Icma.az
close
up
RU
Menu

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

BMT dən dünyaya səsləndi “İnsanlığa ləkədir”

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

Ərdoğan BMT kürsüsündən çağırış etdi: Fələstini tanıyın!

Azərbaycanla Ermənistan arasında sülhdən məmnunuq Ərdoğan

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

Jurnalistlərin hansı ölkələrlə təcrübə mübadiləsi təşkil edilir? RƏSMİ CAVAB

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

Boğazı su ilə yaxalamaq FAYDALIDIR

İmran Qasımov: əsərləri də yaşayır, xatirəsi də Dilarə Adilgil yazır

İmran Qasımov: əsərləri də yaşayır, xatirəsi də Dilarə Adilgil yazır

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Dilarə ADİLGİL

Azərbaycanın Xalq yazıçısı və Əməkdar incəsənət xadimi İmran Qasımov Sovet dövrü ədəbiyyatımızda seçilən imzalardan biridir. Təlatümlü 1918-ci ildə dünyaya göz açmış İ.Qasımov ziyalı ailənin nümayəndəsi idi. Atası Haşım Qasımov Sankt-Peterburqda ali təhsil almış, anası Mələk xanım Azərbaycanın ilk mühəndis qadınlarından olmuşdu. Mələk xanım eyni zamanda ədəbiyyatı çox sevmiş, oğlunun yazıçı kimi yetişməsində müstəsna rol oynamışdı. İ.Qasımov ömrünün sonuna yaxın silsilə hekayələr yazacaq, bu hekayələri anasının xatirəsinə ithaf edəcəkdi. O, əsərlərində bioqrafiyasının bu xoş məqamını xatırlayaraq yazır: "İnşaatçılar nəslindənəm, ulu babam da, babam da, atam da inşaatçı olublar".

Ancaq o, daşdan bina tikmədi, sözdən mülk tikdi. Onun "ilk ciddi ədəbi nailiyyəti" 1937-ci ildə yazdığı "Yer altından gələn səslər" ssenarisi oldu. Əslində, neft, Bakı fəhləsinin həyatı İ.Qasımovdan əvvəl də bizim ədəbiyyatda geniş işıqlandırılmışdı. Görkəmli yazıçılar M.S.Ordubadi və M.Hüseyn bu mövzuda qiymətli sənət nümunələri yaratmış, ədəbiyyatımızda Bakı fəhləsinə heykəl ucaltmışdılar. Hətta zarafatyana belə də demək olar ki, neft, fəhlə sinfi kapitalistlərdən, burjuaziyadan da çox yazıçılar tərəfindən "istismar" edilib. Mövzu günümüzdə aktuallığını nəinki qoruyur, Xəzərdəki "Azəri-Çıraq-Günəşli" adlı neft yatağı, dünyanın məşhur neft şirkətləri ilə bağlanmış "Əsrin müqaviləsi" bu ənənənin layiqli davamını istəyir və gözləyir. Bakı fəhləsi, onun nəsillər boyu davam edən xronikası İ.Qasımov yaradıcılığının leytmotividir. Akademik B.Nəbiyev haqlı olaraq İ.Qasımovun əsərlərini "müasir Bakı fəhləsi, onun nəsillərinin estafeti haqqında dramatik salnamə" hesab edirdi.

İ.Qasımov dəniz adlanan stixiyaya yaradıcılığı boyu sadiq qalmış, onun fatehlərini vəsf etməkdən yorulmamışdı. Bu güc onu "səhnə arxasından" idarə etmiş, sənətində mühüm rol oynamış, "Xəzər dənizində şəfəq", "Mən Xəzər dənizçisiyəm", "Xəzərdə möcüzə" filmlərin ssenarisini yazdırmışdı.

Xəzər, yenə də Xəzər... Onu bəzən akvarium da adlandırırlar. Öz gücünü hara verəcəyini bilməyən depressiv su hövzəsi də deyirlər. Lakin kim hansı tərəfdən baxır və necə görür... İndi ona bir də İ.Qasımovun gözləri ilə baxaq! Xəzər mövzusu bitmir, qurtarmır, isim kimi hallanır, gedib yenə qayıdılır. Xəzər dənizi İ.Qasımov üçün əbədi ilham mənbəyi, sevincdə həmsöhbəti, kədərdə üz tutduğu təsəlli yeri idi. "Xəzər dənizçiləri haqqında dastan", "Dənizi fəth edənlər" filmlərinin ssenarisini həmkarı R.Karmenlə birgə yazmışdı. Həmin dilogiya Xəzər neftçilərini dünyada tanıdan ilk ekran əsəri oldu. İ.Qasımov müstəqil və müştərək 45 filmə ssenari yazmışdı. Üç ən məşhur filmi müharibə mövzusundadır: "Onun böyük ürəyi", "Bizim küçə", "Uzaq sahillərdə". "Bizim küçə" lirik-psixoloji dram olub II Dünya müharibəsində anasından ayrı düşmüş Sara adlı azərbaycanlı qız haqqındadır. İ.Qasımovun Mehdi Hüseynzadə şəxsiyyətinə sevgisi o qədər böyük idi ki, epizodik də olsa, öz sevimli Mixaylosunu "Bizim küçə"yə gətirib həmin vaxt Triyestdə ofisiant işləyən Sara ilə görüşdürmüşdü. Mehdinin həyatını xilas edən bu qız elə Sara Gözəlova ola bilərdi. Sara uzun axtarışdan sonra evinə dönür, onların küçəsində əsl bayram olur. Filmi seyr edərkən özünü tamaşaçı qismində deyil, hadisələrin mərkəzində hiss edirsən ki, bu da ideya ilə sənətkarlıq vəhdətinin bariz nümunəsidir. Müharibənin dəhşətlərindən ayrılmaq istəyən, ilıqlaşma dövrünə qədəm qoyan sovet adamı ekranda yalnız real hadisələri görmək istəmirdi, həm də, əylənmək, gələcəyə köklənmək arzusunda idi. "Bizim küçə"nin süjet dinamikasının fərqliliyi tamaşaçıya bu ovqatı verirdi. İ.Qasımovun mövzunu təqdimetmə istedadını da xüsusi qeyd etmək lazımdır. Film tənqidçi M.Hüseyn tərəfindən yüksək qiymətləndirilmişdi: "Bizim küçə" filminin adı ilə məzmunu arasında gözəl və üzvi vəhdət vardır. Bizim küçə həm uzun, həm də genişdir. Bizim küçənin qızğın həyatı ilə müasir dünya arasında mənalı və dərin bir əlaqə vardır".

"Onun böyük ürəyi" kinopovestində I və II Dünya müharibələri, sonrakı dinc quruculuq illəri əks olunub. Bu ümumi sinopsisdən əlavə, filmin süjet xəttini Səmayənin asan olmayan taleyi təşkil edir.

İ.Qasımovun əsərlərinə verdiyi adlar o qədər obrazlıdır ki, onun özü haqqında film çəkən rejissorlar ad axtarmaqda özlərini çətinə salmamış, hazır adlardan məmnuniyyətlə istifadə etmişlər. İ.Qasımovun həyat və yaradıcılığına həsr edilmiş sənədli filmin adı elə özünə məxsus olub "Onun böyük ürəyi" adlanır.

İ.Qasımovun ən şanslı əsərlərindən olan "İnsan məskən salır" əsasında həm "Azərbaycanfilm"də kino çəkilmiş, həm də Moskvanın məşhur "Malı" Teatrında tamaşası oynanılmışdı. Dəniz çörək verəndir, sərvətini əsirgəməyəndir. Lakin eyni zamanda da üzüdönükdür, zarafatı sevmir, bir anda qarşısında nə var qabağına qatıb dağıda bilər. Neft daşlarında işləyən Cavad qasırğada estakadanın aşması nəticəsində həlak olur. 1957-ci il 21 noyabrda Xəzərdə yüz ildə bir dəfə olan güclü və davamlı fırtına qopmuş, buruq aşması nəticəsində 22 nəfərdən ibarət briqada dənizin dibinə getmişdi. "İnsan məskən salır" əsəri "bədii ədəbiyyat real hadisələrin usta qələmlə əksinin məcmusudur" fikrini bir daha yadımıza salır.

"Ömür elə qısadır ki..." romantik komediyası da, İ.Qasımovun başqa əsərləri kimi, o da xoşbəxt taleli olmuş, ədəbiyyat və teatr tənqidçiləri tərəfindən yüksək qiymətləndirilmişdi. Yazıçının içindəki insan sevgisi ağ-qara deyil, ona verdiyi əbədi dəyər təbiətin 7 rəngi ilə süslənmişdi. Bu sevgi sonralar onunla bərabər addımlayıb yaradıcılığının təməl daşına çevrilir. İ.Qasımovun xatirəsinə həsr edilən sənədli film də "Ömür elə qısadır ki..." adlanır. Bu film də onun öz əsərinin adını daşıyır.

1972-ci ildə İ.Qasımov "Nağıl başlananda" pyesini yazır. Əsər Akademik Dram Teatrında T.Kazımovun quruluşunda səhnəyə qoyulur və 1972-73-cü il teatr mövsümünün aparıcı tamaşalarından birinə çevrilir. "Pyesin əşxası cəmi üç nəfərdən ibarətdir, üçü də konfliktin müsbət qütbündə dayanmışdır" (Arif Səfiyev) və əsərdə bu surətlərə müxalif personaj yoxdur. Eyni tələblərlə, lakin məhdud iştirakçı ilə pyes yazmaq çətindir, amma eksperimentlər də mümkündür. "Nağıl başlananda" adı qədər gözəl kiçik pyesdir. Bu əsər də göstərdi ki, yazıçının dramaturgiyasında insan amili, onun mündəricəsi əsas konsepsiya kimi götürülür.

Çingiz Aytmatov İ.Qasımovun səhnə yaradıcılığını yüksək qiymətləndirmiş, onu "Azərbaycan teatrının adası" adlandırmışdı. İ.Qasımovu hər mənada "öz dövrünün vətəndaşı" hesab edərək hər zaman onun "bəşəri ədəbiyyat və incəsənət haqqındakı düşüncələrinə heyranlıqla" yanaşmışdı. Oğlanlarının İ.Qasımovu kumir kimi gördüyünü, bu avtoritetin sarsılmazlığını yazdığı məktublarda qeyd etməklə, dostunun şəxsiyyətinə necə dəyər verdiyini bir daha bildirmişdi. Xalq yazıçısı Anar da İ.Qasımovun yaradıcılığına yüksək qiymət verib, əsərlərində təbliğ etdiyi humanizmi, insan sevgisini xüsusilə vurğulayıb: "İmran Qasımov istedadlı sənətkar idi, amma onun ən böyük istedadı, məncə, insanlıq istedadı idi". Və bu ali statusu İ.Qasımov bütün şüurlu həyatı boyu şərəflə daşımışdır. "İmran müəllimi erkən itirməyin böyük bədbəxtlik" olduğunu deyən Anar, onu "mürəkkəb situasiyalardan böyük insanlıq istedadını saxlayaraq, ləyaqətini və mənliyini qoruyaraq keçə bildi"yi üçün ehtiram və rəhmətlə anır. Dövrümüzün daha bir Xalq yazıçısı Elçin vxtilə İ.Qasımov qədər "insanlara kömək edən, onların qulluğunda duran" ikinci bir adam tanımadığını söyləmişdi. O qədər ki, "Ümummilli liderimiz Heydər Əliyevlə dost münasibətindən həmişə ədəbiyyat adamlarının xeyrinə bir iş görməyə çalışardı".

İmran Qasımov "İllər keçir" romanını, "Dəniz cəsurları sevir", "Sən nə üçün yaşayırsan" pyeslərini, "Uzaq sahillərdə" povestini H.Seyidbəyli ilə həmmüəllif olaraq işləmişdi. Belə uğurlu tandem nümunələri dünya ədəbiyyatında bəs qədərdir: Qrimm qardaşları, Vayner qardaşları, İlf və Petrov, Arkadi və Boris Struqaskilər və başqaları. İ.Qasımov və H.Seyidbəyli imzaları bu sıranı ən layiqli şəkildə artırır. Bu işin öz çətinlikləri olsa da, onlar bir-birini tamamlayıb təkmilləşdirdilər, üslub, dil və sair fərqi hiss olunmadı. Dediklərimizin bariz nümunəsi isə hər ikisinin şah əsəri olan "Uzaq sahillərdə" povestidir. Bu əsər Azərbaycan xalqının igid oğlu M.Hüseynzadənin İtaliya və Yuqoslaviyada alman-faşistlərinə qarşı apardığı partizan müharibəsinə həsr edilmişdi. İ.Qasımov və H.Seyidbəyli "Uzaq sahillərdə" povesti ilə 26 yaşında həlak olan qəhrəmanın adını əbədiləşdirmiş, Mehdini tanımayana da tanıtmışdılar. Əsər xəfiyyə janrına bənzəyən tərzdə başlayıb, "indi bitər" həyəcanı ilə davam edir və əsl qəhrəmanlıq povesti kimi sona çatır. "Uzaq sahillərdə" sovet məkanına meteor kimi daxil oldu. Filmin gecə çəkilişləri zamanı camaat Bakıda səhərə qədər yatmırdı. Onun şöhrətini başqa bir əsərimiz təkrar edibmi, demək çətindir. Evə yazdığı məktubunda peyğəmbərcəsinə "mənim barəmdə eşidərsiniz" deyən Mehdinin şərəfli adını duymayan qalmadı. Bu film dünyanın 100-dən çox ölkəsində nümayiş etdirildi. Əlbəttə, kinematoqrafın "qolları" uzun, imkanları qat-qat genişdir. Yazıçı təxəyyülündə xüsusi effektlərə məhdudiyyət də qoyulmur. Kino dili sürətlidir, yolu kəsmə, əks-sədası böyükdür. Hərbi-macəra janrı da marağı artırırdı. "Azərbaycanfilm"dən sonra SSRİ-də kəşfiyyatçılar haqqında ssenarilər yazılmağa, hətta, çoxseriyalı filmlər çəkilməyə başlandı (Məsələn, "Baharın on yeddi anı"). "Uzaq sahillərdə" SSRİ-də kəşfiyyatçı haqqında çəkilən ikinci film, partizan Mixaylo da ilk qaranquşlardan idi. Qəhrəmanın bacısı oğlu, dayısının şərəfinə adlandırılmış Mehdi Əzizbəyov danışırdı ki, anam və xalam heç vaxt "Uzaq sahillərdə" filminin sonuna baxa bilmirdilər. Film cümlə-cümlə, sözbəsöz məişətimizdə yer alıb. "Uzaq sahillərdə" 1950-ci illərdə lentə alınmış ilk və yeganə ekran əsəridir ki, filmdə ümumiyyətlə Sovet İttifaqının adı çəkilmir" (K.Qasımov). Mehdi məhz azərbaycanlı oğlu, Azərbaycan qəhrəmanı kimi təqdim edilir.

(Ardı var)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Sentyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see196

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see196

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see177

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see145

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see144

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see143

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see140

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see138

BMT dən dünyaya səsləndi “İnsanlığa ləkədir”

23 Sentyabr 2025 20:29see132

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see132

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see129

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see126

Qarabağ ın rəqibinin Çempionlar Liqası heyətində dəyişiklik ediləcək

24 Sentyabr 2025 21:50see124

Torpaq sahəsi almaq istəyənlərin NƏZƏRİNƏ: Hərrac keçiriləcək

24 Sentyabr 2025 20:24see124

Ərdoğan BMT kürsüsündən çağırış etdi: Fələstini tanıyın!

23 Sentyabr 2025 20:23see124

Azərbaycanla Ermənistan arasında sülhdən məmnunuq Ərdoğan

23 Sentyabr 2025 20:05see124

Pul gözlənilmədən gələcək: Sentyabrın sonuna qədər varlana biləcək BÜRCLƏR

25 Sentyabr 2025 00:05see123

Jurnalistlərin hansı ölkələrlə təcrübə mübadiləsi təşkil edilir? RƏSMİ CAVAB

23 Sentyabr 2025 18:40see123

“Rebuild Karabakh” Hakatonu Gələcəyin şəhərlərini birlikdə quraq!

25 Sentyabr 2025 11:53see122

Boğazı su ilə yaxalamaq FAYDALIDIR

23 Sentyabr 2025 20:18see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri