Icma.az
close
up
RU
İlyarım ərzində AYNA dan 100 milyon manata yaxın sifariş alan şirkət kimindir?

İlyarım ərzində AYNA dan 100 milyon manata yaxın sifariş alan şirkət kimindir?

Qaynarinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) "STP-Btech" şirkəti ilə iki satınalma müqaviləsi imzalayıb. 

Qaynarinfo xəbər verir ki, müqavilələrin birində respublika ərazisində, magistral yollarda nişanlanma işləri, digərində isə yolların xətlənməsi işlərinin həyata keçirilməsi nəzərdə tutulur. 

Yollarda nişanlanma işlərinə görə "STP-Btech" şirkətinə 33 549 225,28 manat, yolların xətlənməsinə görə isə 11 465 232,11 manat ödəniləcək. 

Ümumiyyətlə isə AYNA cari ildə "STP-Btech" şirkətilə dörd satınalma müqaviləsi imzalayıb. Əvvəlki iki müqavilə də yolların xətlənməsi və nişanlanması ilə bağlıdır. Bu müqavilələrin ümumi maliyyə dəyəri isə 32 295 357,01 manatdır. Beləliklə, aydın olur ki, "STP-Btech" şirkəti təkcə 2025-ci ildə AYNA-dan 77 309 814,40 manatlıq sifartiş alıb.

Ötən il də AYNA ilə sözügedən şirkət arasında iki satınalma müqaviləsi imzalanıb. Bu müqavilələr də nişanlanma və xətlənmə işləri ilə bağlıdır. Müqavilələrin ümumi maliyyə dəyəri 20 593 944,40 manatdır. 

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarından aydın olur ki, "STP-Btech" MMC 4 aprel 2024-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 2 400 000 manatdır. Şirkətin hüquqi ünvanı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Texno Park sahəsində yerləşir. MMC-nin qanuni təmsilçisi Emre Yalçındır. 


Emre Yalçın

Ondan əvvəl şirkətin qanuni təmsilçisi Qurbanzadə Səlim Səlim oğlu olub. Mediada gedən məlumatlara görə, Səlim Qurbanzadə "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) Müşahidə Şurasının sədri Aqil Qurbanovun qardaşıdır. Səlim Qurbanzadənin "STP-Btech" MMC-yə rəhbərlik etdiyi dönəmlərdə də şirkət iri məbləğli dövlət sifarişləri alıb. Media bunu Aqil Qurbanovun himayədarlığının nəticəsi kimi şərh edir. 

Yeri gəlmişkən, "STP-Btech" MMC 1 ildən bir az artıqdır ki, fəaliyyət göstərir. Lakin yaranmasından heç iki ay ötməmiş satınalma müsabiqələrində iştirak etməyə başlayıb. 


Ələkbər Abbaslı

"STP-Btech" MMC-nin rəsmi internet saytından məlum olur ki, şirkətin Direktorlar Şurasının sədri Ələkbər Abbaslıdır. Ələkbər Abbaslı cari ilin avqustunda "Sumqayıt Texnologiyalar Parkı" MMC-nin baş icraçı direktoru vəzifəsinə təyin edilib. 


Aymet Haytaoğlu

"STP-Btech" MMC-nin Direktorlar Şurasının üzvlərindən biri Aymet Haytaoğludur. O, bundan əvvəl "Caspian Entertainment" şirkətinin rəhbəri olub.

Adıçəkilən şəxslərin AYNA və ya qurumun rəhbərliyi ilə hər hansı əlaqələrinin, yaxınlıqlarının olması barədə məlumat yoxdur. Bununla belə, cəmi il yarımdır fəaliyyət göstərən şirkətin bu müddət ərzində AYNA-dan 97 903 758,80 manatlıq sifariş alması şirkətlə AYNA rəhbərliyi arasında hansısa işbirliyinin olmasına şübnhələr yaradır. 

Seyid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:397
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 08 Oktyabr 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri