Icma.az
close
up
RU
İlqar Məmmədov və yeni feminizm hərəkatı

İlqar Məmmədov və yeni feminizm hərəkatı

Icma.az, Modern.az saytına istinadən bildirir.

Əlbəttə ki, bütün yazdığım mətnlər və etdigim çıxışlar ideal deyil. Hər birində tənqid üçün yetərincə açıq məqamlar olur və olmalıdır da! Yazı mətnləri ilə birbaşa mətnsiz edilən çıxışlar da bir-birindən üslubca fərqlənir.
Yazı mətni daha ciddi məsuliyyət tələb edir və qalıcı dəyərləndirməyə tabedir. 50-100 il sonralarda da oxunub fərqli baxış bucağından şərh oluna bilər. Şifahi çıxışın isə əsas hədəfi mövcud auditoriyaya uyğun olaraq izləyicilərin diqqətini  seçdiyin və ya öncədən seçilmiş mövzuya yönəltməkdir. Burada ritorik manevrlər qaçılmazdır və problemin ciddiliyini qabartmaq üçün seçdiyin üslub çox böyük önəm daşıyır. Xüsusilə də çıxış üçün dəqiq vaxt çərçivəsi qoyulanda, arzu etdiyini deyil, vaxta sığışa bilənləri dinləyənlərə çatdırmağa məhkum olursan.
Son parlament iclasında 5 dəqiqəlik çıxışımı bir daha diqqətlə dinlədim. Bu çıxışda 6 ciddi problemə toxunulmuş, bir neçə faydalı saylıla biləcək təklif verilmiş və nədənsə bütün bu mövzudan sosial şəbəkədə ancaq boşanmaların bəzi qadınlara aid neqativ tərəfi geninə-boluna müzakirə olunmuşdur. Qeyd edim ki, bunların içində təqdir və tənqid yazılarına normal yanaşmışam və hətta bəzi tənqidləri faydalı hesab edərək öz səhifəmdə də paylaşmışam. Etik çərçivəni aşmadan paylaşılan bir neçə status üzrə aparılan müzakirələrə də birbaşa qoşularaq mövqeyini aydın şəkildə çatdırmağa çalışmışam.
Lakin hər dəfə olduğu kimi marıqda gözləyən bəzi dəyərsiz kimliklər mövzunu bir tərəfə buraxıb şəxsimi məqsədyönlü şəkildə təhqir etməyə çalışanda yazılarımla onlara zəruri Osmanlı tokatı vurmağa da tənbəllik etməmişəm. Qısaca yuxarıda vurğulanan mövzu ilə bağlı aydın mövqeyimi bildirim: Boşanmalar ailə institutunu ciddi şəkildə sarsıdır, məhkəmə praktikasında günahkar əsasən kişilərin uyğunsuz davranışı olur və onların üzərinə aliment öhdəliyi qoyulur. Üstəlik bir qisim kişilərin alimentləri ödəməkdən məqsədli şəkildə yayınılması da qadınlarımız üçün ağır sosial sıxıntılar yaratmaqdadır.
Doğrudan da boşanmalarda daha çox rolu olan tərəf kişilərdir. Bu səbəbdən boşanmış iffətli qadınların da hansı əzab-əziyyətlə, psixoloji travmalarla övladlarını böyütdüklərini çevrəmizdə, yaxud çevrəmizdən kənarda açıq şəkildə müşahidə edə və duya bilirik. Eyni zamanda qeyd edirəm ki, bəzi qızlar da məqsədyönlü şəkildə ailə qururlar ki, bir və ya iki uşaq olandan sonra aliment almaq, mal-mülkdən pay qazanmaq və sərbəst yaşamaq (bunun içində açıqlanması mümkün olan və olmayan çox məsələlər durur) istəklərini həyata keçirsinlər. Bu barədə də müvafiq orqanlardan əldə etdiyim faktlara, tanıdığım və ya qəbulumda olan insanların müraciətlərinə əsaslanan yetərincə bilgilər var. Ancaq yenə də bu şəxsləri ittiham etmək yerinə, təklif etmişəm ki, belə niyyətli qadınlar müəyyənləşdirildiyi təqdirdə Mediasiya qurumu rəyini məhkəməyə təqdim etsin və nəticədə daha obyektiv qərarlar qəbul olunsun. Bununla da boşanmada günahı olmayan kişilərə ağır maddi məsuliyyət yüklənməsin. Buraya qədər yəqin ki, normal düşünən, ağlı başında olan hər kəs çıxışın mahiyyətini anlamış oldu. İndi isə keçək ağlı başında olmayanlara bəzi məqamları izah etməyə.

Onlardan biri də heç şübhəsiz "REAL" partiyasının keçmiş sədri İlqar Məmmədovdur. Əlbəttə, İlqar Məmmədov bizim çıxışımıza mədəni tənqid üslubunda cavab versəydi, "Eyvallah!" deyib üzərindən sakitcə keçərdik və hətta bəzi tənqidlərindən faydalanardıq. Ən azı siyasi partiyalar arasında, partiya rəhbərləri arasında münasibətlərin normal səviyyədə qorunmasına cəhd etməklə bu etik çərçivəni aşmamaq mümkün idi. Ancaq nədənsə bu şəxs açıq şəkildə ədəbsiz üslüb seçərək “bizim statistikanı anlamadığımızı”, “qadınları şərlədiyimizi”, “ağılsız fikir ortaya atdığımızı” iddia edərək təhqiramiz ittihamlar irəli sürmüşdür. Öncə inanmadım, çünki bizim çıxışımız ailə institutunun pozulmasında rolu olan, bəzi yüngül əxlaqlı və sərbəst həyat arzulayan, yüksək maaşdan yüksək aliment və mülkiyyətdən pay qoparmaq niyyəti ilə boşanmağa çalışan qadınlarla əlaqəli idi.   Lakin və sanki həmin kateqoriyaya aid olan şəxslərdən biri kimi məhz İlqar Məmmədovun cavab verməsi bəzi məqamları xatırlarkən  təəccübümə səbəb olmadı. Çünki illər öncə həmin yuxarıda adı keçən İlqar Məmmədov bütövlükdə parlamenti tərbiyəsizcəsinə heyvanxanaya bənzətmişdi və ardınca da gizli öhdəliklər, habelə Avropa məhkəməsinin qətnaməsi ilə ödənilən külli miqdarda vəsait nəticəsində təcili və müəmmalı şəkildə həbsxanadan azad olunan kimi özünün heyvanxana dediyi müəssissəyə düşmək üçün əlahiddə canfəşanlıq etmişdi. Nəticədə arzuladığının əksinə parlamentdə deyil, siyasətin təcrid olunmuş heyvanxanasında irreal bir baxıcı olaraq qalmağa razılaşmış oldu. 
Yazısının sonluğu ilə tanış olduqda isə aydın olur ki, İlqar Məmmədovun yüngül həyat tərzinə meylli qadınların adından etiraz səsini ucaltması heç də onun səmimiyyətindən irəli gəlmir. Çünki  adam əslində mövzuya dəxli olmayan başqa bir gileyini diqqətə çatdırmaq istəyir. Guya deputatlardan biri seçkilərə qoşulduğu zaman ona dostcasına belə demişdir:  “İlqar, sən niyə seçicilərə səslənirsən axı? Nəzərə al da, sənin bircə nəfər seçicin var. Əsas odur, elə et səndən o razı qalsın!” Tövsiyə olaraq deyim ki, cənab İlqar Məmmədov, bundan sonra da səndən nə o, nə  onlar, nə də seçici dediyin Azərbaycan vətəndaşları razı qalcaqlar. Sənə zərrə qədər etibar da etməyəcəklər. Çünki həbsxanadan hansı şərtlərlə çıxdığını bilənlər anlayırlar ki, mal-mülk üçün, siyasi aliment əldə etmək üçün boşanmağa həmişə meyilli olacaqsan! 
Çalış bundan sonra heç olmasa bu cür qadınların hüquqlarını davamlı qoruyan feminist olasan! Onlar səni layiq olduğun yerə hökmən təyin edəcəklər!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Mart 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see397

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see367

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see355

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see296

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see279

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see256

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see250

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see247

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see235

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see225

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see222

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see222

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see216

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see213

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see201

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see201

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see192

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see167

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see166

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri