Icma.az
close
up
RU
İlon Maskdan Yaponiyaya şok xəbərdarlıq: Ölkə bu il bir milyon nəfər itirilə bilər!

İlon Maskdan Yaponiyaya şok xəbərdarlıq: Ölkə bu il bir milyon nəfər itirilə bilər!

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İlon Musk Yapniya üçün qorxulu xəbərdarlıq edib. 

Qaynarinfo xəbər verir ki, texnoloji dünyasının aparıcı simalarından olan iş adamı Yaponiyanın ciddi əhali azalması problemi ilə üz-üzə qaldığını və ölkənin bu il demək olar bir milyon nəfər itirə biləcəyini bildirib.

O, əvvəllər X platformunda Yaponiyanın aşağı doğum nisbətləri səbəbilə "varlığını davam etdirə bilməmə" riski ilə qarşılaşdığını demişdi. Mask paylaşımında ölkənin demoqrafik azalmasının "yarım əsr əvvəl qaçılmaz şəkildə hərəkətə keçmiş olduğunu" ifadə edərək, süni intellektin bu vəziyyəti dəyişə biləcək "tək ümid" olduğunu müdafiə edib.

Mask bu proqnozunu dünya statistika məlumatının "Yaponiyanın əhalisi 2024-cü ildə 900 min əlavə ölümlə azalır” paylaşımını sitat gətirərək edib. Yaponiya Səhiyyə Nazirliyinin rəsmi məlumatlarına görə, 2024-cü ildə 686 min 61 doğum və 1 milyon 605 min 298 ölüm qeydə alınıb. Bu təxminən 919 min nəfərlik xalis əhali azalması deməkdir.

Ölkənin əhalisi aşağı doğum nisbətləri və yaşlanan cəmiyyət səbəbilə sürətlə azalır. Yaponiyanın hazırkı doğum nisbəti 1.26 səviyyəsindədir. Bir X istifadəçisi Maskın süni intellekt köməkçisi "Grok"dan bu məlumatları təsdiq etməsini və "Bəşəriyyətin yaşaması üçün neçə uşaq dünyaya gətirməliyik?" sualını verməsini istəyib. "Grok" "Əhali azalmasının qarşısını almaq üçün" Birləşmiş Millətlər Təşkilatının qlobal əhalinin qadın başına orta hesabla 2.1 uşaq nisbətini qorumağı təklif etdiyini bildirib. Həmçinin, "Mövcud proqnozlar göstərir ki, əksər regionlarda 2040-2050-ci illər arasında bu nisbətdən aşağı düşüləcək. Süni intellekt, uzunömürlülük texnologiyaları və ya siyasətlər bu meyli dəyişməsə, çöküş riski var" deyib.

Qlobal Statistika məlumatlarına görə, Yaponiyanın doğum nisbəti son 14 ildir azalır.

Maskın paylaşımı sosial mediada həm istehza mövzusu oldu, həm də hiddətə səbəb olub. İstifadəçilər paylaşımın məqsədini sorğulayarkən, bəziləri Maskın bunu "məhsul satmaq üçün" etdiyini irəli sürüb. Maskı tənqid edən bir istifadəçi süni intellektin bu problemləri həll edə bilməyəcəyini qeyd edərək deyib: "Siz sadəcə məhsul satmağa çalışırsınız. İnsanların yaşaya biləcəyi bir gəlirə ehtiyacı var. Əgər insanlar ev ala bilməsə, uşaq sahibi olmazlar. İnsanlar layiq olduqları yaşana bilən əmək haqqı almalı, istismar edilməməli və sonra problemlərinə həll kimi başqa bir məhsul təqdim edilməməlidir".

Başqa bir istifadəçi isə Maska sərt çıxaraq belə şərh edib: "Sizin kimi milyarderlər insanların uşaq sahibi olmaq istəməməsinin səbəbidir. Bütün sərvəti əlində saxlayanda və insanlar bunu ödəyə bilməyəndə, ödəyə biləcəkləri bir həyatı seçirlər".

Aydın

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:81
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 11 Avqust 2025 19:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see199

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see165

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see156

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see130

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri