Icma.az
close
up
RU
İmişli və Saatlı rayonlarının 6 kəndində maarifləndirmə təlimləri başa çatıb

İmişli və Saatlı rayonlarının 6 kəndində maarifləndirmə təlimləri başa çatıb

Icma.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “İqtisadi İnkişafa və Aqrar Layihələrə Dəstək” (İİALD) İctimai Birliyi tərəfindən həyata keçirilən “Quraqlığa davamlı əkinçilik və su resurslarından səmərəli istifadə üzrə maarifləndirmə” layihəsi çərçivəsində İmişli və Saatlı rayonlarında keçirilən maarifləndirmə təlimləri uğurla başa çatıb.

"Cebheinfo.az" xəbər verir ki, layihə çərçivəsində İmişli rayonunun Mürsəlli, Murğuzallı və Cavadxanlı, Saatlı rayonunun isə Nərimankənd, Dəllər və Hacıqasımlı kəndlərində ümumilikdə 12 günlük təlim proqramı həyata keçirilib. Təlimlər iki əsas mövzunu əhatə edib: “Quraqlığa davamlı əkinçilik və suya qənaətli suvarma üsulları” və “Torpaq münbitliyinin qorunması və iqlim risklərinin idarə edilməsi”.

Təlimlər zamanı fermerlər və kənd sakinlərinə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsiri, quraqlıq şəraitində məhsuldarlığın qorunması, su resurslarından səmərəli istifadə, müasir suvarma texnologiyalarının tətbiqi, torpaq münbitliyinin saxlanılması, torpaq deqradasiyası və eroziyanın qarşısının alınması, eləcə də aqrar sahədə iqlim risklərinin idarə edilməsi ilə bağlı geniş məlumat verilib. 

Tədbirlər interaktiv formatda təşkil olunub, iştirakçıların sualları cavablandırılıb və onların gündəlik təsərrüfat fəaliyyətində tətbiq edə biləcəkləri praktik tövsiyələr təqdim edilib.

Layihə üzrə hər təlim qrupu üçün 10 nəfərlik iştirak nəzərdə tutulsa da, kənd sakinləri tərəfindən göstərilən yüksək maraq nəticəsində təlimlərdə iştirakçı sayı planlaşdırılan göstəricini əhəmiyyətli dərəcədə üstələyib.

Bu, kənd icmalarında iqlim dəyişikliklərinə uyğunlaşma, su ehtiyatlarından səmərəli istifadə və torpaq münbitliyinin qorunması sahəsində biliklərə olan ehtiyacın yüksək olduğunu bir daha nümayiş etdirib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 İyul 2026 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see355

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see353

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see314

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see304

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see304

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see302

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see287

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see286

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see275

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see241

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see239

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see235

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see230

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see227

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see217

İlkin tibbi yardım üçün ən yaxın səhiyyə müəssisəsinə müraciət edilməlidir Həkim

21 Oktyabr 2026 17:48see208

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see203

İldırım vuran sevgilisini iki dəfə “diriltdi”

21 Oktyabr 2026 21:17see183

2027 ci ildə zamanın hesablanması dəyişəcək Saatlar necə olacaq?

21 Oktyabr 2026 20:32see181

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri