İmişli Şamaxı nı pis vəziyyətdə qoydu son anda yoxlama oyununa çıxmaqdan imtina etdilər
Sportal.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Avqustun 9-da "Şamaxı" ilə "İmişli" arasında yoxlama oyunu keçirilməli idi. Lakin oyuna sayılı günlər qaldığı bir vaxtda "İmişli" matça çıxmaqdan imtina edib. Sportal.az-ın əldə etdiyi məlumata görə, Səbəb kimi portuqaliyalı baş məşqçi Xorxe Kaskilyanın bu görüşün keçirilməsinə qarşı çıxdığı deyilib.
"İmişli"nin qeyri-peşəkarlığı "Şamaxı"nı pis vəziyyətdə qoyub. Premyer Liqaya planlı şəkildə hazırlaşan klub əvvəlcədən proqramını tərtib edir. Yükləmələr də, oyun sayı da, matç günləri də hazırlığın yüksək səviyyəyə çatdırılmasına hesablanır.
"Şamaxı" Premyer Liqa öncəsi mütləq bir yoxlama oyunu keçirmək istəyir. Lakin "İmişli"nin görüşə bir neçə gün qalmış fikrini dəyişməsi Ayxan Abbasovun əl-qolunu bağlayıb. Belə qısa müddətdə rəqib tapmaq çətindir.
"İmişli"nin də, "Karvan-Yevlax"ın da Premyer Liqada çıxış eləməyə hazır olmadığı barədə çox yazılıb, deyilib. Bu hal bir daha onu göstərir ki, bu cür klubların peşəkarlaşmasına hələ çox var.
saytlarin hazirlanmasi
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:86
Bu xəbər 05 Avqust 2025 20:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















