Icma.az
close
up
RU
“İmişli”nin stadion problemi Komanda Bakıya köçür?

“İmişli”nin stadion problemi Komanda Bakıya köçür?

Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Uzun illərdən sonra Premyer Liqaya vəsiqə qazanan “İmişli”nin stadionla bağlı ciddi problemləri var.  Hazırda klub rəhbərliyi bunun həlli istiqamətində işlər gördüyünü deyir.

"İmişli"nin icraçı direktoru Aqşin Mürsəlovun QOL.az saytına bildirdiyinə görə, stadionun mülkiyyət hüququnu ala bilmədikləri üçün arenanın təmirinə böyük maliyyə vəsaiti ayırmaq risklidir:

“Stadionun mülkiyyəti MKT Şirkətlər Qrupuna məxsusdur. Biz onlara da müraciət etmişik, AFFA-ya da. Bildirmişik ki, ev oyunlarımızı İmişli şəhər stadionunda keçirmək istəyirik. MKT-yə ona görə müraciət etmişik ki, stadionu təmir etsinlər və biz də onlardan icarəyə götürək. Çünki yer onlarındır. Təmir edib bizə versələr, icarə haqqı olaraq ciddi məbləğ ödəməyə hazırıq. Bizim olmayan mülkə ciddi vasait qoymaq risklidir. Sabah icarə haqqını qaldıra bilərlər, yaxud da başqa bir şey olar, xərclədiyimiz vəsait bata bilər. Rayon rəhbərliyi, İmişlidən olan iş adamları və rayonumuzun deputatına da müraciət etmişik. Dəstək olsunlar ki, bu məsələni həll edək. Ötən ildən bəri stadiona 150-200 min manat vəsait xərcləmişik. Amma hələ də çox iş görülməlidir. Qoyduğumuz vəsaitdən 5-10 dəfə artığı lazımdır ki, problemlər aradan qaldırılsın”. 

Aqşin Mürsəlov

İmişli şəhər stadionunda əsaslı təmir işləri aparılmalı olduğunu deyən klub rəsmisi bildirib ki, əsas məqsəd ev oyunlarını bu arenada keçirməkdir: “Stadioun 20 ildir ki, tikilib və uzun müddət istifadə olunmayıb. Ona görə də ciddi təmirə ehtiyacı var. Ot örtüyü dəyişməlidir. Bazanın daxilində də xırda problemlər var. “Qəbələ”nin akademiyasında çalışan mütəxəssisi gətirmişdik ki, ot örtüyünə baxsın. Bizə yeniləmə ilə bağlı siyahı verdi. Məsələ tək ot örtüyündə deyil, əsaslı təmir aparılmalıdır. Akdademiyamızla bağlı da işlər görmək lazımdır. Bunlar isə uzun vaxt aparan işlər deyil. Çünki infrastruktur var. Məsələ belədir ki, biz hətta maliyyə vəsaitini tapıb bu işləri görsək də, yenə bu stadion bizim olmur. Bu qədər xərc çəkəndən sonra sabah stadionun sahibi deyə bilər ki, mən buranı zavod edirəm, yaxud da başqa bir şey. Bizim də hüquqi baxımdan edə biləcəyimiz bir şey olmayacaq. Ona görə də biz bunu kökündən həll etməliyik. Bu sarıdan bir az çətinliyimiz var. Amma inanıram ki, həll edəcəyik. Futbol azarkeşlərlə gözəldir. Azarkeşlər də təmsil olunduğun bölgədə olur. Bizim də məqsədimiz odur ki, öz stadionumuzda problemləri həll edək və oyunlarımızı İmişlidə keçirək. Bu barədə işlər gedir. AFFA da 1 il vaxt verib ki, problemləri aradan qaldıraq. Bilirsiniz ki, AFFA-nın İnkişaf Strategiyasında bölgələrdə uşaq futbolunun işkişafı və bunun üçün stadionların inşası məsələsi də var. Biz də buna görə AFFA-ya müraciət etmişik. Hələ ki, gözləyirik, cavab verilməyib”. 

A.Mürsəlov onu da qeyd edib ki, Premyer Liqanı tərk etmək ehtimalı böyük olan “Səbail”in ev oyunlarını keçirdiyi “ASCO Arena”dan da istifadə edə bilərlər. Ancaq o deyir ki, komandanın orada oyun keçirməsi yox, məşqlərini etməsi nəzərdə tutulur: “Orada sadəcə olaraq bəzi səfər oyunlarından əvvəl məşqlərimizi etməyi nəzərdə tutmuşuq. Həm də seçimlər etmək üçün o stadiondan istifadə etmək olar ki, futbolçular daha İmişliyə gəlməsin. Yəqin ki, “ASCO Arena” üçün çoxları müraciət edəcək. Biz orada sırf məşq etməyi nəzərdə tuturuq. Məsələn, “Zirə” il oyunumuz olan həftə orada oyuna hazırlaşa bilərik. Təbii ki, bunlar çıxış yolu deyil. Sadəcə olaraq müvəqqəti bir yoldur. Stadion məsələmizi köklü şəkildə həll etsək, bunların heç birinə ehtiiyac qalmayacaq”. 

A.Mürsəlov “Kömək üçün müraciət etdiyiniz rayon rəhbərliyi və iş adamları hər hansı addımı atıb?” sualını isə belə cavablandırıb: “Biz mayın 17-də bir toplantı etməyi planlaşdırmışıq. Premyer Liqaya yüksəlməyimizi tədbir kimi qeyd etmək istəyirik. Ora qonaqlar da dəvət etmişik. Həmin gün müzakirələrimiz olacaq. Hansı yolla getməliyik, kimlər bizə kömək edə bilər, bunları biləcəyik. Bəzən elə olur ki, müraciət etdiyimiz adamlardan cavab da gəlmir. Kiminsə işi olur. Onları da qınamıram. Biz kiməsə arxayın deyilik ki, kömək edəcək. Yəni sırf kiminsə ümidinə qalmamışıq”. 

A.Mürsəlov komandanın İmişlidə məskunlaşacağını və bunun hər hansı problem yaratmayacağını bildirib: “Bizim planımız İmişlidə məskunlaşmaqdır. Ötən il bazamız normal səviyyədə təmir olundu. Bazanı istilik və soyutma sistemi ilə də təmin etmişik. Məqsədimiz komandanı İmişlidə yerləşdirməkdir. Hər region komandası elə öz rayonunda olmalıdır. Bu, azarkeşlərə və futbolçulara əlavə bir motivasiyadır. Bəli, rayon klublarına futbolçuları cəlb etmək bir qədər çətindir. Əvvəllər bu sarıdan bizdə problemlər yaranırdı. Amma indi hər şey daha rahatdır. İnsanlar hər yerdə özünə əyləncə tapa, şərait qura bilərlər. Yəni hər şey 20 il bundan əvvəlki kimi deyil. Bəli, o vaxt çox çətin idi. İndi məncə, onlar olmayacaq”

Ramiq Ağaməmmədov 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:225
embedMənbə:https://qol.az
archiveBu xəbər 29 Aprel 2025 17:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Slovakiya Prezidenti Peter Pelleqrinin Azərbaycana səfəri ilə bağlı daha bir paylaşım olunub (Video)

14 İyul 2026 20:45see345

Zinəddin Zidan DÇ 2026 dan sonra Fransa millisini çalışdıracaq

15 İyul 2026 03:31see271

Baloqun qırmızı vərəqəsinin ləğvi barədə: “Bu, tamamilə unikal bir şey idi”

15 İyul 2026 07:14see257

Baş nazirdən Bakı Şəhər İcra Hakimiyyəti ilə bağlı QƏRAR

14 İyul 2026 17:15see240

Rəşad Sadıqov: “Gələcəyimi “Zirə”də görürəm”

15 İyul 2026 01:04see202

Daha bir ölkədən Rusiyaya SANKSİYA xəbəri...

15 İyul 2026 03:05see200

Fransız qadınların 50 yaşında 20 yaşındakı kimi görünməyinin sirri

15 İyul 2026 04:04see198

Cəmiyyətdə kişi anlayışı vizuallıqdan ibarət qalıb

15 İyul 2026 06:21see185

Fransa İspaniya oyunu başladı YENİLƏNİR

14 İyul 2026 23:01see185

Türkiyədəki o dəhşətli gecədən 10 il keçdi

15 İyul 2026 02:02see180

Bakıda ilk dəfə Lego Mego uşaq əyləncə mərkəzi açıldı

15 İyul 2026 01:08see170

Beş min dollar qazandı, Messi ilə görüşdü: in qarşılaşdığı qeyri adi azarkeş FOTO/VİDEO

15 İyul 2026 16:33see167

“İslamabad sazişi başa çatdı”

15 İyul 2026 07:00see165

Baş nazirdən Şuşa barədə YENİ QƏRAR

15 İyul 2026 23:06see165

Normal vaginal axıntı necə olmalıdır? Qadınların diqqətinə!

15 İyul 2026 23:03see164

İran yaralanan mülki şəxslərin sayını açıqladı

16 İyul 2026 02:02see160

Argentina yarımfinallarda uduzmur Altı oyunun hamısında final

16 İyul 2026 03:12see160

Dövlət Departamenti Səudiyyə Ərəbistanına 2 milyard dollarlıq raket sistemlərinin satışını təsdiqləyib

16 İyul 2026 06:56see158

“Sabah” 10 cu qalib

16 İyul 2026 00:18see158

Santorini əvəzinə Serifos, Kapri əvəzinə Proçida: Avropada kəşf edilməyi gözləyən 5 ada

16 İyul 2026 03:04see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri