İlon Mask “Twitter” səhmlərinə görə cərimələndi
Icma.az, Gununsesi saytına istinadən bildirir.
ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası (SEC) iş adamı İlon Maskı “Twitter” (indiki X) səhmlərinin alınması ilə bağlı məlumatı vaxtında açıqlamadığına görə 1,5 milyon dollar məbləğində cərimələyib.
Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ-nin Qiymətli Kağızlar və Birjalar Komissiyası məlumat yayıb.
Bildirilib ki, araşdırma Maskın 2022-ci ilin martında “Twitter”in 9,2 faiz səhmini alması barədə məlumatı gec təqdim etməsi ilə əlaqədar aparılıb.
Komissiyanın qaydalarına əsasən 5 faizdən çox səhmi əldə edən investor bu barədə tənzimləyici quruma 10 gün ərzində məlumat verməlidir.
İlon Mask isə sözügedən səhmləri 14 mart 2022-ci ildə alsa da bu barədə bildirişi yalnız 4 aprel tarixində təqdim edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 09 İyul 2026 23:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















