Icma.az
close
up
RU
“Epşteynlə vaxt keçirmək böyük səhv idi” Bill Qeyts etiraf etdi

“Epşteynlə vaxt keçirmək böyük səhv idi” Bill Qeyts etiraf etdi

Icma.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Adı milyarder Ceffri Epşteynlə bağlı sənədlərdə yer alan “Microsoft”un qurucusu Bill Qeyts məsələ ilə bağlı açıqlama verib. Qeyts Epşteynlə görüşdüyünü etiraf edib və bu əlaqədən peşman olduğunu bildirib.

“Qafqazinfo”nun məlumatına görə, Bill Qeyts “9News”un baş siyasi redaktoru Çarlz Krauçerə verdiyi müsahibədə Ceffri Epşteynlə 2011-ci ildə tanış olduğunu və təxminən üç il ərzində onunla bir neçə şam yeməyində iştirak etdiyini deyib.

Bununla belə, əlaqənin yalnız peşəkar çərçivədə qaldığını vurğulayan Qeyts Epşteynin şəxsi adasına heç vaxt getmədiyini və onun vasitəsilə qadınlarla görüşmədiyini qeyd edib:

“Onunla vaxt keçirmək böyük bir səhv idi. Geri baxanda bunu çıxılmaz vəziyyət kimi görürəm. Onu tanıdığıma peşman olan tək mən deyiləm”.

İllərdir pedofiliya və insan alveri ittihamları ilə gündəmdə olan Ceffri Epşteynlə bağlı yeni sənədlər açıqlanmaqda davam edir. Epşteynin siyasət, biznes və elit dairələrlə əlaqələri bu işi adi məhkəmə istintaqından kənara çıxarıb.

Epşteyn sənədlərində adı çəkilən Bill Qeyts bir gün əvvəl vəkilləri vasitəsilə iddiaları təkzib etsə də, bu gün keçmiş həyat yoldaşı Melinda Frenç Qeytsin açıqlamalarından sonra yeni açıqlamaları ilə gündəmə gəlib.

Melinda Frenç Qeyts məsələ ilə bağlı müsahibəsində bildirib:

“Heç bir qız Epşteyn və onun ətrafındakı müxtəlif insanlar tərəfindən məruz qaldıqları vəziyyətə məruz qalmamalıdır. Düşünürəm ki, cəmiyyət olaraq hesablaşma yaşayırıq. Bu suallara mən yox, onlar cavab verməlidir”.

Bu açıqlamadan sonra diqqətlər birbaşa Bill Qeytsə yönəlib.

Yeni dərc edilən sənədlərdə Epşteynin e-poçt hesabından Qeytsin qadınlarla görüşlər təşkil etdiyi iddia olunan qaralama mesajlar da yer alıb. Bill Qeyts  müsahibəsində bu iddiaları qəti şəkildə təkzib edib:

“Görünür, Ceffri özünə e-poçt yazıb. Bu mesaj heç vaxt göndərilməyib və tamamilə yalandır”.

Qeyts sonda Epşteynlə əlaqəsindən peşman olan yeganə şəxs olmadığını vurğulayaraq qeyd edib ki, sənədlər açıldıqca bu əlaqənin nə qədər yanlış olduğu daha aydın görünəcək.

Qeyd edək ki, C.Epşteyn ABŞ Ədliyyə Departamentinin cinsi istismar, pedofiliya və fahişəlik şəbəkəsi yaratmaq ittihamları ilə həbs olunmuş və 2019-cu ildə həbsxanada ölü tapılmışdı. Bir neçə gün əvvəl isə Ədliyyə Departamenti “Epşteyn işi” ilə bağlı genişmiqyaslı arxiv məlumatlarını ictimaiyyətə açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:244
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Fevral 2026 03:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri