Icma.az
close
up
RU
İmtahan şəbəkəsi DİM in suallarını necə əldə edib? Ekspert: Abituriyent sualı pıçıltı ilə səsləndirdikdə...

İmtahan şəbəkəsi DİM in suallarını necə əldə edib? Ekspert: Abituriyent sualı pıçıltı ilə səsləndirdikdə...

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Son zamanlar qəbul imtahanlarında saxtakarlıq və qanunsuz müdaxilə halları ilə bağlı ictimaiyyətə açıqlanan məlumatlar, bu sahədə ciddi nəzarət və qabaqlayıcı tədbirlərin zəruriliyini bir daha gündəmə gətirir.

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Ramin Nurəliyev bildirdi ki, bu məsələ əslində Dövlət İmtahan Mərkəzinin (DIM) qəbul imtahanlarında imtahan qaydalarını pozan fərdi şəxslərlə bağlı deyil. Onun sözlərinə görə, söhbət daha geniş və təşkilatlanmış bir cinayətkar şəbəkədən gedir:

“Məlum olub ki, əvvəlcədən planlaşdırılmış bu şəbəkə qəbul imtahanlarına müdaxilə məqsədilə fəaliyyət göstərib. Onlar bəzi abituriyentlərin köçürməsinə kömək etmək üçün xüsusi texniki vasitələrdən, o cümlədən dinləyici rabitə sistemlərindən istifadə ediblər. Bu rabitə vasitələri imtahan zallarına gizli şəkildə ötürülür və xaricdən idarə olunaraq abituriyentlərə cavabların çatdırılmasına şərait yaradılırdı. Həmin şəbəkə ilə yanaşı, imtahan nəticələrinin guya dəyişdirilməsi, balların artırılması ilə bağlı sosial şəbəkələrdə yalan məlumatlar yayan və valideynləri, abituriyentləri aldadaraq pullarını mənimsəyən başqa qruplar da fəaliyyət göstərirdi. Bu fırıldaqçılıq halları Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ifşa edilib və bir sıra şəxslər məsuliyyətə cəlb olunub”.

Nurəliyev qeyd etdi ki, DİM bu istiqamətdə qabaqlayıcı tədbirlərin həyata keçirilməsi üçün müvafiq qurumlara müraciət edib və Dövlət Təhlükəsizliyi Xidməti ilə əməkdaşlıq çərçivəsində xüsusi əməliyyatlar həyata keçirilib:

“Bu əməliyyat nəticəsində imtahan prosesinə texniki müdaxilə edən komanda ifşa olunub. Məlum olub ki, bu şəbəkələr tərəfindən istifadə edilən cihazlar arasında qulağın iç hissəsinə yerləşdirilən, xaricdən idarə edilən xüsusi mikroqulaqcıqlar da olub. Abituriyent sualı pıçıltı ilə səsləndirdikdə, xaricdəki şəxs sualı dinləyərək cavabı abituriyentə ötürürdü və o da cavabı kodlaşdıraraq cavab vərəqində qeyd edirdi".

Ekspert həmçinin bildirdi ki, digər bir təhlükə isə sosial şəbəkələrdə yayılan və imtahan nəticələrinin dəyişdirilməsi və ya balların artırılması ilə bağlı vədlər verən saxta reklam və videolardır.

"Bu yalan məlumatlarla valideynlərin psixoloji vəziyyətindən istifadə olunur, onlara ümid verilir və nəticədə pulları mənimsənilir. Halbuki Dövlət İmtahan Mərkəzinin sisteminə kənar müdaxilə texniki cəhətdən mümkün deyil. Mən düşünürəm ki, bu cür halların qarşısının alınması üçün həm hüquq-mühafizə orqanları, həm də ictimaiyyət birgə fəaliyyət göstərməlidir. Ümid edirik ki, yaxın gələcəkdə bu cür şəbəkələrin tam ifşa olunması ilə bağlı daha geniş məlumatlar ictimaiyyətə təqdim ediləcək”,- deyə R.Nurəliyev sonda vurğuladı.

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 31 İyul 2025 12:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see155

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see151

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see150

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see148

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see142

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see137

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see137

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see137

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see135

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see134

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see132

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see130

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri