Icma.az
close
up
RU
Nəsimidən Babəkə ucalan zirvə

Nəsimidən Babəkə ucalan zirvə

Icma.az, Demokrat.az saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
Demokrat.az Rasim Balayevin dosyesini təqdim edir. 
Azərbaycan kinematoqrafiyasının canlı əfsanələrindən, sənətimizin sarsılmaz sütunlarından biri, Rasim Balayev 1948-ci il avqustun 8-də Ağsu torpağında dünyaya göz açıb.
Onun sənətə gəlişi sadəcə yeni aktyorun meydana çıxması deyildi, bu, Azərbaycan ekran sənətində bütöv bir epoxanın başlanğıcı idi.
1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirən gənc Rasim qısa müddətdə qeyri-adi istedadı, daxili enerjisi və cazibədar xarizması ilə rejissorların diqqətini özünə çəkdi. Onun ekran həyatı “Ulduzlar sönmür” filmi ilə başlasa da, əsl şöhrət zirvəsi onu İmadəddin Nəsimi obrazı ilə gözləyirdi. 1973-cü ildə çəkilən “Nəsimi” filmində yaratdığı obraz təkcə bir rol deyildi – bu, fəlsəfənin, ağrının, inancın və üsyanın canlı təcəssümü idi. Bu rol Rasim Balayevi təkcə ölkə daxilində deyil, bütün SSRİ məkanında böyük sənət hadisəsinə çevirdi.
Ardınca gələn “Babək” filmi isə onun sənət qüdrətini daha da möhkəmləndirdi. Balayev artıq yalnız aktyor deyildi – o, milli qəhrəman ruhunun daşıyıcısına çevrilmişdi. Onun yaratdığı obrazlar ekran çərçivəsini aşaraq xalqın yaddaşına həkk olundu.
Sənətkarın yaradıcılığı yalnız tarixi qəhrəmanlarla məhdudlaşmadı. “Dədə Qorqud”da Beyrək, “İstintaq”da Murad, “Bəyin oğurlanması”nda Elxan kimi bir-birindən tam fərqli, mürəkkəb və psixoloji dərinliyə malik obrazları eyni ustalıqla canlandıraraq aktyorluq diapazonunun sərhədsizliyini sübut etdi. 70-dən çox bədii filmdə yaratdığı rollar, dublyaj sahəsində verdiyi səs və ruh – bütün bunlar onu sadəcə aktyor yox, bütöv bir sənət məktəbinə çevirdi.
Uzun illər “Azərbaycanfilm” kinostudiyasında çalışan, Kinematoqrafçılar İttifaqının sədri kimi məsuliyyətli missiyanı daşıyan Rasim Balayev hər zaman prinsipial mövqeyi, milli ruhu və vətənə bağlılığı ilə seçilib. Dövlət tərəfindən “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif edilən ustad sənətkar bu gün də Azərbaycan mədəniyyətinin ən parlaq simalarından biri olaraq yaşayır və yaradır.
Onun sənəti sadəcə rollar toplusu deyil. Bu sənət bir xalqın yaddaşı, ruhu və tarixidir. Rasim Balayev isə o yaddaşın ən parlaq daşıyıcılarından biridir.(Yeni Musavat)
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:314
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 Mart 2026 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1022

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see517

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see420

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see327

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see325

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see303

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see229

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see225

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see217

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see214

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see213

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see210

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see205

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see205

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see198

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see191

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see183

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see173

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see173

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri