Icma.az
close
up
RU
Dünyanın xərçəng bəlası: “Erkən diaqnoz...”

Dünyanın xərçəng bəlası: “Erkən diaqnoz...”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Son illər Azərbaycanda onkoloji xəstələrin sayı sürətlə artır.

Xərçəng xəstəliyinin müalicəsində ən vacib amillərdən biri onun erkən mərhələdə aşkarlanmasıdır. Bu baxımdan vaxtında müayinədən keçmək və düzgün diaqnostik üsullardan istifadə etmək xüsusi əhəmiyyət daşıyır.

Lakin xərçəngin erkən aşkarlanması üçün hansı müayinə üsullarının daha effektiv olduğu, onkomarkerlərin isə bu prosesdə nə dərəcədə etibarlı nəticə verdiyi sual doğurur.

Bəs onkoloji xəstəliklərin erkən diaqnostikası necə aparılır? Onkomarkerlər xərçəngin erkən aşkarlanmasında nə dərəcədə effektivdir?

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında tibb üzrə fəlsəfə doktoru, həkim-onkoloq Fərid Museyibov bildirib ki, bu gün vətəndaşlarımız həkimə çox zaman onkoloji xəstəliyin 3-4-cü mərhələsində müraciət edirlər:

“Vətəndaşlar ildə bir-iki dəfə həkim müayinəsindən keçməlidir. İnsanlar xərçəng xəstəliyindən qorxmurlar, amma müayinə olunmaqdan qorxurlar. Biz hər zaman demişik ki, erkən diaqnoz can qurtarır. Ona görə də ağrı olub-olmamasından asılı olmayaraq müayinəyə getmək lazımdır.

İldə 1-2 dəfə müvafiq şəkildə müayinələrdən keçmək tövsiyə olunur. Erkən diaqnoz şişin növünə və yerləşməsinə görə müəyyən olunur. İlk növbədə, erkən diaqnoz dedikdə, əgər şiş ağciyərdə olarsa, mütləq rentgen müayinəsindən keçmək tövsiyə olunur.

Erkən diaqnostikada ultrasəs müayinəsi də tövsiyə olunur. Qarın boşluğunda, erkən mərhələdə şişi aşkar etmək üçün bu müayinə üsulundan istifadə edilir. Buraya mədəaltı vəzi, böyrək, böyrəküstü vəzi, qaraciyər və sidik kisəsi xərçəngləri daxildir.

Təbii ki, erkən diaqnoz və müayinə bunlar vasitəsilə aparılır. Əgər xəstəlik bağırsaqda, mədədə və ya qida borusunda olarsa, o zaman qastroskopiya, endoskopiya dediyimiz üsuldan istifadə olunur.

Qida borusu və mədədə xəstəliklərin erkən diaqnozunun qoyulması üçün endoskopiya üsulundan istifadə edilir. Əgər bağırsaqda törəməyə rast gəlinərsə, təbii ki, kolonoskopiya üsulundan istifadə edilməklə erkən diaqnoz qoyulur”.

Onun sözlərinə görə, əgər analizdə onkomarker yüksək çıxıbsa, bu, mütləq xərçəng xəstəliyinin olması demək deyil: 

“Təbii ki, hər hansı iltihabi proses olarsa, həmin zaman onkomarker yüksək çıxa bilər. Ümumiyyətlə, onkomarker hər zaman düzgün nəticə vermir. Belə ki, bəzən xəstəmizdə heç bir onkoloji proses olmayıb, onkomarker yüksək çıxıb.

Yaxud xəstəmiz onkoloji xəstəlikdən əziyyət çəkib və onkomarker normal çıxıb. Ona görə biz bunu heç vaxt əsas müayinə metodu kimi götürmürük. Ən dəqiq müayinə, təbii ki, sonuncu müayinə metodu olan biopsiyadır.

Ümumiyyətlə, onkoloji xəstəyə diaqnoz hüceyrə səviyyəsində qoyulmalıdır. Əgər biopsiyanın cavabı bədxassəli olarsa, o zaman biz ona onkoloji diaqnoz qoyuruq. 

Bildirim ki, bəzən burada da səhvlər olur. Yəni bir biopsiyanın cavabına görə də xəstəyə onkoloji xəstəlik demək olmaz. Çünki bəzən cavablarda səhvlər çox gəlir”.

Onkoloq qeyd edib ki, ən azı 2-3 yerdə yoxlanışın aparılması lazımdır:

“Bir həkimin rəyinə görə xəstəyə xərçəng diaqnozunun qoyulması özü də yanlış addımdır. Çünki təcrübə göstərir ki, cavablarda həddindən çox səhvlərə yol verilir.

Ona görə də biz hər zaman deyirik ki, həm KT (Kompüter Tomoqrafiyası) və MRT (Maqnit Rezonans Tomoqrafiya)  cavabı bunu təsdiqləməlidir, həm endoskopiya müayinəsi təsdiq etməlidir, həm də biopsiyanın cavabına görə xərçəng diaqnozu təyin olunmalıdır. 

Nəticəyə görə ya xəstəyə şüa müalicəsi təyin olunur, ya cərrahi əməliyyata göstəriş verilir, ya da kimyaterapiya tətbiq edilir. Son zamanlar onkoloji xəstəliklərdə immunoterapiya müalicəsi də tətbiq edilir”.

Gülər Həsənli
“Cebheinfo.az”

Açar sözlər: xərçəng Fərid Museyibov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Sentyabr 2026 17:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see372

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see368

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see345

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see340

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see339

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see305

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see297

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see274

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see272

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see251

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see245

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see229

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see213

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see210

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see203

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see203

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see201

Второй день мероприятий OBS Global в ОАЭ

25 Oktyabr 2026 00:17see179

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see173

Anamla atam ailə qurmağımı istəyir

25 Oktyabr 2026 00:12see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri