Icma.az
close
up
RU
DİM imtahanda səhvə yol verib

DİM imtahanda səhvə yol verib

Icma.az, Metbuat portalına istinadən məlumat verir.

"Aprelin 13-də keçirilmiş 9-cu sinif buraxılış imtahanı bir daha göstərdi ki, Dövlət İmtahan Mərkəzi (DİM) artıq imtahan təşkil etmək keyfiyyətini ciddi şəkildə itirmək üzrədir. Çoxları üçün bu imtahan adi görünə bilər, amma kollecə qəbul olmaq istəyənlər, hərbi liseyə hazırlaşanlar, fərqlənmə attestatı almaq istəyənlər üçün bu – təyinedicidir, taleyüklü bir mərhələdir. Təəssüf ki, bu məsuliyyət şagirdlər və onların valideynləri üçün nə qədər ciddi olsa da, DİM üçün sadəcə texniki bir gün kimi görünür".

Metbuat.az xəbər verir ki, bu fikirləri təhsil eksperti Kamran Əsədov sosial media hesabında yazıb.

Onun sözlərinə görə, imtahanın keçirilməsi zamanı baş verən texniki və təşkilati qüsurlar, xüsusilə xarici dil fənni üzrə dinləyib-anlama bölməsindəki xaos bu qurumun əvəzolunmaz olduğunu iddia etdiyi sistemə və gənc nəsillə davranışına necə səthi yanaşdığını üzə çıxarıb:

"İmtahan modeli aydın şəkildə göstərir ki, dinləmə mətni əsasında ümumilikdə 4 test tapşırığı cavablandırılmalıdır. Bu, həm imtahan strukturunda, həm sınaq materiallarında, həm də əvvəlki illərin DİM nümunə testlərində açıq şəkildə göstərilib. Lakin imtahan zamanı mətni iki dəfə dinlətdikdən sonra, nəzarətçi tərəfindən elan olunub ki, şagirdlər dinləməyə əsasən 6 suala cavab verməlidirlər. Bu, tamamilə absurddur. Çünki yalnız 4 dinləmə sualı təqdim olunub, amma şagirdlərdən 5-ci, 6-cı suallara da “mətndən yadlarında qalanlara əsasən cavab vermək” tələb olunub. 13-14 yaşlı şagirdlərin gözündə bu çaşqınlıq panikaya səbəb olub. Onlar səsli mətndən istifadə edərək olmayan suallara cavab tapmağa çalışıblar. Bu isə psixoloji stres, konsentrasiya itkisi və nəticədə ümumi cavab keyfiyyətinin aşağı düşməsi ilə nəticələnib. Bu, artıq sadə texniki yanlışlıq deyil, səhlənkarlıq, məsuliyyətsizlik və kobud peşəkar etikasızlıqdır. DİM-in əsas funksiyası imtahanı ədalətli, şəffaf və psixoloji baxımdan sabit şəkildə keçirməkdirsə, bu hadisə həmin funksiyanın tam şəkildə pozulduğunu göstərir".

K.Əsədov qeyd edib ki, DİM imtahanda istifadə etdiyi avadanlıqları ötən həftə 11-ci sinif imtahanından sonra dəyişmək əvəzinə, eyni sistemlə 9-cu sinif imtahanına gətirərək sadəcə xərcə düşməmək üçün uşaqları riskə atıb. Yəni büdcəni qorumaq üçün uşaq psixologiyası qurban verilib:

"Daha acınacaqlısı isə odur ki, DİM-in nə rəsmi açıqlaması var, nə də bu səhvin məsuliyyətini üzərinə götürəcək şəffaf mexanizmi. Əgər bu cür səhvi şagird etsəydi, dərhal cavabları “4 səhv 1 düzü aparır” prinsipi ilə ləğv edilərdi. Amma DİM eyni səhvi etsə, heç bir məsuliyyət daşımır. Nəzarətçilər isə 30 manatlıq xidmət haqqının müqabilində “mən imtahan rəhbəriyəm” deyib, sistemli problemləri ört-basdır etməyə çalışırlar. Halbuki bu gənc yaşda uşaqlara yaşadılan narahatlıq və təzyiq gələcəkdə təhsilə, imtahanlara və dövlətə olan inamı zədələyə bilər. DİM bu hadisəyə görə ictimaiyyətə rəsmi izahat verməli, məsul şəxsləri cəzalandırmalı və həmin imtahanda iştirak edən şagirdlərin nəticələrini qiymətləndirərkən bu qeyri-müəyyənliyi nəzərə almalıdır. Əks halda, bu hal sistemli şəkildə təkrarlanacaq və ölkədə dövlət imtahanlarına olan etibar daha da azalacaq. Təhsil sistemində belə xırda görünən texniki səhvlər, əslində on minlərlə uşağın psixoloji və akademik gələcəyinə vurulan zərbədir. Təhsil yalnız test deyil, vicdandır. DİM isə bu imtahanla öz vicdanını bürokratik rahatlığa, texniki səhlənkarlığa və 30 manatlıq idarəetməyə qurban verdi".

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:268
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 15 Aprel 2025 11:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see573

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see499

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see432

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see324

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see264

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see231

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see230

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see228

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see227

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see227

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see221

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see212

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see204

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see203

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see199

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see183

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see180

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see174

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see167

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri