Icma.az
close
up
RU
Menu

Şuşa qəhrəmanlığın rəmzi

İmmuniteti gücləndirməyin ən asan yolu...

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

İmamoğlunun həbsi ilə qarışan Türkiyə: qardaş ölkədə nə baş verir?

İmamoğlunun həbsi ilə qarışan Türkiyə: qardaş ölkədə nə baş verir?

Ayna portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Tofiq Zülfüqarov: “İstanbulda baş verənlər Ərdoğana təzyiqi davam etdirmək cəhdidir”

Xaqani Cəfərli: “Represiyalar ölkə daxilində cəmiyyətin parçalanmasını sürətləndirəcək”

İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı aparılan iki ayrı istintaq çərçivəsində İBB sədri Ekrem İmamoğlu ilə yanaşı saxlanılanlar arasında şəhərin Bəylikdüzü və Şişli bələdiyyələrinin sədrləri də var. İstanbul Şəhər Prokurorluğu bu istiqamətdə aparılan istintaqla bağlı yazılı açıqlama yayıb. Bildirilib ki, istintaq Cümhuriyyət Xalq Partiyasındakı (CHP) “pul sayma” görüntüləri ilə bağlı aparılan araşdırma çərçivəsində ifadə verən şahidlərin İmamoğlu və bir çox şəxsin iş adamlarınından pul tələb etdikləri, bəzi iş adamları ilə birlikdə qanunsuz qazanc əldə etdikləri, vasitəçi şəxslər üzərindən alqı-satqı edərək qanunsuz yolla əldə edilmiş çirkli pulları yuduqları və pul köçürmələri zamanı “gizli fond” kimi tanınan mülki şəxslərdən istifadə etdikləri barədə ifadələri əsasında başladılıb.

İstintaq çərçivəsində İmamoğlunun cinayətkar qruplaşmanın rəhbəri olduğu, Beylikdüzü bələdiyyə başçısı olduğu dövrdən etibarən yanında olan və ona bağlı şəxsləri İBB sədri olduqdan sonra İBB-nin idarələrinə və törəmə şirkətlərinə rəhbər vəzifələrə gətirdiyi qeyd edilib. Açıqlamada, bu cinayətkar qruplaşmanın fəaliyyətini davam etdirmək məqsədilə öz daxilində struktur yaratdığı, bir çox bələdiyyə törəmə şirkətində qanunsuz tenderlər vasitəsilə “tenderə müdaxilə”, “dələduzluq”, “şəxsi məlumatların qanunsuz əldə edilməsi” və “rüşvət” kimi cinayətləri təşkilatlı şəkildə törətdiyi müəyyən edilib.

İstintaqda cinayətkar təşkilatın rəhbəri kimi müəyyən edilən İmamoğlu başda olmaqla ümumilikdə 100 nəfər barəsində sadalanan və bir çox bu kimi cinayətlərdən saxlanılma, axtarış və əmlakının dondurulması ilə bağlı təlimat verilib.

Açıqlamaya görə, PKK/KCK terror təşkilatının xüsusilə İstanbul və digər böyük şəhərlərdə fəaliyyətini artırmaq məqsədilə ötən il martın 31-də keçirilən yerli özünüidarə seçkilər zamanı “şəhər razılaşması” adlanan bir strategiyanı həyata keçirdiyi müəyyən olunub. Bu çərçivədə, təşkilatın rəhbərlərindən olan Cemil Bayık və Mustafa Karasunun seçkilər öncəsi öz fikirlərini və təlimatlarını terror təşkilatına yaxın media vasitəsilə çatdırdığı qeyd edilib.

Məlumatda İstanbul yerli özünüidarə seçkiləri üçün İmamoğlunun “şəhər razılaşması” çərçivəsində HDK (Xalqların Demokratik Konqresi) adlı təşkilatla ittifaq qurduğu və bunun terror təşkilatına bağlı media qurumları tərəfindən də bildirildiyi vurğulanıb. Bu istintaq çərçivəsində İstanbul və digər şəhərlərdə HDK üzvlərinə qarşı eyni vaxtda həbs və saxlanılma əməliyyatlarının həyata keçirildiyi qeyd edilib.

Bundan əlavə, CHP-nin siyahısından bələdiyyə məclis üzvü vəzifəsinə seçilən və bələdiyyə başçısının müavinləri kimi təyin olunan bəzi şəxslərin terror təşkilatları ilə əlaqələrinin olduğu aşkarlanıb. 31 mart seçkilərindən bir neçə gün əvvəl CHP-yə üzv olan bəzi şəxslərin HDK məlumat bazasında keçdiyi və təşkilat üzvü olduqları müəyyən edildiyi bildirilib.

Məlumatda İBB-yə bağlı bəzi qurumlarda terror təşkilatına yaxın şəxslərin işə alındığı, İmamoğlunun digər şübhəlilərlə birlikdə bələdiyyə məclis üzvlüyü siyahılarını şəxsi təsdiqi ilə formalaşdırdığı və bunun terror təşkilatının şəhərlərdə təsirini artırmaq məqsədinə xidmət etdiyi vurğulanıb.

İmamoğlunun təmisil olunduğu CHP və digər müxalif təşkilatlar, əksər ekspertlər isə hesab edirlər ki, İBB başqanına qarşı başladılan cinayət işi siyasi xarakterlidir və ittihamlar uydurmadır. Hesab edilir ki, İmamoğlu hazırkı Prezident Rəcəb Tayyib Ərdoğana ən tutarlı rəqiblərdən biridir və gələcək prezident seçkilərində real alternativdir. Ərdoğan isə İmamoğlunun prezidentliyə gedən yolunun qarşısını bu yolla, onu hərb etdirməklə almağa çalışır.

İmamoğlunun həbsindən sonra Ankarada və İstanbulda əsasən gənclərdən ibarət olan insanlar mitinq keçiriblər. Nümayişlərdə Ərdoğandan İmamoğluya qarşı repressiyaları dayandırmaq tələb olunur.  Polis qüvvələri yürüşlərin qarşısının alınması üçün sədlər çəkir.  

Qeyd edək ki, martın 23-də CHP gələcək prezident seçkilərində iştirak edəcək namizədini daxili seçkilərlə müəyyənləşdirəcək. Namizədliyə isə tək namizəd məhz İmamoğlu idi. Bu baxımdan, ekspertlər İmamoğlunun saxlanılmasını və ona qarşı cinayət işinin açılmasını Türkiyə hakimiyyətinin siyasi qərarı hesab edirlər.

Korrupsiya, rüşvət və tenderlərdə saxtakarlıqda ittiham olunan İBB sədri E.İmamoğlu da daxil olmaqla, dünən saxlanılan 87 nəfərin dindirilməsi prosesi başlayıb. Bu barədə “Sözçü” nəşri məlumat yayıb. Dindirilənlər arasında əməliyyat çərçivəsində saxlanılan İmamoğlunun müşaviri Murat Ongun, Beylikdüzü bələdiyyə başqanı Murat Çalık, Şişli bələdiyyə başqanı Rəsul Emrah Şahan və müğənni Ercan Saatçı da var. “Sözcü”nün məlumatına görə, Əkrəm İmamoğlunun həbsi ilə bağlı qərar martın 23-də verilə bilər. Nəşr qeyd edir ki, şənbə günü axşam və ya bazar günü gecə İmamoğlu və iş üzrə digər təqsirləndirilən şəxslər korrupsiya və terrora dəstək faktları ilə bağlı aparılan istintaq çərçivəsində məhkəmə qarşısına çıxacaqlar. İstanbul meri həbs olunarsa, bələdiyyənin idarəsi  İstanbul valisi Davud Gülün başçılıq etdiyi idarəyə veriləcək.

AYNA.AZ-ın məlumatına görə, Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Türkiyədə baş verənləri şərh edərkən deyib ki, İstanbul hadisələri ilə Suriyadakı son hadisələr bir-birinə bağlıdır. Onun sözlərinə görə, bu gün Latakiyadakı üsyana birbaşa Rusiya hərbi bazalarının ərazisindən nəzarət edildiyinin təfərrüatları ictimaiyyətə məlum olub: “Operativ nəzarət, təbliğat dəstəyi, o cümlədən səhnələşdirilmiş video çarxların hazırlanması, atıcı silahların yayılması və s. Belə məlum olur ki, Rusiya nəzarətində olan iranyönlü proksi qüvvələr Suriyanın Aralıq dənizi sahilini nəzarətə götürmək istəyirlər. Cənubda eyni zamanda vətəndaş müharibəsi başlayandan İsraillə əməkdaşlıqda ittiham olunan ifrat sağçı radikallar fəallaşıb. Ən əsası isə şimal-şərqdəki bölgələrdən paytaxt istiqamətində PKK nəzarətində olan qüvvələrin hücumu başladı. Nəticədə, “qərbli” oyunçular İran-Rusiya qüvvələri ilə koordinasiyada türkyönümlü Əl-Şaraa müvəqqəti hökumətini devirməyə cəhd etdilər. Bu gün İstanbulda baş verənlər Ərdoğana təzyiqi davam etdirmək cəhdidir. Ona görə də hesab edirəm ki, bu hadisələri 3 ildən sonra keçirilməsi planlaşdırılan və Ərdoğanın iştirak etməyəcəyi seçkilərlə əlaqələndirmək ictimaiyyəti çaşdırmaq cəhdidir”.

Azərbaycanlı analitik Xaqani Cəfərli hesab edir ki, İmamoğlunun həbsi ilə zirvəyə çıxan represiyalar türklərdən, Türkiyədən və Türkiyənin müttəfiqlərindən başqa heç kimə zərər verməyəcək: “Əksinə, çoxları və hətta Türkiyənin düşmənləri bundan qazanacaq. Türkiyənin imicinə dəyən zərərin nəticələri çox ağır olacaq. İmamoğlunu  həbsindən sonra Türkiyə krediti daha baha alacaq ki, zərərini Türkiyə cəmiyyəti və dövləti ödəyəcək. Artan represiyalardan sonra Türkiyəyə sərmayə qoyuluşu tamamilə dayana və yerli kapitalın xaricə qaçışı tarixdə görünməmiş miqyas ala bilər. Bütün bunlar Türkiyənin son 40 ildə əldə etdiyi bütün uğurları bir neçə ilin, bəlkə də bir neçə ayın içərisində məhv edə bilər”.

“Belə getsə Türkiyə tədricən Pakistan olacaq. İslam dövlətləri arasında ən qüdrətli orduya sahib olan Pakistanın mövcudluğu Beynəlxalq Valyuta Fondunun (ABŞ) verdiyi kreditlərdən asılıdır. Represiyalar davam etsə Türkiyənin taleyi də Qərb banklarından tam asılı vəziyyətə düşəcək. Represiyalar ölkə daxilində cəmiyyətin parçalanmasını sürətləndirəcək. Represiyaların doğura biləcəyi təsirlərin ən qorxuncu ola biləcək bu halın ilk işartıları artıq müşahidə olunur”, - ekspert izah edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:258
embedMənbə:https://ayna.az
archiveBu xəbər 20 Mart 2025 18:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see617

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see293

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see285

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see273

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see269

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see260

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see239

Yod çatışmazlığına nə kömək edir? Həkimdən AÇIQLAMA

05 Noyabr 2026 09:05see235

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see234

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see228

Hər gün qəhvə içsəniz, öd kisəsinin funksiyasına təsir edə bilər

05 Noyabr 2026 12:14see221

Trampın qarşısında fərqli siyasi qüvvələrdən ibarət Konqres formalaşır

05 Noyabr 2026 11:12see218

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see207

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see196

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see195

Bir matçda 53 qırmızı vərəqə göstərildi Futbol tarixində rekord Video

05 Noyabr 2026 04:46see195

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see194

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see185

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see171

Kuryerlərin vergiyə cəlb olunması Qiymətlər artacaq?

05 Noyabr 2026 13:56see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri