Icma.az
close
up
RU
Polkovnik İcra Hakimiyyətini məhkəməyə verdi RƏSMİ CAVAB

Polkovnik İcra Hakimiyyətini məhkəməyə verdi RƏSMİ CAVAB

Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ölkə.az-ın xəbərinə görə, hərbçi iddia edir ki, qurum onun hüquqlarını pozub və qanuni sənədləri olmasına baxmayaraq öz torpaq sahəsində ev tikməyə icazə verməyib.

Polkovnik-leytenant bildirib ki, Binəqədi rayonunda mülkiyyətində olan 2,5 sot çıxarışlı torpaq sahəsində fərdi yaşayış evi tikmək üçün “vahid pəncərə” sistemi vasitəsilə müraciət edib. Lakin Binəqədi Rayon İcra Hakimiyyəti Bakı şəhərinin Baş Planına istinad edərək həmin ərazinin gələcəkdə turizm zonası kimi nəzərdə tutulduğunu və burada yalnız iaşə obyekti tikilə biləcəyini əsas gətirərək müraciətinə mənfi cavab verib.

Şikayətçi deyib ki, bu cavabdan sonra Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nə müraciət edib. Qurum isə hərbçiyə verilən çıxarışın qanuni olduğunu, paytaxtın Baş Planı ilə bağlı göstərilən məhdudiyyətlərin onun torpaq sahəsinə aid edilmədiyini bildirib.

Bəhruz Alışovun sözlərinə görə, Bakının Baş Planın xəritəsində onun torpaq sahəsinin olduğu ərazi turizm zonası kimi göstərilmir və bu barədə müvafiq xəritə materiallarını da əldə edib. O bildirib ki, bəzi məhkəmə instansiyaları qərar qəbul edərkən rəsmi xəritələrə deyil, yalnız ayrı-ayrı qurumların məktublarına istinad edirlər.

Məsələ ilə bağlı Binəqədi Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq. Qurumdan saytımıza bildirildi ki, Alışov Bəhruz Ağabəy oğlu mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Göradil bağ massivi, 285D saylı bağ sahəsində fərdi yaşayış evi tikmək üçün məlumatlandırma icraatı qaydasında müraciət edib:

“Sözügedən ərazi Nazirlər Kabinetinin 30 dekabr 2023-cü il tarixli, 504 nömrəli qərarı ilə təsdiq edilmiş Bakı şəhərinin Baş Planına əsasən çoxfunksiyalı ictimai-işgüzar (turizm) zonasında yerləşdiyindən (“Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”nın tələblərinə zidd olduğundan) həmin ünvanda fərdi yaşayış evi tikilməsi məqsədəmüvafiq hesab edilməyib. Həmçinin bildirmək istəyirik ki, vətəndaş Bəhruz Alışovun inşa etdiyi hasarın və tikilinin sökülməsi ilə bağlı müraciəti müsbət təmin edilmədiyindən o, iddia ərizələri ilə Bakı İnzibati Məhkəməsinə müraciət edib. Hazırda məhkəmənin icraatında inzibati işlərə baxılır”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://olke.az
archiveBu xəbər 17 İyul 2026 15:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see351

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see349

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see347

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see275

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see269

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see268

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see267

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see259

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see250

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see250

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see238

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see231

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see229

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see228

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see227

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see225

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see223

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see223

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see220

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see219
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri