İlon Mask, Bill Qeyts və Rid Hofmanın Epşteynlə münasibəti Sonrakı peşmanlıq...
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
5 iyun 2025-ci ildə "X" platformasında dərc olunmuş və tez bir zamanda silinmiş bir paylaşımda milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın Epşteyn sənədlərinin niyə açıqlanmasını istəmədiyini izah edib.
Bakıvaxtı.az "LeMonde.fr"ə istinadən xəbər verir ki, o, postunda yazıb:
"Parlaq xəbərləri yaymağın vaxtıdır. Donald Tramp Epşteynin sənədlərində adı hallananlar arasındadır. Bu sənədlərin ictimaiyyətə açıqlanmamasının əsl səbəbi budur".
Daha sonra sahibkar əlavə edib: “Çox sayda nüfuzlu insan bu siyahının gizlədilməsini istəyir”.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən 30 yanvarda Epşteyn sənədləri ilə bağlı daha üç milyon səhifə dərc edilib. Sənədlərdə Maskın Epşteyn adasına o vaxtkı həyat yoldaşı Talulah Rayli ilə səyahət etmək istədiyi ortaya çıxıb.
ABŞ Ədliyyə Nazirliyi tərəfindən açıqlanan sənədlər göstərir ki, üç milyarderin - İlon Mask, Bill Qeyts və Reyd Hoffmanın Epşteyn ilə münasibətləri olub. "Microsoft" (Bill Qeyts) və "LinkedIn"in (Reyd Hoffman) təsisçiləri təəssüflərini bildirsələr də, "SpaceX"in baş direktoru maliyyəçi İlon Mask isə heç bir məclisdə iştirak etmədiyini iddia edir.
Ancaq Ceffri Epşteynlə İlon Maskın yazışması da üzə çıxıb:
-Adaya neçə nəfər vertolyot ilə gələcək? - Ceffri Epşteyn 24 noyabr 2012-ci ildə soruşub.
-Yəqin ki, yalnız Talulah və mən olacağıq. Adanızda ən əyləncəli gün/gecə hansı olacaq? - İ.Mask ertəsi gün cavab verib.
Ancaq səfər heç vaxt baş tutmayıb.
Aydın Baxış
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 05 Fevral 2026 09:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















