Icma.az
close
up
RU
İmkanımız yoxdur, yerli oyunçu tapmaq da çətindir Rəşad Sadıqov

İmkanımız yoxdur, yerli oyunçu tapmaq da çətindir Rəşad Sadıqov

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

"Meydana hücumçu buraxmaq istəyirdim, amma yox idi. Büdcəmiz transferə imkan vermir".
Bizim.Media xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Misli Premyer Liqasının 16-cı turunda "İmişli" ilə qolsuz bərabərliyi şərh edərkən deyib.
Mütəxəssis oyunun gözlədikləri ssenari üzrə keçdiyini, rəqibin müdafiəyə çəkildiyini, onların isə bu səddi yarmağa çalışdıqlarını bildirib:
"Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiədə idi, biz isə onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə oyun nəzarəti bizdə idi. İkinci hissədə isə daha sürətli futbol getdi və bir neçə qol epizodumuz oldu. Vacib xalları itirdik. İndi fasiləyə gedirik.
Futbolçularımdan ümumilikdə razıyam. Son matçlarda hücum xəttində bir az problemlərimiz var. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var və bu da istədiyimiz heyətlə meydana çıxmağımıza əngəl olur. Ümid edirəm ki, qış fasiləsindən sonra bu qədər problem yaşamayacağıq".
Baş məşqçi nəticəyə rəğmən futbolçularından razı qaldığını vurğulayıb:
"Bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində ("Sabah"la görüşdə) meydanda zəif olmuşuq".
Mütəxəssis əsas problemin kadr çatışmazlığı olduğunu, Davit Volkovun 11-12 oyundur zədəli olması səbəbindən Konateni məcburiyyətdən hücumçu kimi oynatdıqlarını və meydana buraxmağa ehtiyat hücumçusunun olmadığını etiraf edib.
Qış transfer pəncərəsi və Renat Dadaşovla bağlı sualları cavablandıran mütəxəssis maliyyə durumunun çətinliyini önə çəkib:
"İmkanımız yoxdur, büdcə buna yol vermir. Rəhbərlikdən 1-2 transfer xahiş edəcəyik, amma rüsum məsələsi də var. Yerli futbolçu bazarı isə kasaddır. Söhbət komandanı gücləndirəcək yerli oyunçudan gedir ki, onların da müqaviləsi var. Qışda transfer etmək çox çətindir".
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:169
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Dekabr 2025 21:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri