İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Pakistanın sabiq Baş naziri İmran Xan xəstəxanada müayinə olunduqdan sonra həbsxanaya qaytarılıb.
Bakıvaxtı.az xəbər verir ki, onun oftalmoloq, kardioloq və terapevt tərəfindən müayinə olunduğu və səhhəti ilə bağlı vəziyyətinin qaydasında olduğu bildirilib.
İmran Xan müayinə başa çatdıqdan sonra həbsxanaya qaytarılıb.
Məlumata görə, keçmiş Baş nazirin müayinəsi Pakistan Tibbi Elmlər İnstitutunda “Şifa” beynəlxalq xəstəxanasının həkimlərinin iştirakı ilə aparılıb.
Qeyd edək ki, bundan əvvəl Pakistan Ali Məhkəməsi İmran Xanın müvəqqəti olaraq xəstəxanada saxlanılması ilə bağlı qərar qəbul edib.
73 yaşlı keçmiş Baş nazirin övladları atalarının səhhətinin getdikcə pisləşdiyini və sağ gözünün görmə qabiliyyətinin ciddi dərəcədə zəiflədiyini bildirirlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:88
Bu xəbər 21 Avqust 2026 14:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















