Icma.az
close
up
RU
İmişlidə yolları təmir edən yeganə şirkət: “Orion E” ilə İcra Hakimiyyətini nə bağlayır? ARAŞDIRMA

İmişlidə yolları təmir edən yeganə şirkət: “Orion E” ilə İcra Hakimiyyətini nə bağlayır? ARAŞDIRMA

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

İmişli rayon İcra Hakimiyyəti növbəti tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, müsabiqəyə əsasən İmişli şəhər küçələrində avtomobil yollarının əsaslı təmir işləri həyata keçiriləcək.

Qeyd edək ki, tenderin qalibi “ORİON-E” MMC-dir. Şirkətlə İcra Hakimiyyəti arasında 608 min 808 manat dəyərində satınalma müqaviləsi imazalanıb.

Hurriyyet.az xəbər verir ki, Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı məlum olub ki, “Orion-E” MMC şirkəti 2024-2025—ci illərdəm cəmi 3 tenderdə iştirak edib. Maraqlıdır ki, hər üç tender İmişli rayon İcra Hakimiyyətinin keçirdikləri olub. Yəni, şirkət yalnız bir İcra Hakimiyyətinin tenderlərinin qalibi olub.

Belə ki, “Orion-E” MMC ötən ilin dekabrında İmişli şəhər küçələrində avtomobil yollarının əsaslı təmirini həyata keçirərək, 582 min 399 manat pul alıb. Bundan başqa şirkət həmin ilin sonlarında İmişli rayonunda Şəhid ailələrinin yaşadığı və şəhid adı verilmiş küçələrdə yolların əsaslı təmirini də həyata keçirib. Bu müqavilənin dəyərim isə 491 min 469 manat təşkil edib.

Onu da xatırladaq ki, bu sirli şirkət 2023-cü ildə də İmişli Rayon İcra Hakimiyyətinin yol təmiri ilə bağlı 583 971,97 manatlıq, 2022-ci ildə isə 1 149 853, 74 manatlıq tenderlərinin qalibi olub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Orion-E” MMC 10 dekabr 2003-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1 730 030 AZN olan şirkətin hüquqi ünvanı İmişli şəhəri, Ziya Bünyadov küçəsi, ev 8-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Qasımov Mürsəl İsa oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumata rast gəlinmir.

Bildirək ki, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayevdir. O, icra başçısı vəzifəsinə 21 may 2020-ci il tarixdə təyin edilib.

Tərəflərin də mövqeyini dinləməyə hazırıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 19 Noyabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see717

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see206

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see191

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see190

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see167

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see142

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see141

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see140

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132

Mərkəzi Bank valyuta ehtiyatlarını açıqladı

07 Yanvar 2026 09:51see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri