Icma.az
close
up
RU
İmtahan, imtahan, yenə də imtahan... FELYETON

İmtahan, imtahan, yenə də imtahan... FELYETON

Ses qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

-Molla əmi, imtahan nədən yanadır?

-Nədən yana olacaq, ay bala, adamın biliyini göstərməsindən yana.

-Ay Molla əmi, bir insan ömründə neçə dəfə imtahan verməlidir?

Molla əmi fikirləşir. Aradan xeyli vaxt keçir, elə hey fikirləşir.

-Ay Molla əmi, nə oldu?

Molla əmi susur. Şəhadət barmağını gicgahının üzərinə qoyub gözlərini yumur, dərin bir nəfəs alır. Birdən gözlərini açıb ətrafı yaxşıca süzür və deyir:

-İmtahan var, imtahan da... Təhsil almaq istəyəndə hökmən verməlisən. Bir də Allah qarşısında imtahan var.

-Yox, Molla əmi, Allah qarşısındakı imtahanı bura qatmayaq. Gəl, hələlik elə təhsildəki imtahandan danışaq. Bax, sizin vaxtınızda nə məktəb vardı, nə də təhsil. “Molla Nəsrəddin” camaatın maariflənməsi yolunda canını qoydu, elədirmi?

-Əlbəttə, elədir.

-Sonra da ölkəmiz başdan-başa məktəblərlə doldu. Uşaqlarımız məktəblərə getdi, təhsil aldı. Universitetlər, institutlar, texnikum, kolleclər yaradıldı. Təhsil alanların sayı hər il artdı. Və biz ziyalı bir cəmiyyəti formalaşdıra bildik. Sonra nə oldu, bilirsən?

-Nə oldu, bala?

-O oldu ki, bizim insanları imtahan etməkdən o qədər xoşumuz gəldi ki, başladıq onları işləmək üçün də imtahan etməyə...

-Bıy, başıma xeyir. Məgər onları darelfunlara götürəndə imtahan etməmişdiniz?

-Əlbəttə, etmişdik.

-Bəs iş üçün nə imtahan?

-Nə bilim, Molla əmi, elə bunu səndən soruşmaq istəyirəm də.

-Ay bala, onda belə çıxır ki, sizin özünüzün özünüzə inamı yoxdur.

-Ola bilər, özümüzə inanmayaq?

-Niyə olmur ki. Bəs yaxşı, bundan imtahan götürüb darelfuna qəbul etmişiniz, bəs

işləmək üçün nə imtahan? Belə çıxır ki, siz nə özünüzə inanırsınız, nə də təhsilinizə.

***

Söhbətin bu yerində ağsaqqal Hüseyn müəllim bizə yaxınlaşdı. Söhbətdən halı olar-olmaz kişinin dərdi açıldı. Üzünü Molla əmiyə tutub:

-Ay qardaş, 60 yaşım var, məktəbdə uzun illərdir ki, işləyirəm. Məni hər il aparıb dərs dediyim uşaqlarla birlikdə imtahana salırlar, sertifikasiya imtahanıdır, deyirlər. O günü imtahanda gənc müəllimlərdən biri mənə nə desə yaxşıdır? Ay Hüseyn müəllim, nə qədər imtahan olar? Bunlar bizdən nə istəyirlər?

Ta heç nə demədim. Yadıma gölə su içməyə gələn maralla qurbağanın söhbəti düşdü. Qurbağa marala deyir ki, bu ovçu sən maraldan, mən maraldan nə istəyir? Maral da deyir ki, qurbağa, ovçunun oxu məni öldürməzdi, sənin bu sözün məni məhv etdi.

Bu söhbətdən necə əsəbiləşdimsə, dedim ki, Lenin “oxumaq, oxumaq, yenə də oxumaq” deyə bilirdi, biz imtahan, imtahan, yenə də imtahan keçirə bilmirik?

Mətanət Məmmədova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 01 May 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see452

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see417

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see330

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see311

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see279

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see278

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see270

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see265

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see262

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see254

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see253

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see235

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see220

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see217

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see213

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see210

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see210

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see204

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see202

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri