İlon Maskın övladından süni intellektə qarşı sərt MESAJ
Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Tesla” şirkətinin rəhbəri İlon Maskın transgender övladı Vivian Uilson İspaniyanın məşhur “Desigual” moda brendinin süni intellektə qarşı yönəlmiş etiraz kampaniyasında çəkilib.
Redaktor.az “The Independent” nəşrinə istinadla xəbər verir ki, brendin 2026-cı il üçün nəzərdə tutulan reklam çarxı “Born to Disobey” (“İtaət etməmək üçün doğulanlar”) adlanır.
Çarxda Uilson “Tesla Optimus” modelinə bənzər “DESI 84” adlı məişət robotunu təhqiredici şəkildə istifadə edir və onu xaltada gəzdirir. Nəticədə sistemdə xəta yaranır və robot sıradan çıxır. Brendin mətbuat xidməti bu addımın “sistemə tabe olmamaq, azadlıq və ironiyanı nümayiş etdirmək” məqsədi daşıdığını bildirib.
Vivian Uilson isə “People”a verdiyi açıqlamada süni intellektin yaradıcı insanların işini əlindən aldığını bəyan edib:
“Sənət insan yaradıcılığı vasitəsilə ifadə olunan emosiyadır. Emosiyalar təbiətən insana məxsus olduğu üçün süni intellekt əsəri ilkin ideyasından məhrum edir və onu rənglərlə formaların plagiatı ilə əvəzləyir”.
Baxış sayı:102
Bu xəbər 11 Sentyabr 2026 20:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















