Icma.az
close
up
RU
Lisenziya güzəşti bitir, İmişli nin stadion problemi bitmir Büdcənin yarısını ora xərcləsək, əsas komanda axsayacaq

Lisenziya güzəşti bitir, İmişli nin stadion problemi bitmir Büdcənin yarısını ora xərcləsək, əsas komanda axsayacaq

Fanat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AFFA İcraiyyə Komitəsinin başa çatmaqda olan ilin yazında, konkret, 14 martda keçirilən iclasında ölkə futbolu ilə bağlı mühüm qərarlar verilmişdi. Onlardan ən önəmlisi 2025/2026 mövsümündə Azərbaycan Premyer Liqasında komanda sayının artırılması ilə bağlı idi. Müvafiq qurum həmin iclasda çempionata yüksələcək klublara infrastruktur, inzibati və digər sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün 1 illik möhlət vermişdi. Hansı ki, bu xüsusi qayda yalnız 2025/2026 mövsümünün debütantlarına aid edilir.

Məlum olduğu kimi, 2024/25 mövsümünün sonunda çempion olan "Qəbələ", gümüş medalların sahibi "İmişli" və bürünc mükafatçı "Karvan-Yevlax" Premyer Liqaya yüksəldi. Sözügedən komandalardan "Qəbələ"nin infrastruktur problemi yoxdur. "Karvan-Yevlax" da stadionunu təmir edərək artıq "yuva"ya, təmsil etdiyi şəhərə dönüb. Bu mənada "İmişli" hələki "qış yuxusundadır". Bir ilin tamamlanmasına az qalır. Ancaq istər İmişli şəhər stadionu, istərsə də aşağı yaş qruplarının təşkili yönündə yenilik yoxdur. Halbuki, dövlət hər bir kluba olduğu kimi, "İmişli"yə də 2,5 milyon vəsait ayırır. 

Bu barədə Fanat.Az-a danışan klubun icraçı direktoru Aqşin Mürsəlov infrastruktur çatışmazlığı ilə bağlı problemin həllinin niyə yubandığına aydınlıq gətirib:

"Əvvəlcə məlumat verim ki, "İmişli"nin aşağı yaş qrupu üzrə 6 komandası fəaliyyət göstərir. U-10, U-11, U-12, U-13, U-14 və U-15 komandalarımız AFFA-nın keçirdiyi müvafiq çempionatlarda iştirak edir. Yuxarı yaşlıların və əvəzedici komandanın yaradılması istiqamətində də iş gedir. AFFA-nın bizə güzəşti həmin komandaların məşqçi kateqoriyaları ilə bağlı olmuşdu. Hamısı yerli məşqçilərdi, onların çoxunun C kateqoriyası belə yox idi. Hazırda bu məsələ yoluna qoyulur. Əsas çətinlik "dubl"la bağlıdır. Çünki Əvəzedicilər Liqasına buraxılacaq komanda üçün az qala Premyer Liqa iştirakçıları səviyyəsində tələblər var. Bu komandada 4 məşqçi, həmçinin, həkimi, fizioterapevti, inzibatçısı və sair olmalıdır. Əvəzedici komandanın təşkili ilə bağlı proses davam edir.

O ki qaldı stadion məsələsinə, əslində, lisenziya güzəşti sırf ona aid deyil. Ona qalsa, bizdən başqa təmsil etdiyi şəhərdə oynamayan klublar da var. Bununla belə çox çalışırıq ki, İmişliyə qayıdaq. Amma bizdən asılı olan və olmayan məsələlər var. Şəhər stadionunun iki mülkiyətçisi var. O, MTK şirkətinə və həmkarlar ittifaqına məxsusdur. Ümumi ərazisi 4 hektara çatır ki, 2 hektarı tikinti şirkətinin balansındadır, qalan yarısı isə həmkarların. Oradakı binalar, tikililər MTK-nındır. İndiyə qədər arenanın alınmasından tutmuş icarəsinə qədər bütün variantları müzakirə etmişik. Birdəfəlik alınma ilə bağlı hüquqi yardım üçün Gənclər və İdman Nazirliyinə, AFFA-ya müraciət ünvanlamışıq. Ümidvarıq ki, müsbət cavab alacağıq. İcarəyə gəlincə, bildiyiniz kimi, PFL hələ çempionatdan əvvəl təftiş etmişdi və çatışmazlıqları bildirmişdi. Stadionun təmiri bahalı işdir, biz ora yarım milyon pul xərcləməliyik. Bura icarə haqqını da əlavə edin, görün hansı məbləğ alınır? Büdcənin yarısını ora xərcləsək, əsas komanda axsayacaq. Dedik bu qədər vəsait xərcləyiriksə, heç olmasa, icarə haqqı almayın. Ya da özünüz təmir edin, bizə icarəyə verin. Şamaxıda, Qubada icarədə olmuşuq və yer haqqını artıqlaması ilə vermişik. Bizə belə də rahat olardı ki, təmir edib icarəyə versinlər. Qubada təmirə 5-10 min xərclədik, vəsait çox sərf olunmadı. Amma burada böyük məbləğdən söhbət gedir. Həm də dediyim kimi, orada mülkiyyətçi məsələsi ilə bağlı durum qatmaqarışıqdı. İmişlinin 4 komandası var, heç birinin normal stadionu yoxdur. Klub rəhbərliyi bu problemi həll etməkdə hamıdan çox maraqlıdır. Hətta rayon rəhbərliyindən başqa ərazi alıb yeni stadion inşa etmək variantı da stolun üstündədir". 

Mirağa

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:55
embedMənbə:https://fanat.az
archiveBu xəbər 08 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see259

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see238

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see223

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see213

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see190

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see186

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see169

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see167

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see152

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see148

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see147

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri