Icma.az
close
up
RU
İlon Maskdan Yaponiyaya şok xəbərdarlıq: Ölkə bu il bir milyon nəfər itirə bilər!

İlon Maskdan Yaponiyaya şok xəbərdarlıq: Ölkə bu il bir milyon nəfər itirə bilər!

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlon Musk Yapniya üçün qorxulu xəbərdarlıq edib. 

Redaktor.az xəbər verir ki, texnoloji dünyasının aparıcı simalarından olan iş adamı Yaponiyanın ciddi əhali azalması problemi ilə üz-üzə qaldığını və ölkənin bu il demək olar bir milyon nəfər itirə biləcəyini bildirib.

O, əvvəllər X platformunda Yaponiyanın aşağı doğum nisbətləri səbəbilə "varlığını davam etdirə bilməmə" riski ilə qarşılaşdığını demişdi. Mask paylaşımında ölkənin demoqrafik azalmasının "yarım əsr əvvəl qaçılmaz şəkildə hərəkətə keçmiş olduğunu" ifadə edərək, süni intellektin bu vəziyyəti dəyişə biləcək "tək ümid" olduğunu müdafiə edib.

Mask bu proqnozunu dünya statistika məlumatının "Yaponiyanın əhalisi 2024-cü ildə 900 min əlavə ölümlə azalır” paylaşımını sitat gətirərək edib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına görə, 2024-cü ildə 686 min 61 doğum və 1 milyon 605 min 298 ölüm qeydə alınıb. Bu təxminən 919 min nəfərlik xalis əhali azalması deməkdir.

Ölkənin əhalisi aşağı doğum nisbətləri və yaşlanan cəmiyyət səbəbilə sürətlə azalır. Yaponiyanın hazırkı doğum nisbəti 1.26 səviyyəsindədir. Bir X istifadəçisi Maskın süni intellekt köməkçisi "Grok"dan bu məlumatları təsdiq etməsini və "Bəşəriyyətin yaşaması üçün neçə uşaq dünyaya gətirməliyik?" sualını verməsini istəyib. "Grok" "Əhali azalmasının qarşısını almaq üçün" Birləşmiş Millətlər Təşkilatının qlobal əhalinin qadın başına orta hesabla 2.1 uşaq nisbətini qorumağı təklif etdiyini bildirib. Həmçinin, "Mövcud proqnozlar göstərir ki, əksər regionlarda 2040-2050-ci illər arasında bu nisbətdən aşağı düşüləcək. Süni intellekt, uzunömürlülük texnologiyaları və ya siyasətlər bu meyli dəyişməsə, çöküş riski var" deyib.

Qlobal Statistika məlumatlarına görə, Yaponiyanın doğum nisbəti son 14 ildir azalır.

Maskın paylaşımı sosial mediada həm istehza mövzusu oldu, həm də hiddətə səbəb olub. İstifadəçilər paylaşımın məqsədini sorğulayarkən, bəziləri Maskın bunu "məhsul satmaq üçün" etdiyini irəli sürüb. Maskı tənqid edən bir istifadəçi süni intellektin bu problemləri həll edə bilməyəcəyini qeyd edərək deyib: "Siz sadəcə məhsul satmağa çalışırsınız. İnsanların yaşaya biləcəyi bir gəlirə ehtiyacı var. Əgər insanlar ev ala bilməsə, uşaq sahibi olmazlar. İnsanlar layiq olduqları yaşana bilən əmək haqqı almalı, istismar edilməməli və sonra problemlərinə həll kimi başqa bir məhsul təqdim edilməməlidir".

Başqa bir istifadəçi isə Maska sərt çıxaraq belə şərh edib: "Sizin kimi milyarderlər insanların uşaq sahibi olmaq istəməməsinin səbəbidir. Bütün sərvəti əlində saxlayanda və insanlar bunu ödəyə bilməyəndə, ödəyə biləcəkləri bir həyatı seçirlər"./qaynarinfo.az/

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 11 Avqust 2025 21:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Leysan Məmmədovun birmənbə metodu: Xocavənddə 40 evi 2,3 milyona təmir edəcək şirkət kimindir?

12 Noyabr 2025 17:21see262

Prezident İlham Əliyev Ramiz Mehdiyevlə bağlı danışdı İlk dəfə

12 Noyabr 2025 20:16see178

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see168

İqtisadiyyat Nazirliyində “Konstitusiya və Suverenlik İli” mövzusunda tədbir keçirilib

13 Noyabr 2025 10:47see165

Bakı və regionlarda neçə bina istiliklə təmin olunacaq? RƏSMİ AÇIQLAMA

13 Noyabr 2025 13:18see150

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see149

Netanyahunun ən yaxın adamlarından biri istefa verdi

12 Noyabr 2025 01:04see139

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see138

Kremldə Putin Tokayev görüşü başlayır

12 Noyabr 2025 07:51see137

Azpul MMC də QANUN POZUNTUSU müştərinin telefon kontakt ına icazəsiz daxil olur

12 Noyabr 2025 22:35see136

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see135

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see135

FEYXOANIN FAYDALARI VƏ ZƏRƏRLƏRİ

12 Noyabr 2025 17:12see134

Kənan Məhərrəmov yüksək vəzifəyə təyin edildi

12 Noyabr 2025 17:11see132

Ərəblərdən Lukoyl a ağır zərbə: Ələkbərov çətin vəziyyətə düşüb

12 Noyabr 2025 22:31see132

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see129

Məşhur türkiyəli müğənni ad günündə vəfat etdi FOTO

12 Noyabr 2025 21:15see129

Rusiya Qazaxıstana dörd Amur pələngi bağışlayacaq

13 Noyabr 2025 03:49see128

Fransa və Braziliya milli komandaları Bostonda yoldaşlıq oyunu keçirəcəklər

13 Noyabr 2025 01:50see125

Rusiya nefti rekord endirimlərlə satmağa başladı: yeni sanksiyalar Kremlə ağır zərbə vurdu

12 Noyabr 2025 17:10see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri