Icma.az
close
up
RU
İLQAR MƏMMƏDOV VƏ YENİ FEMİNİZM HƏRƏKATI

İLQAR MƏMMƏDOV VƏ YENİ FEMİNİZM HƏRƏKATI

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Fazil MUSTAFA, millət vəkili

Əlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da!

Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir. Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər. Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir. Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil, vaxta sığışa bilənləri dinləyənlərə çatdırmağa məhkum olursan.

Son parlament iclasında 5 dəqiqəlik çıxışımı bir daha diqqətlə dinlədim. Bu çıxışda 6 ciddi problemə toxunulmuş, bir neçə faydalı sayıla biləcək təklif verilmiş və nədənsə bütün bu mövzudan sosial şəbəkədə ancaq boşanmaların bəzi qadınlara aid neqativ tərəfi geninə-boluna müzakirə olunmuşdur.

Qeyd edim ki, bunların içində təqdir və tənqid yazılarına normal yanaşmışam və hətta bəzi tənqidləri faydalı hesab edərək öz səhifəmdə də paylaşmışam. Etik çərçivəni aşmadan paylaşılan bir neçə status üzrə aparılan müzakirələrə də birbaşa qoşularaq mövqeyini aydın şəkildə çatdırmağa çalışmışam. Lakin hər dəfə olduğu kimi marıqda gözləyən bəzi dəyərsiz kimliklər mövzunu bir tərəfə buraxıb, şəxsimi məqsədyönlü şəkildə təhqir etməyə çalışanda, yazılarımla onlara zəruri Osmanlı tokatı vurmağa da tənbəllik etməmişəm. Qısaca yuxarıda vurğulanan mövzu ilə bağlı aydın mövqeyimi bildirim: Boşanmalar ailə institutunu ciddi şəkildə sarsıdır, məhkəmə praktikasında günahkar əsasən kişilərin uyğunsuz davranışı olur və onların üzərinə aliment öhdəliyi qoyulur. Üstəlik, bir qisim kişilərin alimentləri ödəməkdən məqsədli şəkildə yayınması da qadınlarımız üçün ağır sosial sıxıntılar yaratmaqdadır. Doğrudan da boşanmalarda daha çox rolu olan tərəf kişilərdir. Bu səbəbdən boşanmış iffətli qadınların da hansı əzab-əziyyətlə, psixoloji travmalarla övladlarını böyütdüklərini çevrəmizdə, yaxud çevrəmizdən kənarda açıq şəkildə müşahidə edə və duya bilirik. Eyni zamanda qeyd edirəm ki, bəzi qızlar da məqsədyönlü şəkildə ailə qururlar ki, bir və ya iki uşaq olandan sonra aliment almaq, mal-mülkdən pay qazanmaq və sərbəst yaşamaq (bunun içində açıqlanması mümkün olan və olmayan çox məsələlər durur) istəklərini həyata keçirsinlər. Bu barədə də müvafiq orqanlardan əldə etdiyim faktlara, tanıdığım və ya qəbulumda olan insanların müraciətlərinə əsaslanan yetərincə bilgilər var.

Ancaq yenə də bu şəxsləri ittiham etmək yerinə, təklif etmişəm ki, belə niyyətli qadınlar müəyyənləşdirildiyi təqdirdə Mediasiya qurumu rəyini məhkəməyə təqdim etsin və nəticədə daha obyektiv qərarlar qəbul olunsun. Bununla da boşanmada günahı olmayan kişilərə ağır maddi məsuliyyət yüklənməsin.

Buraya qədər yəqin ki, normal düşünən, ağlı başında olan hər kəs çıxışın mahiyyətini anlamış oldu. İndi isə keçək ağlı başında olmayanlara bəzi məqamları izah etməyə. Onlardan biri də heç şübhəsiz "REAL" partiyasının keçmiş sədri İlqar Məmmədovdur. Əlbəttə, İlqar Məmmədov bizim çıxışımıza mədəni tənqid üslubunda cavab versəydi, "Eyvallah!" deyib üzərindən sakitcə keçərdik və hətta bəzi tənqidlərindən faydalanardıq. Ən azı siyasi partiyalar arasında, partiya rəhbərləri arasında münasibətlərin normal səviyyədə qorunmasına cəhd etməklə bu etik çərçivəni aşmamaq mümkün idi. Ancaq nədənsə bu şəxs açıq şəkildə ədəbsiz üslüb seçərək, “bizim statistikanı anlamadığımızı”, “qadınları şərlədiyimizi”, “ağılsız fikir ortaya atdığımızı” iddia edərək təhqiramiz ittihamlar irəli sürmüşdür. Öncə inanmadım, çünki bizim çıxışımız ailə institutunun pozulmasında rolu olan, bəzi yüngül əxlaqlı və sərbəst həyat arzulayan, yüksək maaşdan yüksək aliment və mülkiyyətdən pay qoparmaq niyyəti ilə boşanmağa çalışan qadınlarla əlaqəli idi. Lakin və sanki həmin kateqoriyaya aid olan şəxslərdən biri kimi məhz İlqar Məmmədovun cavab verməsi bəzi məqamları xatırlarkən təəccübümə səbəb olmadı. Çünki illər öncə həmin yuxarıda adı keçən İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmişdi və ardınca da gizli öhdəliklər, habelə Avropa Məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün heyvanxana dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə, arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu.

Yazısının sonluğu ilə tanış olduqda isə aydın olur ki, İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların adından etiraz səsini ucaltması heç də onun səmimiyyətindən irəli gəlmir. Çünki adam əslində mövzuya dəxli olmayan başqa bir gileyini diqqətə çatdırmaq istəyir. Guya deputatlardan biri seçkilərə qoşulduğu zaman ona dostcasına belə demişdir: “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et səndən o razı qalsın!” Tövsiyə olaraq deyim ki, cənab İlqar Məmmədov, bundan sonra da səndən nə o, nə onlar, nə də seçici dediyin Azərbaycan vətəndaşları razı qalcaqlar. Sənə zərrə qədər etibar da etməyəcəklər. Çünki həbsxanadan hansı şərtlərlə çıxdığını bilənlər anlayırlar ki, mal-mülk üçün, siyasi aliment əldə etmək üçün boşanmağa həmişə meyilli olacaqsan!

Çalış bundan sonra heç olmasa bu cür qadınların hüquqlarını davamlı qoruyan feminist olasan! Onlar səni layiq olduğun yerə hökmən təyin edəcəklər!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 05 Mart 2026 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri