Icma.az
close
up
RU
İlyas İsmayılovun oğlu: Anam da heç vaxt partiya işləri ilə...

İlyas İsmayılovun oğlu: Anam da heç vaxt partiya işləri ilə...

Icma.az, Mia.az portalına istinadən məlumat verir.

"Əslində, atamın rəhbərlik etdiyi Ədalət Partiyasında onun vəfatından sonra nələrin baş verməsi haqqında ətraflı bilgim yoxdur. Ona görə də proseslərə müdaxilə etmək haqqında düşünməmişəm. İddia edirlər ki, guya İlyas bəyin vəsiyyəti var və s. Kimsə israrla vəsiyyətin olduğunu deyirsə, mütləq onu göstərməlidir. Ortada fakt, sənəd yoxdursa, bu iddiallar əsassızdır".

Mia.az xəbər verir ki, bunu teleqraf-a açıqlamasında Ədalət Partiyasının mərhum sədri İlyas İsmayılovun ABŞ-də yaşayan oğlu Mətin İsmayılov siyasi təşkilatda baş verən qalmaqala münasibət bildirərkən deyib.

O, son vaxtlar işlərinin çox olması səbəbindən partiyada baş verənləri izləyə bilmədiyini söyləyib: “Sadəcə olaraq, vəsiyyət haqqında yayılan söhbətləri eşitmişəm. Atamın sağlığında partiyaya özündən sonra kimin sədrlik edəcəyi ilə bağlı heç vaxt söhbət etməmişəm. İndi eşidirəm ki, partiyanın qərargahı ilə bağlı söz-söhbətlər var. Meydan Babayevin (ali məclisin sədri) adı çəkilir. Amma o adamı tanımıram. Eyni zamanda Mütəllim Rəhimlinin (sədr müavini) partiyadan çıxarılması qərarına münasibətim çox pisdir”.

Mətin İsmayılov atasının və özünün Mütəllim Rəhimliyə böyük hörmətinin olduğunu bildirib: “Onun partiyadan çıxarılması nəyə əsaslana bilər ki? O adamların çıxardığı qərarlar düzgün deyil. İlyas bəyin ailə üzvü kimi partiyada baş verənlərə müdaxilə etmək imkanlarım məhduddur. Anam da heç vaxt partiya işləri ilə maraqlanmadığına görə indi də bu məsələyə müdaxilə etməyəcək. Həm də o xəstə adamdır, durub bu işlərə qarışacaq halda da deyil”.

Qeyd edək ki, Ədalət Partiyasının sədri, keçmiş Baş prokuror, sabiq ədliyyə naziri İlyas İsmayılov 2025-ci il fevralın 17-də 87 yaşında vəfat edib.

Hazırda siyasi təşkilatın rəhbəri vəzifəsi boşdur. Partiya qurultay keçirib, yeni sədr seçməlidir. Amma bu məsələ "Ədalət"də ciddi fikir ayrılığı və qarşıdurma yaradıb.

Partiyanın sədr müavini M.Rəhimli qurultayın keçirilməsini istəyir, Ali Məclisin sədri Meydan Babayev buna qarşı çıxır. Tərəflər bir-birlərinin qərarlarını tanımırlar. Siyasi Şura M.Rəhimlinin Ədalət Partiyasından xaric olunması barədə qərar çıxarıb. Ali Məclis bu qərarı dəstəkləyib.

İndiyədək dörd nəfər - Mütəllim Rəhimli, Meydan Babayev, partiya sədrinin humanitar məsələlər üzrə müavini Vüsalə Dadaşova və Ali Məclis sədrinin birinci müavini Elçin Qurbanov liderlik iddiasını açıqlayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://mia.az
archiveBu xəbər 29 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see556

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see480

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see437

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see303

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see299

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see295

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see288

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see283

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see276

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see266

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see252

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see244

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see235

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see223

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see220

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see197

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see189

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see184

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see181

Mətanət A işçilərin maaşının bir hissəsini depozit saxlayırmış

01 Noyabr 2026 11:14see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri