Icma.az
close
up
RU
İmaddədin Nəsimidən Nəsimi rayonunun rəhdərliyinə MƏKTUB

İmaddədin Nəsimidən Nəsimi rayonunun rəhdərliyinə MƏKTUB

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Hörmətli Nəsimi rayonunun rəhbərliyi,
Mən İmadəddin Nəsimiyəm. Bu dəfə şeir yazmıram, bir pəncərədən söz açıram. O pəncərənin qarşısına dəmir çəkilib.
Bəlkə də məktubuma inanmayacaqsınız. Axı əsrlər əvvəl dünyadan köçmüş bir şair bu gün bir rayon rəhbərliyinə necə məktub yaza bilər?
Amma mənim sözlərim hələ də yaşayırsa, deməli, mən də bir az yaşayıram. Sizin rayon da mənim adımı daşıyır. Deməli, sizə məktub yazmaq haqqındayam.
Mən haqqı deyən sözün adamı olmuşam. Haqqı deməyin insanın dərisindən baha başa gəldiyi vaxtlarda yaşamışam. Dərimi soydular, amma sözümü soya bilmədilər.
İndi isə oxuyuram ki, adımı daşıyan rayonda bir vətəndaşın pəncərəsinin qarşısı dəmir konstruksiya ilə bağlanıb, digər sakinlərin giriş-çıxışı məhdudlaşıb. Qaz qurğusunun yeri dəyişdirilərək qonşu girişinin pilləkən hissəsinə keçirilib.
Mən bu xəbərlə tanış olanda konstruksiyaya diqqət eləmədim, insana baxdım. Dəmirin nə günahı var, o dəmir metal olaraq qalır. Onu insanın haqqının üstünə qoyanda problem başlayır. Bir pəncərənin qarşısında dəmir qoyanda bütün mənzərəni dəyişir. İnsanın dünyasını alt-üst edir. Siz pəncərəyə evin divarındakı boşluq kimi baxmayın. Pəncərə insanın dünyaya baxdığı, nəfəs aldığı məkandır. 
İndi siz düşünün, bir insan səhər pəncərəsini açır və qarşısında göyü yox, dəmiri görür. Qapısından çıxır, yolunun daraldığını görür. Gördüklərindən aidiyyəti qurumlara müraciət edir.
Cavab gözləyir, gözləyir və bir gün məmur qapısından ümidini kəsib göyə baxır. Allaha şikayət etmək qərarına gəlir. Məni bu məsələ çox düşündürdü. Vətəndaşın Allaha şikayət etməsi yox, məmurun qapısında əlacsız qalması ağırdır. İnsan məmura ona görə müraciət edir ki, haqqının yerdə qorunacağına inansın. Yerdə cavab tapmırsa, göyə üz tutur.
Siz buna bir vətəndaşın taleyi kimi yanaşmayın, torpaqlarını işğaldan azad etmiş qalib dövlətin inamını sınağa çəkirsiniz. 
Siz mənim şeirlərimi oxumamısınızmı? Mən həmişə insanın ucalığından yazmışam. Mən demişəm ki,  “Məndə sığar iki cahan, mən bu cahana sığmazam...”
Bu misraların əsrlər sonra başqa bir sual kimi qarşınıza çıxacağını düşünməzdim, iki cahanı özündə sığdıran insana niyə öz evinin pəncərəsi çox görülməlidir. Niyə birinin insan kimi yaşaya bilməsi digərinin maraqlarına qurban verilməlidir?
Adımı daşıyan rayonda belə sualların yaranması mənə ağır gəlir. Siz Nəsimi adına lövhə kimi baxmayın. O adın içində bir tarix, bir insan var. O adda insan kiçildilməməlidir.
Sizdən çox şey istəmirəm, bir anlıq vəzifənizi kənara qoyun. Özünüzü həmin mənzildə yaşayan insanın yerində hiss edin. Pəncərənizin qarşısında dayanın, dəmirə baxın.
Sonra özünüzdən soruşun ki, bu dəmir mənim pəncərəmin qarşısında olsaydı, bunu ədalətli hesab edərdimmi? Cavabınız “xeyr”dirsə, məsələ həllini tapdı. Ədalət çox vaxt özünü başqasının yerinə qoya bilməkdə başlayır.
Sizə daha bir söz də deyim, bir insanın pəncərəsini bağlamaq da, bir qərarı imzalamaq da asan görünə bilər. Amma bir insanın içində yaranan “mənim səsim heç kimə çatmır” hissini bərpa etmək çox çətindir. Dəmir sökülər, divar tikilər, yol açılar. Vətəndaşın qalib dövlətinə inamında yaranan çatın təmiri illər çəkə bilər. Belə etməyin...
Mən İmadəddin Nəsimiyəm. Adımı daşıyan rayona etiraz edirəm. İstəyirəm ki, mənim adımı daşıyan rayonda heç kim haqqını axtararkən özünü yad hiss etməsin. Burada pəncərələr dəmirə yox, ədalətə açılsın. Əks halda adımın sizin rayondan geri alınmasını tələb edəcəm.
P.S. Problem barədə bu linkə giriş etməklə tanış ola bilərsiniz: //modern.az/az/olke/772220/bakinin-merkezinde-derebeylik-birinin-penceresi-baglanir-digerinin-yolu-kesilir/
Hörmətlə,
İmadəddin Nəsimi

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://modern.az
archiveBu xəbər 05 Sentyabr 2026 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see335

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see327

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see316

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see303

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see269

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see258

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see238

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see236

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see230

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see217

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see201

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see189

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see180

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see173

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see169

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see161

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see161

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see161

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see161

Azərbaycandan bu ölkəyə aparılan ət məhsulları məhv edilir

20 Oktyabr 2026 00:21see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri