İmamoğluna həbsdə futbol izləmək qadağan olundu
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) işi üzrə saxlanılan 51 məhbusun Superliqa oyunlarını izləmək hüququ məhdudlaşdırılıb.
Yeniavaz.com “Sözcü”yə istinadla xəbər verir ki, bu məhdudiyyət Silivri həbsxanasında cəzasını çəkməkdə olan sabiq İBB sədri Əkrəm İmamoğluna da şamil edilib.
Bildirilib ki, məhbuslar ötən il Superliqa matçlarını izləyə bilsələr də, yeni mövsümdən etibarən keçirilən oyunları izləmək mümkün olmayıb.
Həbsxana rəhbərliyi qərarın səbəbinin yayım hüquqlarını təmin edən distribütorla razılığa gəlinməməsi ilə izah edib.
Məhbusların lazım gəldiyi halda matçları izləmək üçün ödəniş etmək istəyi isə qəbul edilməyib.
Buna baxmayaraq, Metris və Maltepe həbsxanalarındakı məhbusların Superliqa oyunlarını izləməsinə hər hansı maneə yaradılmayıb.
Bu mövzuda digər xəbərlər:İmamoğluna bunu qadağan etdilər
08 May 2025 17:48
Əkrəm İmamoğluna futbol QADAĞASI
09 Sentyabr 2026 16:38
Kılıçdaroğlunun düşərgəsindən həbsdə olan İmamoğluna ağır zərbə
16 İyun 2026 13:14
Əkrəm İmamoğluna hökm oxundu
16 İyul 2025 14:54
Ərdoğan İmamoğluna qalib gəldi
13 Yanvar 2026 13:23
Baxış sayı:121
Bu xəbər 09 Sentyabr 2026 15:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















