Icma.az
close
up
RU
İlyas İsmayılovun siyasi mirası üstündə qırğın Sədr postuna 4 iddiaçı var

İlyas İsmayılovun siyasi mirası üstündə qırğın Sədr postuna 4 iddiaçı var

Icma.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.


Ədalət Partiyasının qurultayı nizamnaməyə uyğun olaraq 4 ildən bir keçirilməlidir. Sonuncu qurultay 2021-ci ilin martın 14-də keçirilib. Növbəti qurultay 2025-ci ilin martın 14-ə qədər keçirilməli idi. Sədri İlyas İsmayılovun fevralın 17-də vəfatı ilə əlaqədar qurultayı keçirmək mümkün olmadı.

Bakupost.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Ədalət Partiyanın sədr müavini Mütəllim Rəhimli deyib.

O qeyd edib ki, “Siyasi partiyalar haqqında” Qanuna uyğun olaraq partiyanın qurultayı keçirilib, müvafiq sənədlər Ədliyyə Nazirliyinə təqdim olunur: “İlyas bəyin 40 mərasimindən sonra partiyanın qurultayının keçirilməsi ilə bağlı qərar verilmişdi. Martın 31-də İlyas bəyin 40 mərasimi bitdi. Amma hazırda sədrin səlahiyyətlərini icra edən Ali Məclisin sədri Meydan Babayev qurultayla bağlı prosedurlara başlamağın əleyhinədir”.

Sədr müavini hazırda sədrlik uğurunda 4 nəfərin mübarizə apardığını bildirib: “Meydan Babayev, Vüsalə Dadaşova, Elçin Qurbanov və Mütəllim Rəhimli sədrlik uğrunda yarışa başlayıb. Elxan Şükürlü isə sosial media hesabında bu mübarizədən çəkildiyini elan edib. Sədrin seçilməsi üçün qurultay çağırılmalıdır. Meydan Babayev isə siyasi şuranın aprelin 12-də keçirilən iclasında iştirak etmədiyinə görə onun qərarını tanımaq istəmir. Sabah, yəni aprelin 19-da ali məclisin iclası keçiriləcək və burada qurultayın vaxtı müəyyənləşəcək. Siyasi şuranın 11 üzvündən 7-si iştirak edərək ali məclisin keçirilməsi ilə bağlı qərara səs verib. Eyni zamanda partiyanın nəzarət təftiş komissiyası bunun nizamnaməyə uyğunluğunu təsdiq edib. Partiyada MNTK-dan üstün mövqe yoxdur. Ona görə də Meydan bəyin iddiaları əsassızdır. O, mənim sədr olmağımı, qurultayın keçirilməsini istəməsə də, elə şeylər var ki, onlarla razılaşmaq lazımdır. İddia odur ki, sədri öz aramızda seçib, sonra qurultaya gedək. Belə olan halda biz qurultayda kimi seçəcəyik sualı açıq qalır. Vahid namizədi seçib, qurultaya getmək oyundan başqa bir şey deyil və partiya üzvlərinə hörmətsizlikdir”.

Qeyd edək ki, İlyas İsmayılov fevralın 17-də müalicə aldığı Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində dünyasını dəyişib.

O, 1938-ci il martın 20-də Tovuz rayonunda anadan olub. 1985-1990-cı illərdə Respublika prokuroru, 1992-1995-ci illərdə isə ədliyyə naziri kimi fəaliyyət göstərib. Milli Məclisin III və IV çağırış deputatı olub. 2001-ci ildən isə Ədalət Partiyasına sədrlik edib


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 18 Aprel 2025 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see236

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see183

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see182

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see181

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see177

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see177

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see171

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see159

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see146

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see143

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see140

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri