Icma.az
close
up
RU
Sadıqov: “İmkanımız yoxdur”

Sadıqov: “İmkanımız yoxdur”

futbolpress-az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan Premyer Liqasının XVI turunun “Zirə” – “İmişli” oyunundan (0:0) sonra meydan sahibi komandanın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun gözlədiyimiz kimi keçdi. Rəqib daha çox müdafiə olunurdu, biz də onu yarmağa çalışırdıq. Vurduğumuz qol sayılmadı. Birinci hissədə nəzarət bizdə idi. İkinci yarıda daha sürətli futbol getdi, bir neçə qol epizodumuz oldu. Vacib xallar itirdik. Artıq fasiləyə gedirik. Ümumilikdə, futbolçularımdan razıyam. Son matçlarda hücum xəttində bir az problemlər yaşayırıq. 11-12 oyundur ki, əsas hücumçumuzdan istifadə edə bilmirik. Çox itkilərimiz var. Bu da istədiyimiz heyətlə meydana çıxmağımıza problem yaradır. Ümidvaram ki, qışdan sonra bu qədər problem yaşamarıq.

– Bu mövsüm ikinci dəfə “İmişli”ni məğlub edə bilmədiniz. Nə ilə bağlıdır?
– İstəyirdik ki, qələbə qazanaq. Məyusuq. Amma bu gün uduzsaydıq da, futbolçularımın çıxışından razı qalacaqdım. 16 matçın cəmi birində meydanda zəif olmuşuq, o da “Sabah”la görüşdə. Meydana hücumçu buraxmaq istəyirdim. Amma yox idi. Konateni hücumçu kimi oynadırdıq. Onsuz da heyətimiz kasaddır, Davit Volkov 11-12 oyundur yoxdur. Nə vaxt bərpa olacağı bilinmir. “İmişli” yaxşı, möhkəm komandadır. Səfər matçlarında daha təhlükəli olurlar. Bir xala görə şikayətçi deyilik.

– Büdcəniz imkan verəcək ki, qışda transfer edəsiz?
– İmkanımız yoxdur. Yəni, büdcəmiz ona imkan vermir. Rəhbərlikdən xahiş edəcəyik ki, 1-2 transfer edək. Digər tərəfdən rüsum məsələsi var. Gücümüz çatacaq ya yox, bilmirik. Mövsümün əvvəlində bilirdik ki, hücum xəttinə oyunçu lazımdır.

– Renat Dadaşov Polşa klubundan ayrılacaq. Onunla danışmağa cəhd edəcəksiz? Rüsum məsələsi sizi məcbur edəcək ki, yalnız yerli futbolçu gətirəsiz?
– Oturacağıq, danışacağıq, müzairə aparacağıq. Yerli futbolçu yoxdur. Yəni, komandanı gücləndirəcək yerli oyunçudan söhbət gedir. Üstəlik, hər bir yerli futbolçunun öz klubu ilə müqaviləsi var. Qışda kimisə transfer etmək çətindir.

Şahin Cəfərov

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:145
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Dekabr 2025 19:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see440

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see404

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see356

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see351

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see338

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see271

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see234

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see221

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see218

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see217

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see213

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see203

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see202

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see201

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see200

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see187

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see182

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see174

Kollec diplom verir: İş yox

09 Oktyabr 2026 18:04see166

Azər Səmədov BU NAZİRLİKDƏ yüksək vəzifəyə təyin olundu

09 Oktyabr 2026 14:45see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri