlandırmaqda davam edəcəklər”. 

Yeri gəlmişkən, deputat əlavə edib ki, Ermənistanla İran arasında yazda imzalanması gözlənilən "uzunmüddətli hərtərəfli strateji tərəfdaşlıq" anlaşmasında hərbi əməkdaşlığın daha da dərinləşdirilməsinin nəzərdə tutulduğu haqda da xəbərlər var ki, buna da ən çox cəhd edən rəsmi Tehrandır:

“Ermənistanın Hərbi-Sənaye Komitəsinin keçmiş sədri Avetik Kerobyan bir neçə gün öncə etiraf etmişdi ki, rəsmi İrəvanın bu məsələdə tərəddüdləri fonunda İran dəfələrlə Ermənistanla hərbi-texniki əməkdaşlığı dərinləşdirməyə çalışıb. O, Fransa və Rusiyanın bu əməkdaşlığa göz yummağa hazır olduqlarını bildiyini də vurğulamışdı. Beləliklə, hay işğalına dəstək verənlərin yenə də eyni niyyətlə yaşadıqları, qətiyyən dəyişmədikləri açıq-aydın ortadadır. Sadəcə, geosiyasi reallıq dəyişib ki, onu da dəyişdirən Azərbaycandır”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:245
embedMənbə:https://sherg.az
archiveBu xəbər 09 Noyabr 2025 05:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see325

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see319

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see304

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see299

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see298

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see297

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see294

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see286

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see286

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see275

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see271

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see264

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see254

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see250

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see247

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see241

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see240

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see236

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see235

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see223
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri