Icma.az
close
up
RU
“İmamoğlu fırtınası” birdəfəlik yatdı

“İmamoğlu fırtınası” birdəfəlik yatdı

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən həftə Türkiyədə hüquq-mühafizə orqanları tərəfindən keçmiş bələdiyyə sədri Ekrem İmamoğlunun yüksəkrütbəli köməkçiləri də daxil olmaqla, İstanbul bələdiyyəsinin 49 əməkdaşı həbs edilib.

Yenisabah.az Musavat.com-a istinadən xəbər verir ki, bu həbslərə Türkiyə cəmiyyətinin, hətta CHP-çilərin passiv reaksiyası müşahidə olundu. Artıq belə görünür ki, İmamoğlu məsələsi onun həbsindən keçən iki aydan çox müddətdə yavaş-yavaş aktuallığını itirir və adi bir prosesə çevrilir. Halbuki martın 19-da İmamoğlu həbs edildikdən sonra yüz minlərlə insan meydanlara toplaşırdı. Təkcə İstanbulda deyil, digər iri şəhərlərdə də mitinqlər keçirilirdi. Elə bir fikir formalaşdırılırdı ki, İmamoğlu həbsi ilə ölkədə hakimiyyətin dəyişməsinə nail olacaq. Lakin belə olmadı. İmamoğlu amili nəinki hakimiyyəti dəyişə bilmədi, heç İmamoğlunun özünü barmaqlıqlar arxasından xilas edə bilmədi. Zaman uzandıqca aksiyalar öləzidi və demək olar ki, dayandı. İmamoğlunun ardınca köməkçilərinin, onunla işləyənlərin polis tərəfindən saxlanması, həbs edilməsi prosesi isə dayanmadı. Qeyd etdiyimiz kimi, ötən həftə onların sıralarına daha yeniləri əlavə edilib. İmamoğlunun komandası özlərini hakimiyyətdə gördükləri bir vaxtda bir də ayıldılar ki, başqanları ilə birlikdə Cəza evindədirlər. Türkiyə cəmiyyəti isə artıq buna etiraz etmir və seyrçi qalır.

Ekspertlər hesab edir ki, ilk vaxtlarda keçirilən böyük aksiyaların nəticəsizliyi sonrakı gedişata bu cür təsir göstərməli idi. Və belə də oldu.

Lakin əksini düşünənlər də var. Məsələn, siyasi şərhçi Əli Orucov hesab edir ki, İstanbul Böyükşəhər Bələdiyyə Başqanı Əkrəm İmamoğlunun həbsi Türkiyə böyük ajiotaj və ictimai-siyasi çalxalanma yaratsa da artıq cəmiyyətin emosiyaları artıq səngiməkdədir, ancaq bu heç də o  etirazın tamam yatdığı və unudulduğu demək deyil. Etirazlar bir mərhələdə yenə də olacaq. Türkiyə daxilində və regional müstəvidə baş verən hadisələr İmamoğlunun həbsini arxa plana atıb:

“Qardaş dövlətin cəmiyyətini indi daha çox sosial-iqtisadi problemlər, bahalaşma, PKK-nın silahı yerə qoyması, həmçinin İsrailin Yaxın Şərqdəki davranışları kimi aktual mövzular daha çox narahat edir. Digər tərəfdən hazırkı prezident Ərdoğanın qarşıdakı dönəmlərdə hakimiyyətdə qalmaq iddiasında olmaması barədə səsləndirdiyi fikirlər görünür, əks düşərgəni də bir qədər sakitləşdirib. Eyni zamanda İmamoğlunun həbsinə etiraz edən tərəfdarları onun kütləvi aksiyalarla azadlığa qovuşmasına az ümid edirlər. Həmçinin kütləvi həbslərin davam etdiriləcəyindən ehtiyatlanırlar. CHP rəhbərliyi məncə, regionda və Türkiyədə və onun çevrəsində cərəyan edən olayların fərqindədirlər və indiki həssas məqamda qarşıdurmanın şiddətlənməsinə  getmək istəmirlər. Çünki proseslərin nəzarətdən çıxması və kənar güclərin bundan Türkiyə əleyhinə istifadə edə biləcəyi təhlükəsi var.  İmamoğlunun uzun sürə həbsdə qalacağını düşünmürəm və hesab edirəm ki, CHP-AKP iqtidarı ortaq dil tapa biləcək.

Nəzərə almaq lazımdır ki, mötədil islam ideologiyasını özündə ehtiva edən AKP dini inancın güclü olduğu Türkiyədə mövqeyini saxlaya bilir və Avropalaşma bütünlükdə cəmiyyətə sirayət etməyib.   Bir çox nüfuzlu və mötəbər təşkilatların apardığı sorğuların nəticələrinə görə Türkiyə 75-80% dininə bağlı ölkə kimi yer alıb və bu Fələstin, Suriya və İslam dünyası ilə bağlı problemlərə daha çox diqqət yetirməsini söyləməyə əsas verir. Türkiyə cəmiyyətinin özü də qarşıdurmalarda, siyasi ehtirasların qızışmasından, gərginlikdən yana deyil və bu proseslərin içində çox və uzunmüddətli qalmaq istəmir. Cənab Ərdoğanın həm ölkə daxilində, həm də xaricdə yüksək lider keyfiyyəti və avtoriteti ictimai-siyasi prosesləri tam nəzarət altında saxlamağa və yön verməyə imkan qazandırır”.

Xatırladaq ki, martın 19-da Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) liderlərindən biri olan İstanbul bələdiyyə sədri Ekrem İmamoğlu saxlanılıb. Siyasətçi korrupsiyada və terrorçularla əməkdaşlıqda ittiham olunur.


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:198
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 26 May 2025 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see325

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see316

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see299

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see284

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see238

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see233

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see229

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see225

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see215

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see214

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see207

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see206

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see201

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see199

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see198

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see189

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see172

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see171

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see168

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri