Mask ABŞ də milyonlarla uşağa SpaceX səhmi verəcək Hər uşağa 2 səhm düşəcək
Icma.az, Banco.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Müəllif:Mehin Qasımova,Banco.az
"SpaceX" şirkətinin rəhbəri İlon Mask ABŞ-da uşaqlara şirkətin səhmlərinin paylanılacağını açıqlayıb. Yeni təşəbbüsə əsasən, hər uşağa iki "SpaceX" səhmi veriləcək.
Banco.az xəbər verir ki, Mask sosial şəbəkə hesabında ABŞ-dakı hər bir uşağın iki səhm əldə edəcəyini bildirib. Səhmlərdən biri "SpaceX", digəri isə milyarderin şəxsi vəsaiti hesabına təmin olunacaq.
Şirkət həmçinin hazırda aktiv olan hər bir “Tramp Hesabı”na (Trump Account) yeni buraxılmış A sinif səhmi verəcəyini açıqlayıb. Elon Mask da şirkətin ayırdığı səhmlərlə eyni sayda səhmi şəxsi hesabına bağışlayacaq.
Qeyd edək ki, İlon Mask oktyabrın 19-da ABŞ-dakı uşaqlara 2027-ci ildə "SpaceX" səhmi veriləcəyini vəd etmişdi. Şirkətin də təşəbbüsə qoşulması ilə hər uşağa nəzərdə tutulan səhmlərin sayı ikiyə yüksəlib.
ABŞ-da uşaqların uzunmüddətli yığımını təşviq etmək məqsədilə yaradılan “Tramp Hesabları” vergi güzəştləri nəzərdə tutan investisiya hesablarıdır.
Bununla belə, proqram çərçivəsində paylanacaq səhmlərin ümumi sayı, bazar dəyəri və paylanma tarixi hələ açıqlanmayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 26 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















