İlyas İsmayılovun səhhəti necədir? Partiyasından açıqlama
Ədalət Partiyası İlyas İsmayılovun səhhəti ilə bağlı məsələyə aydınlıq gətirib.
Partiyanın İcra Aparatının rəhbəri Mütəllim Rəhimov Qaynarinfo-ya açıqlamasında İlyas İsmayılovun səhhətində problemlərin olduğunu təsdiqləyib:
"Çox təəsüf ki, problem yaranıb. Xeyli vaxtdır ki, müalicə alır. Hazırda Mərkəzi Kliniki Xəstəxanadadir. Bu müddət ərzində həkimlər əllərindən gələni edirlər ki, İlyas müəllimin sağlamlığı bərpa olunsun. Partiya üzvləri, yaxınları fürsət olduqca İlyas müəllimə baş çəkirlər. İlyas müəllim respublikamızın çox dəyərli hüquqşünas və ziyalılarından, siyasi xadimlərindən biridir. Biz də onun tezliklə sağlamlığına qovuşmasını arzu və dua edirik".
Qeyd edək ki, Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhətində problemlər yaranıb. Vəziyyəti ağır olan İlyas İsmayılov Mərkəzi Klinikaya yerləşdirilib.
Bahar Rüstəmli