“Twitter” geri qayıdır
Modern.az saytına istinadən Icma.az xəbər verir.
“Twitter” adı sosial şəbəkələr dünyasına geri qayıdır.
Modern.az xəbər verir ki, keçmiş Twitter-in hüquq komandasının üzvlərindən biri olan Stephen Coates-in də təsisçiləri arasında yer aldığı Operation Bluebird startapı Twitter.now adlı yeni sosial şəbəkəni sınaqdan keçirir. Layihə xüsusilə adı ilə diqqət çəkir. Twitter-i satın aldıqdan sonra platformanın adını X olaraq dəyişdirən Elon Musk-ın şirkəti ötən il Operation Bluebird-i məhkəməyə vermişdi. X şirkəti startapın “Twitter” adı altında sosial şəbəkə yaratmasının qarşısını almağa çalışırdı.
Operation Bluebird isə X-in “Twitter” və “Tweet” kimi ticarət nişanlarından imtina etdiyini və buna görə həmin adlardan istifadə hüququnun artıq X-ə məxsus olmadığını iddia edir. Operation Bluebird-in həmtəsisçisi Stephen Coates bildirir ki, məqsədləri köhnə Twitter-i yenidən yaratmaq deyil. Şirkət daha çox etibar, şəffaflıq və istifadəçi seçimi üzərində qurulan yeni sosial şəbəkə yaratmaq istəyir. Twitter.now-un əsas fərqi süni intellektlə işləyən VERA adlı yoxlama sistemi olacaq. VERA paylaşımlardakı iddiaları analiz edəcək, onların mənbələrini və kontekstini göstərəcək, daha sonra isə paylaşıma etibar göstəricisi verəcək.
Gələcəkdə istifadəçilər özləri minimum etibar səviyyəsi müəyyən edə biləcəklər. Məsələn, istifadəçi yalnız müəyyən etibar balından yüksək qiymətləndirilən paylaşımların lentində görünməsini seçə biləcək. Beləliklə, şirkət sosial şəbəkələrdə geniş yayılan dezinformasiya və keyfiyyətsiz məzmun problemini azaltmağa çalışır. VERA sistemi hazırda ilkin versiyadadır. Şirkət yaxın zamanda daha geniş imkanlara sahib VERA 2.0 versiyasını təqdim etməyi planlaşdırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 28 Avqust 2026 06:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















