Icma.az
close
up
RU
İmtahan testlərindən Rusiya imperiyasına qarşı mübarizə ilə bağlı suallar çıxarıldı...

İmtahan testlərindən Rusiya imperiyasına qarşı mübarizə ilə bağlı suallar çıxarıldı...

Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gürcüstanda 2025-ci il üçün Vahid Milli İmtahanlar (VMİ) proqramına dəyişikliklərlə bağlı qalmaqal yaşanır.

Moderator.az-ın "Newsgeorgia" portalına istinadla verdiyi xəbərdə deyilir ki, təhsil, elm və gənclər naziri Aleksandr Tsuladzenin qərarına əsasən, 19-cu əsrin birinci yarısında çarizmə qarşı üsyanlar, Gürcüstanın Rusiya imperiyası tərəfindən ilhaqına və dövlətçiliyinin ləğvinə cavab olan əsas hadisələrlə bağlı suallar tarix imtahanı testlərindən çıxarılıb. Onlar milli kimliyin formalaşmasında mühüm rol oynamış və müstəqillik uğrunda mübarizə aparan nəsilləri ruhlandırmışlar.

Dəyişikliklər akademik ictimaiyyətin qəzəbinə səbəb olub. Tarixçi Temo Papaskiri onları siyasi motivli adlandırıb.

“Bu gün rejim o qədər anti-gürcü və o qədər rusiyapərəstdir ki, bu, onların bütün bu müddət ərzində həyata keçirdikləri rusiyayönlü siyasətin praktiki olaraq davamıdır”,- deyə o, "TV Pirveli"-yə verdiyi şərhdə bildirib.

Gürcü dili və ədəbiyyatı proqramında da kəskin  kəsilmələr olub. Sınaq  testlərindən çıxarılan əsərlər arasında Aleksandr Kazbeqinin “Hevisberi Qoça” hekayəsi, İlya Çavçavadzenin “Xoşbəxt millət” və Aleksandr Çavçavadzenin “Qoqça” şeirləri, Vaja-Pşavelanın “Baxtrioni” poeması, dissident Paolo İaşvilinin, Nikoloz Barataşvilinin poeziyası, Sulxan-Saba Orbelianinin bəzi  pritçaları,  Akaki Tsereteli və Polikarpe Kakabadzenin əsərləri də var.

Gürcüstanın müxalif prezidenti Salome Zurabişvili əmindir ki, dəyişikliklər milli vətənpərvərlik ideyalarını sıxışdırmağa yönəlmiş dövlət siyasətinin əksidir.

“2025-ci il proqramının siyahısından İlyanın “Xoşbəxt millət”, “Zahid”, “Cavaba cavab”, “Kabus” və “Otarovun dul arvadı” çıxarılanda, Paolo İaşvili və Polikarpe Kakabadzenin əsərləri və ya “ Vajanın "Vətənpərvərlik və kosmopolitizm" əsəri tamamilə çıxarılanda "təhsil" sistemini və müvafiq olaraq dövləti hansı milli və vətənpərvərlik ideyalarının idarə etdiyi aydın olur",  - deyə Zurabişvila "Facebook" səhifəsində yazıb.

Gürcüstan Təhsil Nazirliyindən cavab:

Təhsil Nazirliyi dəyişikliklərin abituriyentlərin maraqlarına uyğun olduğunu bildirib. İdarə iddia edir ki, indi imtahan testləri yalnız icbari məktəb proqramını əhatə edir.

“Tədris proqramı dəyişməyib, heç bir əsər proqramdan çıxarılmayıb. Yeni VMİ proqramı yalnız milli proqramda nəzərdə tutulan icbari ədəbiyyatlar əsasında hazırlanıb”, -  açıqlamada belə deyilir.

Təhsil Nazirliyindən o da  bildirilib ki, ekspertlər cəlb edilməklə tələb olunan ədəbiyyatların siyahısına yenidən baxılır. Nazirlik imtahan planında çatışmayan işlərin, həmçinin “abituriyentlər arasında milli vətənpərvərlik dəyərlərinin daha da formalaşmasına töhfə verəcək bütün işlərin” əlavə edilməsini təklif edəcəyinə söz verib...

S.Laçın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:95
embedMənbə:https://moderator.az
archiveBu xəbər 28 Noyabr 2024 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see289

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see195

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see187

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see185

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see181

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see174

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see167

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see153

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see148

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see146

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see143

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see138

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see137

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see137

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see134

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri