İmamoğluya 2 il 1 ay həbs və siyasi qadağa qoyuldu
Icma.az, Modern.az saytına istinadən bildirir.
Həbsdə olan İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu daha 2 il 1 ay müddətinə azadlıqdan məhrum edilib.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, məhkəmə İmamoğlu barəsində siyasi fəaliyyətlə məşğul olmağı qadağan edən qərar da çıxarıb.
İstanbulun Silivri rayonunda keçirilən məhkəmə iclasında İmamoğlu keçmiş Tuzla bələdiyyə sədri Şadi Yazıçını təhqir etməkdə təqsirli bilinib. Siyasi qadağa qərarı hökm apellyasiya instansiyasında qüvvədə saxlanılacağı halda rəsmiləşəcək.
İmamoğlu daha əvvəl bu iş üzrə iki dəfə bəraət alıb. Lakin apellyasiya instansiyası qərarları prosessual səbəblərlə ləğv edərək işi yenidən baxılması üçün məhkəməyə qaytarıb.
Müdafiə tərəfi siyasətçinin sözlərinin kontekstdən çıxarıldığını bildirərək onun tam bəraət almasını tələb edib. İmamoğlu məhkəmə prosesini “qalmaqal və hüquqi özbaşınalıq” adlandırıb.
Hökmün elanından sonra o, bunları deyib:
“Təyin olunmuş hakimlər mənim taleyimlə bağlı qərar verə bilməzlər. Bu qərarın hüquqi qüvvəsi yoxdur. Ruh yüksəkliyinizi qoruyun”.
Qeyd edək ki, İmamoğlu 2019-cu ildə İstanbul bələdiyyə seçkilərinin nəticələrini ləğv edənləri “axmaq” adlandırması ilə bağlı digər iş üzrə də 2 il 7 ay 15 gün həbs cəzasına məhkum edilmiş və barəsində siyasi qadağa qərarı çıxarılmışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 11 Sentyabr 2026 15:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















