Icma.az
close
up
RU
“İmarət”çi Məhəmmədəlinin döyüş yolu Tribunadan səngərə

“İmarət”çi Məhəmmədəlinin döyüş yolu Tribunadan səngərə

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Oktyabrın 11-də “Nizami” Kino Mərkəzində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə Müstəqil Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “İnformasiya məkanında müharibə iştirakçılarının tanıdılması” layihəsi çərçivəsində Vətən müharibəsi şəhidi, “Qarabağ” futbol klubunun “İmarət” Azad Azarkeş Qrupunun üzvü Məhəmmədəli İbrahimliyə həsr olunmuş “Məhəmmədəli” sənədli filminin təqdimat mərasimi keçirilib. 

525.az xəbər verir ki, təqdimat mərasimində “Qarabağ” futbol klubunun rəhbərliyi – komandanın baş məşqçisi Qurban Qurbanov, klubun direktoru Əmrah Çəlikəl, şəhid Məhəmmədəli İbrahimlinin valideynləri, orta məktəb və universitet müəllimləri, Ağdam ictimaiyyətinin nümayəndələri, tanınmış media və QHT təmsilçiləri, “İmarət” Azad Azarkeş Qrupunun üzvləri iştirak ediblər. 

Təqdimat mərasimini açan jurnalist Qabil Abbasoğlu filmin yaradıcı qrupunun görülən işə texniki yox, mənəvi məsuliyyətlə yanaşmasından və 30 illik ağrı-acıdan sonra Zəfərlə başa çatan Vətən müharibəsinin şanlı səhəfələrindən birini əks etdirən mükəmməl bir işin ərsəyə gəlməsindən danışıb. Qabil Abbasoğlu belə bir filmin ərsəyə gəlməsi üçün dəstək verdiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürünü bildirib.

Vətən uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra filmin nümayişi olub. 
Filmin nümayişindən sonra yaradıcı qrupun üzvü, Əməkdar artist İlqar Cahangir görülən işin şəhidlərin xidmətləri qarşısında kiçik bir zərrə olduğunu vurğulayıb. 

Şəhid Məhəmmədəli İbrahimlinin valideynləri, müəllimləri görülən işə görə təşəkkür edib və bütün şəhidlərin xatirəsinin əziz tutulmasının yetişən gənc nəslin mənəvi aləminin formalaşmasında mühüm rol oynadığını bildiriblər.

Ağdamlı ziyalı, sabiq millət vəkili Çimnaz Əliyeva şəhidlərin hər biri haqqında belə filmlərin hazırlanmasının vacib olduğunu söyləyib. O, bundan sonra azad olunmuş yurd yerlərində yaşamaq, qurub-yaratmaq arzusunu ifadə edib. 

Daha sonra söz “Qarabağ” klubunun direktoru Əmrah Çəlikələ verilib. Əmrah Çəlikəl qazanılmış zəfərdən sonra “Qarabağı”ın qalib xalqın komandası olmasını deyib. 

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Qarabağda böyük Zəfərdən sonra komandanın daha inamlı olduğunu və komandanın son qələbələrinin də kökündə bu amilin dayandığını vurğulayıb.  

“İmarət” Azad Azarkeş Qrupunun qurucularından biri olan Rövşən Abbas Məhəmmədəli İbrahimlinin heç vaxt yaddan çıxmaz bir dost, məsləkdaş olduğunu və onun haqında belə bir filmin ərsəyə gəldiyinə görə yaradıcı qrupa minnətdarlığını bildirib.  

Sonda filmin müəllifi Asəf Quliyev dəvəti qəbul edib gəldiyinə görə tədbir iştirakçılarına  təşəkkür edib, yaradıcı qrupun hər bir üzvünün bu işə can yanğısı ilə yanaşdığını xüsusi vurğulayıb.  

Xatırladaq ki, sənədli filmi respublikanın Əməkdar artisti İlqar Cahangir səsləndirib. Filmin operatorları Azər Nağıyev və Fəxri Məmmədov, montajçısı Azad Nurulu, redaktoru Kəmalə Quliyevadır. 

Film Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən qeydə alınıb və yayım hüququ alıb. 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Oktyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri