Icma.az
close
up
RU
Ərdoğan İmamoğlu

Ərdoğan İmamoğlu

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Yenə bilmədiniz!

Yazıçı adamam, ancaq məcburam Türkiyədə baş verən son siyasi olaylarla bağlı fikirlərimi bölüşəm.

Demək, Rəcəb Tayyib Ərdoğan 2003-2014-cü illərdə Türkiyənin Baş naziri olub.

Nəhayət, Baş nazir səlahiyəti bitdikdən sonra Ərdoğan 2014-cü ildə ölkədə prezident seçkilərinə qoşuldu və qalib gələrək Türkiyənin 12-ci prezidenti oldu.

Türkiyə Konstitusiyasına görə, prezident 5 illik müddətə seçilir və bir şəxsin dalbadal yalnız iki dəfə prezident olmaq hüququ var.

Ərdoğanın ilk prezidentliyi dönəmində ölkə parlamentar sistemlə idarə olunur, prezidentə çox az səlahiyyət verilirdi. Bu siyasi sistemdə ölkəni əsasən Baş nazir idarə edirdi.

Ərdoğan zatən, Baş nazir kimi ölkəni 10 il müddətində idarə etdikdən sonra prezident seçildi və prezidentin məhdud səlahiyyəti onu qane etmədi. Odur ki, özünün gələcəkdə uzunmüddətli idarəçiliyi üçün 2017-ci ildə referendum vasitəsi ilə Türkiyə Konstitusiyasına dəyişikliklər etdi və nəticədə ölkə parlamentar sistemdən prezidentlik sisteminə keçdi. Bu dəyişikliklərə görə, qanunla prezidentin səlahiyyət müddəti yenidən başlanır.

Beləliklə, növbəti prezident seçkilərinə, özü də tam səlahiyyətli prezident seçkilərinə bir il qalmış Rəcəb Tayyib Ərdoğan özü üçün sıfırdan prezident seçkilərinə qatılma şansını "təşkil elədi”. Yəni, Ərdoğanın 2014-cü ildən 2018-ci ilə qədər sürdüyü prezidentlik səlahiyyəti avtomatik olaraq "hesabdan silindi”. Belə ki, 2017-ci il konstitusiya dəyişikliklərinə görə Ərdoğan rəsmən yenidən 10 il prezident seçilmək hüququ qazandı.

Beləcə, on il Baş nazir, dörd il də Prezident kimi ölkəni idarə edən sayın Ərdoğan 2018-ci ildə, ilk dəfə olurmuş kimi, prezidentliyə namizədliyini irəli sürdü və təbii ki, qalib gəldi.

Beş ildən sonra, yəni 2023-cü ildə canım Türkiyədə növbəti prezident seçkiləri keçirildi. Bu seçkidə Ərdoğanın ən "yağlı rəqibi” Cümhuriyyət Xalq Partiyasının (CHP) keçmiş başçısı Kamal Kılıçdaroğlu idi.

Həmin seçkilərdə Kılıçdaroğlu özünün siyasi platformasını dilə gətirərkən fikirlərindəki "yamaq yerlərini” arif adamlar o dəqiqə hiss edirdi. Onu dinlədikcə dindar Ərdoğandan can qurtarmaq istəyən əhalinin ümidləri tədricən boşa çıxırdı. Çünki, Kılıçdaroğlu çıxışlarında Ərdoğan tərəfindən ona verilmiş sifarişləri dilə gətirməli, özünü nüfuzdan salmalı idi. Kılıçdaroğlu iki daşın arasında erməniyə məhəbbətdən, Öcalanı buraxdırmaqdan, nə bilim, Azərbaycanı İpək Yolundan kənarda qoymaqdan danışır, özünün Atatürkçü imicini biabır edirdi. Bütün bunlara baxmayaraq, seçkiyə demokratik libas geyindirmək üçün ikinci tur da "təşkil olundu”.

Beləliklə, Ərdoğan ikinci dönəm də prezident seçildi. Kılıçdaroğlu isə "rəqibini” qələbə münasibəti ilə təbrik edərək öz kefinin dalınca getdi.

Gələk Türkiyənin indiki halına.

Axı, Ərdoğan yenidən prezident olmaq istəyir! Yəni, dördüncü dəfə! Bəs, bunu necə etməli?

Bunu etmək Türkiyənin mövcud konstitusion qanunlarına görə elə də çətin bir şey deyil. Sadəcə, prezident səlahiyyətlərinin bitdiyi ərəfədə növbədənkənar seçki elan edirsən, vəssalam! Növbədənkənar prezident seçkisi olarsa mövcud prezidentin prezidentlik illəri hesaba alınmır, sıfırlanır. Yəni, əgər Türkiyədə 2028-ci ilə qədər növbəti dəfə növbədənkənar prezident seçkiləri elan olunarsa Ərdoğan həmin seçkilərə yenə gedə biləcək. Dava bunun davasıdır!

Bəs, ölkədə növbədənkənar prezident seçkiləri hansı səbəblərə görə təyin edilməlidir? Gözəl sualdır!

Həmin səbəbi "təşkil etmək üçün” ən birincisi ölkədə xaos yaranmalıdı!

Hazırkı situasiyada dindar kəsim Ərdoğanı taxtdan buraxmaq istəmir, bu öz yerində. Qalır etirazçı Atatürkçülər, onların da liderini biabır eləyib qoyursan göz qabağına, vəssalam! Ölkədə həm xaos yaranır, həm də Atatürkçü lider xalqın gözündən ikinci dəfə düşür. Onsuz da onların heç biri Atatürk davamçısı deyil. Aşağı-yuxarı onların hamısı, istənilən zaman sübut olunası korrupsiyaya batmış siyasi alverçilərdi. Elə buna görə də hakimiyyətlə danışıqlara rahat gedirlər.

Demək, dostlar, Türkiyə Böyük Millət Məclisində (TBMM) 134 nəfər CHP-li deputat var. Türkiyə qanunvericiliyinə görə 50 nəfər deputatın razılıq imzası ilə istənilən siyasətçinin prezidentliyə namizədliyi irəli sürülə bilir.

Bu qanunu əldə əsas tutaraq yaxınlarda, yəni Türkiyədəki indiki qalmaqala qədər, Cümhuriyyət Xalq Partiyasının (CHP) hazırkı sədri Özgür Özel, İstanbul şəhərinin meri, CHP-li Əkrəm İmamoğlu və Ankara şəhərinin meri, CHP-li Mansur Yavaş üçlükdə görüşüblər. Görüşdə məqsəd növbəti prezident seçkilərində CHP-nin namizədini təyin etmək olub. Xalq arasında və partiya daxilində Mansur Yavaşın daha çox nüfuza malik olmasına baxmayaraq, partiya sədri Özgür Özəl İmamoğlunun namizədliyini daha vacib saydığını deyib.

Mansur Yavaş isə etiraz edərək: "Ay qardaşlar, birincisi, prezident seçkilərinə hələ 3 il var, ikincisi, biz ona qədər xalqımıza vicdanla qulluq edək, sonra baxarıq kimin namizədliyi daha layiqlidir” – söyləyib.

Ancaq onun sözlərinə məhəl qoyan olmayıb, bu halda istənilən ayıq adam bilər ki, sifariş yuxarıdan gəlib.

Düz bir ay bundan qabaq (23.02.2025) Ədalət və İnkişaf Partiyasının (AKP) Ankarada keçirilən 8-ci növbədənkənar qurultayında da ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan yenidən başqan seçilib. Yəni, proses diqqətlə və hərtərəfli aparılır. Uzun sözün qısası, Ərdoğan növbəti dəfə növbədənkənar seçkilərə gedib bir beş il də prezident qalmaq niyətindədi. Rəis İmamoğlunu əfv eləyəsi olsa və seçkilərdə özünə alternativ kimi rəva bilsə Kılıçdaroğlu təcrübəsini ona da tətbiq edəcək.

Yəqin ki, yaxınlarda yüksək tribunaya çıxıb bütün Türkiyə xalqına ağsaqqal müraciəti edərək hamını sakitləşdirəcək, dindar kəsimin onsuz da hörmətini qazanmış Ərdoğan, bir dənə yağlı çıxışla həm də Atatürk təsübkeşçilərinin etimadını qazanacaq. Deyəcək ki, ölkə "Amrika”, "Avrupa” təhlükəsi altındadır, bunun müalicəsi yalnız növbədənkənar prezident seçkiləridir!

Beləcə, bütün ölkə lder seçməyə fokuslanacaq və "yenə Ərdoğan yaxşıdı” deyəcək. Və Ərdoğan əvəzedilməz lider statusunda qalacaq!

Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə olmalıdı. Ancaq baxaq görək, Ərdoğan növbədənkənar seçkini hansı ilə salacaq.

Minnətinizə görə diqqətdaram!

Murad Köhnəqala

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:214
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 24 Mart 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri