İlon Maskdan sensasiyalı qərar ABŞ dəki hər uşağa “SpaceX” səhmi veriləcək
Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“SpaceX” şirkətinin baş icraçı direktoru İlon Mask 2027-ci ildə ABŞ-dəki hər uşağa şirkətin səhmlərini verməyi planlaşdırdığını açıqlayıb.
Sherg.az xəbər verir ki, “Milliyet” nəşrinin məlumatına görə, dünyanın ən varlı şəxslərindən biri kimi tanınan Mask bu təşəbbüsün ilk addım olacağını və gələcəkdə oxşar layihələrin də həyata keçirilə biləcəyini bildirib.
Milyarder sahibkarın açıqlaması “SpaceX”in uzunmüddətli inkişaf hədəfləri ilə bağlı müzakirələr fonunda diqqət çəkib. Mask şirkətin bazar dəyərinin qarşıdakı 10 il ərzində 100 trilyon dolları keçə biləcəyini, gələcəkdə isə 1 katrilyon dolları ötürə biləcəyini iddia edib.
Səhmlərin necə paylanacağı hələ məlum deyil
ABŞ-dəki uşaqlara səhmlərin verilməsi planının təfərrüatları hələ açıqlanmayıb. Səhmlərin hansı yaş qrupuna aid uşaqlara veriləcəyi, iştirak şərtlərinin necə müəyyənləşdiriləcəyi və paylanmanın hansı mexanizmlə həyata keçiriləcəyi barədə rəsmi məlumat yoxdur.
Mask daha əvvəl süni intellekt şirkəti “Anthropic”in səhmlərinin yeni yaradılmış fonda köçürülmək əvəzinə birbaşa əhali arasında bölüşdürülməsini də təklif etmişdi.
“SpaceX”in 2027-ci il üçün nəzərdə tutulan təşəbbüsünün reallaşıb-reallaşmayacağı və onun hansı şərtlərlə həyata keçiriləcəyi hələ dəqiqləşməyib.
Baxış sayı:121
Bu xəbər 19 Oktyabr 2026 14:17 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















