İmtahan kimi toy keçirəcəklər: Hamının telefonu yığılacaq
Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Məşhur müğənni Teylor Svift və amerikalı futbolçu Trevis Kelsinin bu həftə baş tutacaq toyu haqda yeni məlumatlar yayılıb.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cütlüyün toyu iyulun 3-də Nyu-Yorkdakı "Madison Square Garden"də keçiriləcək.
Toyun qonaqları üçün qara dreskod müəyyən edilib. Bununla yanaşı onlardan rəsmi libasda iştirak etmələri tələb olunub.
Mənbənin sözlərinə görə, toyda ən sərt qaydalardan biri mobil telefonla bağlı olacaq. Belə ki, qonaqlar məkana daxil olarkən telefonlarını xüsusi qaydada təhvil verməli olacaqlar və mərasim zamanı çəkiliş aparılmasına icazə verilməyəcək.
Toya 500-dən çox qonağın qatılacağı gözlənilir. Dəvətlilər arasında Ed Şiran, Zoi Kravits, Cek Antonoff və Stivi Niks kimi tanınmış simaların da olacağı iddia edilir.
Bununla yanaşı, qonaqlardan hədiyyə gətirməmələri də xahiş olunub.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 İyul 2026 03:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















