Icma.az
close
up
RU
İmran Ağayev: Erkən aşkarlanan problem və düzgün diaqnoz müalicədə böyük rol oynayır

İmran Ağayev: Erkən aşkarlanan problem və düzgün diaqnoz müalicədə böyük rol oynayır

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Füzuli, 29 avqust, Aydın Yavərzadə, AZƏRTAC

"Böyük Qayıdış" proqramı çərçivəsində Füzulidə məskunlaşan sakinlər, həmçinin Qarabağ və Şərqi Zəngəzurun dirçəlişində çalışanlar üçün səyyar tibbi xidmət həyata keçirdik. Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim heyəti olaraq burada əhaliyə xidmət göstərmək bizlər üçün çox xoşdur.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri Füzulidə tibbi aksiya zamanı Azərbaycan Tibb Universitetinin Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayev söyləyib.

"İşğaldan azad olunan ərazilərdə daha əvvəl digər sahələr üzrə tibbi müayinələr təşkil olunsa da, biz kollektiv olaraq ilk dəfədir azad olunan ərazilərdə tibbi müayinədə iştirak edirik. Proqrama uyğun olaraq belə müayinələrimiz davamlı olacaq və digər rayonlarda da sakinlərə xidmət göstərəcəyik. Əsas məqsədimiz əhali arasında diaqnostik və profilaktik işləri həyata keçirməkdir. Çünki ağız boşluğu sağlamlığı insan orqanizmi üçün çox vacibdir. Belə tibbi müayinələr zamanı erkən aşkarlanan problem və düzgün diaqnoz gələcəkdə müalicələrdə böyük rol oynayır".

Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının həkim briqadası Füzulidə yerli əhalinin müayinələrini aparıb.

Tibbi müayinələr ATU-nun Tədris Stomatoloji Klinikasının direktoru İmran Ağayevin başçılığı ilə klinikanın həkim briqadası, o cümlədən stomatoloq-terapevt, stomatoloq-ortodont, stomatoloq-ortoped, stomatoloq-cərrah və uşaq stomatoloqu tərəfindən aparılıb. Ümumilikdə, aksiya zamanı 100-ə yaxın vətəndaş tibbi müayinədən keçib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:55
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Avqust 2025 22:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see193

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see191

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see174

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see165

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see162

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see159

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see158

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see155

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see153

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see146

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see145

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see141

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see141

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see136

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see136

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see135

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see135

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see128

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri