Icma.az
close
up
RU
Dövlət İmtahan Mərkəzi ekspert abituriyent üçbucağı... Qəbul imtahanlarının sualları yumşaldılmalıdır

Dövlət İmtahan Mərkəzi ekspert abituriyent üçbucağı... Qəbul imtahanlarının sualları yumşaldılmalıdır

Bizimyol saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ötən həftələrdə Dövlət İmtahan Mərkəzi tərəfindən ali təhsil müəssisələrinə qəbul olmaq üçün ikinci və üçüncü ixtisas qruplarında növbəti imtahanlar keçirildi. İmtahanlarda, ümumilikdə 54 mindən çox abituriyent iştirak edib. Amma təhsil ekspertləri də daxil hamı imtahanda tarix fənnindəki sualların orta məktəb təhsil səviyəsindən yüksək olduğunu bildirib. Abituriyentlər isə düşünür ki, “Əgər mən regionşünaslığı, xarici dilləri, sosial işi və s. sahələri seçirəmsə, tarix fənnindən təqdim edilmiş olimpiada səviyyəsində sualların cavabını bilmək məcburiyyətində deyiləm”.

Bu arada qarşıma bir xəbər çıxdı: “DİM sədri deyir ki, sualların çətinliyini müzakirə edən ekspertlərin nə qədər bal yığdığı da məlumdur”...

Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri, fəlsəfə doktoru İlqar Orucov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, sualların çətinliyi ilə bağlı yenidən müzakirələr yer almaqdadır və ölkəmizdə keçirilən imtahan suallarının çətinliyi ilə bağlı müzakirələr bitmir.

İlqar Orucov

“Bunu ekspertlər də deyir. Hərçənd ki, Dövlət İmtahan Mərkəzi ekspertlərə bu sahədə danışmağa, ümumiyyətlə, dırnaqarası qadağa qoyub. Hesab edirəm ki, hansısa bir prosesi müzakirə etmək və həlli üzrə fikir bildirmək faydalıdır. Hansısa problemlər və ya çatışmamazlıqlar varsa, hansısa prosesdə müsbət məqamlar varsa, təbii ki, onlar dilə gətirilməlidir və müzakirə olunmalıdır. Dövlət İmtahan Mərkəzinin fəaliyyətindəki şəffaflığa çox böyük hörmətlə yanaşıram. Amma ümumiyyətlə, ölkəmizdə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarının yumşaldılmasının tərəfdarıyam”-deyə İlqar Orucov bildirib.

İlqar Orucov vurğulayıb ki, Dövlət İmtahan Mərkəzi sualların orta məktəb proqramı çərçivəsində tərtib olunduğunu iddia edir.

“Reallıq ondan ibarətdir ki, biz əvvəlki illərdə keçirilən imtahanlarda da bunu görmüşük. Bu il keçirilən imtahanlarda da bunu müşahidə etmişik ki, suallar yumşalmır və sualların yumşaldılması istiqamətində işlər görülmür. Bu da ölkədə repetitorluq institutunun geniş yayılmasına gətirib çıxarır. Ailə büdcələrinə böyük zərbə vurur, məktəbin nüfuzunu aşağı salır. Eyni zamanda imtahana hazırlaşan abituriyentlərin repetitor xidmətindən dəstək almadan ali təhsil müəssisələrinə qəbul olmaq şansları kifayət qədər aşağı olur. Bu istiqamətdə təkmilləşmələrə və müzakirələrə ehtiyac var. Bu istiqamətdə nəyisə yaxşılaşmağına doğru sövq etmək mümkündürsə, edilməlidir. Bütün hallarda həm Dövlət İmtahan Mərkəzi, həm də Elm və Təhsil Nazirliyi bu istiqamətdə birgə çalışmalıdır”-deyə İlqar Orucov bildirib.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 21 İyun 2025 15:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri