Icma.az
close
up
RU
İmişli Qaradağ Lökbatana, MOİK Zaqatalaya qarşı

İmişli Qaradağ Lökbatana, MOİK Zaqatalaya qarşı

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Bu gün 1-ci liqada 8-ci tura start veriləcək.

Üç gün ərzində keçiriləcək oyunlar PFL-in “1-ci liqa/2-ci liqa” “yutub” kanalında canlı yayınlanacaq.
Turun ilk matçında “İmişli” “Qaradağ Lökbatan”ı sınağa çəkəcək. Meydan sahibləri təmir olunan şəhər stadionunda birinci oyununu keçirəcək. Fərid Namazovun komandası “Karvan”, “Baku Sportinq” və “Qəbələ” kimi iddialı rəqiblərinin öhdəsindən gələ bilmədiyi üçün xeyli xal itirib. Hər halda, kollektiv ilk “üçlük”dəki varlığını davam etdirir. İndi xal ehtiyatını artırmaqla Yevlax və Qəbələ təmsilçilərinə yaxınlaşmaq şansını dəyərləndirmək vacibdi. Lökbatanlılar isə autsayderlər qrupunu tərk etməyə çalışmalıdı. Düzdü, bu hədəf üçün “İmişli” o qədər də sərfəli rəqib deyil. Amma bütün ehtimallar nəzərə alınmalı və artıq cansıxıcı hal alan uğursuzluq zolağı geridə qalmalıdı.
MOİK "Zaqatala"yla münasibətləri aydınlışdıracaq. Mövsümə uğurlu başlamayan "hərbçilər" hələ ki tam özünə gəlməyib. Son iki matçda uduzan kollektiv "doğma divarlar" arasında güclü rəqiblə mübarizədə o qədər də şanslı görünmür. Amma zaqatalıların da son iki oyunda uduzduğunu nəzərə almalıyıq. Belədə gərgin matça şahidlik edəcəyimiz bəllidi.
Cümə axşamı isə “Difai” “Mingəçevir”i, “Karvan” “Qəbələ”ni qəbul edəcək. Günün ilk matçını autsayderlərin dueli adlandıra bilərik. Ona görə ki, həm Ağsu, həm də Mingəçevir təmsilçisi yuxarı pillələrə doğru irəliləmək arzusuyla meydana çıxacaq. Yevlaxdakı oyuna gəlincə, burda meydan sahibləri liderliyini qorumaq, qonaqlar isə ilk dəfə birinci pilləyə yüksəlmək uğrunda döyüşəcək. “Karvan”ın istəyinə çatması üçün bir xal yetərlidi. Amma “Qəbələ”nin qələbədən başqa yolu yoxdu. Axı qarşılaşma 6 xallıqdı. Hər iki komandanın baxımlı hücum futboluna üstünlük verdiyini, məhsuldarlıq baxımından qıtlıq yaşamadığını nəzərə almalıyıq. Hər halda, meydan sahiblərinin güclü azarkeş dəstəyi var. Elə buna görə qəbələlilər “qırmızı-qaralar”ı çətin səfərdə tək qoymamalı, ümumiyyətlə, hər iki komandanın tərəfdarları tribunalarda liderlərin oyununa layiq ab-hava yaratmalıdı.
Tura cümə günü şahidlik edəcəyimiz “Cəbrayıl” – “Baku Sportinq” matçıyla yekun vurulacaq. Qarabağ təmsilçisi son iki oyunda vacib qələbə qazanmaqla gözünü yüksək pillələrə dikdiyini sübut edib. Xüsusilə “Karvan”ın meydanında qazanılan qələbə hansısa irəliləyişdən xəbər verir. Odu ki, bakılılar səfərdə daha çox əziyyət çəkməli olacaq. Qısası, meydan sahibləri mövqeyini möhkəmləndirməli, qonaqlar isə ortabablar sırasında qərarlaşmaq istəmədiyini sübit etməlidi.
27 noyabr
İmişli – Qaradağ Lökbatan

İmişli, Heydər Əliyev adına şəhər stadionu. Saat 14.30.
MOİK – Zaqatala
Bakı, “Baku Sportinq Arena”. Saat 14.30.
28 noyabr
Difai – Mingəçevir

Şamaxı, Olimpiya İdman Kompleksinin stadionu. Saat 14.30.
Karvan – Qəbələ
Yevlax, şəhər stadionu. Saat 14.30.
29 noyabr
Cəbrayıl – Baku Sportinq

Bakı, “ASCO Arena”. Saat 13.00.
Xal durumu: Karvan – 18, Qəbələ - 17, İmişli, Cəbrayıl – 13, Zaqatala – 11, Baku Sportinq – 10, MOİK – 5, Mingəçevir, Difai, Qaradağ Lökbatan – 4.
Bombardir: Bəhruz Teymurov (Karvan) – 9.
KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 Noyabr 2024 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see760

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see497

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see293

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see280

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see268

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see264

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see262

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see257

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see244

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see230

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see222

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see218

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see217

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see212

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see212

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see211

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see203

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see194

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri