Icma.az
close
up
RU
“İmtahanda haqsızlığa uğradıq” Tələbələr DİM ə qarşı

“İmtahanda haqsızlığa uğradıq” Tələbələr DİM ə qarşı

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il mayın 4-də Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş rezidenturaya qəbul imtahanında iştirak etmiş namizədlər təqdim olunan test tapşırıqlarından birinin əsassız və texniki baxımdan qüsurlu olduğunu iddia edirlər. 

Milli.Az xəbər verir ki, bu şikayətlə "qafqazinfo"ya həmin imtahanda iştirak edən bir qrup tələbə müraciət edib. 

Onların sözlərinə görə, sual çaşqınlıq yaradıb, tələbələr düzgün cavablar arasında seçim edə bilməyiblər: "İmtahanın Müalicə işi B variantında təqdim olunmuş 64 nömrəli və A variantında təqdim olunmuş 62 nömrəli, Stomatoloji fakültə üzrə 72 nömrəli test tapşırıqlarının (meyit ləkələrinin imbibisiya mərhələsi ilə bağlı) elmi əsaslara və texniki normalara uyğun olmadığını və bu səbəbdən imtahan iştirakçılarının hüquqlarını pozduğunu hesab edirik. Məsələn, bizə sual belə təqdim edilmişdi:

"İmbibisiya mərhələsi üçün doğru mülahizələri seçin:

1.Tünd bənövşəyi ləkələr olur

2. Gecikmiş ləkələrdir

3. 12-15 saat sonra əmələ gəlir

4. Çəhrayı rəngli ləkələr olur

5. Barmaqla basdıqda iz qalır

DİM tərəfindən düzgün cavab kimi "4. Çəhrayı rəngli ləkələr olur" variantı qəbul edilib. Lakin bu cavab nə beynəlxalq tibbi ədəbiyyatda, nə də yerli elmi mənbələrdə meyit ləkələrinin imbibisiya mərhələsi üçün xarakterik rəng kimi göstərilir. Bu cavab həm elmi, həm də texniki baxımdan əsassızdır. 

Tanınmış beynəlxalq və yerli mənbələrdə çəhrayı və ya "cherry-red" rəngli ləkələr isə əsasən karbonmonoksid (CO) qazı ilə zəhərlənmə zamanı, sianid intoksikasiyası və aşağı temperatur kimi spesifik hallarda müşahidə olunur. Sualda isə ölüm səbəbi, şəraiti və konteksti barədə heç bir məlumat verilməyib".

Tələbələr düşünür ki, test tapşırığında "imbibisiya mərhələsi üçün doğru mülahizələri seçin" ifadəsi texniki baxımdan qüsurludur və cavab variantları arasında həm 1-ci ("Tünd bənövşəyi ləkələr olur"), həm də 4-cü ("Çəhrayı rəngli ləkələr olur") variantlarının elmi mənbələrdə fərqli hallarda təsdiqləndiyi görünür. Namizədlər qeyd edirlər ki, bu isə cavabların çoxlu interpretasiyaya açıq olduğunu göstərir: "Qaydalara əsasən, çoxseçimli test tapşırıqlarında yalnız bir düzgün cavab variantı təqdim olunur və bir neçə cavabın eyni anda düzgün ola biləcəyi hallar texniki qüsur hesab olunur. Bu baxımdan, 1 və 4-cü cavabların eyni anda elmi əsaslarla doğru ola bilməsi, lakin testin formatı və DİM-in prinsipləri üzrə yalnız bir düzgün cavabın qəbul edilməsinin tələb olunması, sualın texniki cəhətdən qüsurlu olduğunu və qiymətləndirmədən çıxarılmalı olduğunu göstərir. Həmçinin yerli dərsliklərdə təqdim olunan məlumatlar DİM-in cavab versiyası ilə ziddiyyət təşkil edir. DİM-in "Patoloji Anatomiya" dərsliyində açıq çıhrayı yazılmasının heç bir elmi əsası yoxdur. Qaydalara əsasən, eyni mövzu üzrə rəsmi mənbələr arasında fikir ayrılığı olduqda, sual nəticələrə təsir etmədən etibarsız elan edilir.

DİM-in fəaliyyətinə və təşkil etdiyi imtahanlara etibar edən, uzun illər əziyyət çəkərək hazırlaşmış, yüksək bilik və savad nümayiş etdirən iştirakçılar olaraq biz bu müraciəti təkcə bir sual üzərindən deyil, daha ciddi bir prinsipin qorunması məqsədilə edirik". 

Tələbələr sözügedən problemlə bağlı imtahanın obyektivliyinin və şəffaflığının təmin edilməsi məqsədilə 64 nömrəli test sualının etibarsız hesab edilərək qiymətləndirmədən çıxarılmasını, nəticələrin sual çıxarılmaqla yenidən hesablanması və iştirakçıların xeyrinə tətbiqini tələb ediblər. 

Problemlə bağlı DİM-ə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, rezidenturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqları Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin iştirakı ilə hazırlanan və universitetin rəhbərliyi tərəfindən təsdiq olunan rezidenturaya qəbul proqramları əsasında tərtib olunur: "Hər proqramın sonunda test tapşırıqlarının tərtibi zamanı istifadə olunan ədəbiyyat mənbələri göstərilir. Qəbul proqramları ilin əvvəlində 1 və 2 nömrəli "Rezidentura" jurnallarında nəşr olunaraq ictimaiyyətə təqdim edilir. Rezidenturaya qəbul imtahanlarında istifadə olunan test tapşırıqlarının ekspertizası prosesində yalnız qəbul proqramlarının sonunda verilən ədəbiyyat mənbələrinə istinad edilir, proqramdan kənar dərslik və vəsaitlər əsas kimi qəbul edilmir. 

Məlumat üçün bildiririk ki, sözügedən test tapşırığı seçim (2 doğru bəndin seçilməsini) tələb edən test tapşırığıdır və çətinlik dərəcəsinə görə mürəkkəbdir. Test tapşırığının Azərbaycan Tibb Universitetinin müvafiq kafedrasının əməkdaşları tərəfindən təkrar ekspertizası aparılıb. Test tapşırığı rezidenturaya qəbul imtahanı proqramlarında namizədlərə təqdim edilmiş ədəbiyyat mənbələrində tam olaraq öz əksini tapıb. Təqdim edilən ədəbiyyat mənbələri arasında bu mövzu ilə əlaqədar ziddiyyətli məlumatlar yoxdur. 

Sözügedən test tapşırığı elmi-metodik və testoloji baxımdan düzgündür".

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:25
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 11 İyun 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qubernator Trampa qarşı birlik yaradacaq

11 İyun 2025 09:01see145

Mançester Siti Şerkini transfer etdiyini açıqladı

11 İyun 2025 06:45see141

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bəzi qanunlarda əsaslı dəyişiklər edib. KONKRET

10 İyun 2025 20:21see131

“Sabah” macarlarla əməkdaşlığa başladı

10 İyun 2025 21:09see126

Çirklənmiş kondisioner pnevmoniyaya səbəb ola bilər

11 İyun 2025 03:43see125

Trabzonspor dan BƏƏ yə yollandı

11 İyun 2025 00:27see122

ABŞ dan şok: İranı vurmaq üçün Trampa təklif verildi

10 İyun 2025 23:46see122

Turistlər ən gözəl yerlərdə gecələmək üçün pul ödəməli olacaqlar..?

10 İyun 2025 20:13see122

Bu 6 peşədə işləyənlər diqqətli olsun Xərçəng riskini artırır

11 İyun 2025 22:00see121

Alimlər vulkanların ən təhlükəli püskürmələrini proqnozlaşdırmağı öyrəndi

10 İyun 2025 23:32see121

Ukrayna Rusiyayla yeni əsir mübadiləsi planlaşdırır

10 İyun 2025 20:09see119

Türkan Gündüzün qətli: dəhşətli təfərrüat HƏSSAS GÖRÜNTÜ

10 İyun 2025 22:01see118

COP29 haqqında danışarkən onun həqiqətən də uğurlu olduğunu qeyd etməliyik

10 İyun 2025 22:27see115

Kreml Bakının tələbindən yayınmaq üçün buna əl atdı

11 İyun 2025 10:39see114

Anons verildi: Bu ölkə ilə mühüm müzakirələr gedir Yaxın gələcəkdə...

10 İyun 2025 20:01see114

Ad və soyadlarda dəyişiklik etmək üçün nə edilməlidir? AÇIQLAMA

10 İyun 2025 22:34see113

Rusiya sözün həqiqi mənasında başını itirib

11 İyun 2025 06:36see112

Baqajına görə təyyarəyə buraxılmadı: Tələb şoka saldı

11 İyun 2025 00:41see112

Finlandiya Polşa matçı yarımçıq dayandırılıb

11 İyun 2025 01:00see112

Gəncədə minik maşınları toqquşub

11 İyun 2025 00:22see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri