Icma.az
close
up
RU
“İmam elan olunmuşam, mənə hər şey olar”

“İmam elan olunmuşam, mənə hər şey olar”

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

“Məşədi Dadaş” məscidinin imamı Əli Şərbətova sui-qəsd hazırlamaqda, məscidin xidmətçisinə xəsarət yetirməkdə ittiham olunan Elşən Hüseynovun məhkəməsi yekunlaşmaq üzrədir.

"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən ötəngünkü iclasda sonuncu şahidlərin istintaq dövründə verdikləri ifadələri elan edilib. Bundan sonra sənədlər tədqiq edilib.

Sədrlik edən hakim müttəhimdən bir daha əməlindən peşman olub-olmadığını soruşub.

Təqsirləndirilən şəxs imamla görüşünə icazə vermədiyi üçün xidmətçi Rəsul Həsənlini öldürmək istədiyini, buna görə də peşman olmadığını deyib: “Dörd ay mənim imamla görüşməyimə icazə vermədi. Buna görə ondan qan çıxmalı idi. İmam elan olunmuşam, mənə hər şey olar”, - deyə müttəhim əlavə edib.

Tərəflərin razılığı ilə məhkəmə istintaqı tamamlanıb. İttiham tərəfi çıxışa hazırlaşması üçün vaxt istəyib.

Proses dekabrın 24-ü davam edəcək.

Qeyd edək ki, E.Hüseynov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Ona Cinayət Məcəlləsinin 29, 120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayətin törədilməsini yüngülləşdirmək məqsədilə adam öldürməyə cəhd) 29, 120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29, 120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29, 120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (İctimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittiham irəli sürülüb.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:90
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüsal Aslanovun müşaviri AZCON un layihə rəhbəri təyin edilib

12 İyun 2026 15:07see356

Karapetyanın bloku Ermənistanda seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

12 İyun 2026 12:13see235

Messi yenidən DÇ nin qalibi olmaq şanslarını dəyərləndirdi

12 İyun 2026 12:17see212

Fransa 2027 ci il prezident seçkiləri öncəsi xarici müdaxilələrə qarşı tədbirləri açıqlayıb

12 İyun 2026 12:17see199

“Qeyri neft ixracı 8,1% artaraq 3,6 milyard dollara çatıb”

12 İyun 2026 12:16see187

DURSUN HƏSƏNOV QƏFİL VƏFAT EDİB: Tanınmış şəxsin qardaşıdır FOTO

12 İyun 2026 15:55see187

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir ŞOK

13 İyun 2026 02:47see186

Elvin Cəfərquliyev üçün Qarabağ klubuna rəsmi təklif gəlməyib

12 İyun 2026 12:15see183

İbrahimoviç DÇ 2026 da azarkeşlik etdiyi komandanın adını dedi Mənim köküm o ölkədəndir

13 İyun 2026 14:02see177

Aygün Kazımova məzunlarla bir arada Geyimi gündəm oldu

13 İyun 2026 11:00see176

Emiliano Martines dünya çempionatında Argentinaya kömək edə biləcək

12 İyun 2026 12:17see175

Qarabağ Bakıda hazırlığını davam etdirir

13 İyun 2026 02:46see169

Brayton Tottenhem in müdafiəçisi üçün 30 milyon təklif etdi

12 İyun 2026 19:11see165

Pensiya alanlara şad xəbər NAZİRLİK AÇIQLADI

12 İyun 2026 12:14see162

Bakı Dövlət Universiteti ilə vidalaşacaq məzunların sayı AÇIQLANDI

12 İyun 2026 20:54see161

Dövlət büdcəsi xərclərinin 40% i sosialyönlüdür

12 İyun 2026 12:15see159

Paşinyanın qələbəsindən sonra: Siyasi eyforiya və təzyiqlər

12 İyun 2026 12:16see157

Ən yaxşı babalar hansı tarixdə doğulanlardır?

12 İyun 2026 21:12see156

Putin: “Məqsəd rusiya cəmiyyətini parçalamaqdır”

12 İyun 2026 23:31see154

Kanada məşhur futbolçunu ölkəyə buraxmadı Zorlama ilə ittiham olunur

12 İyun 2026 22:33see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri